“Seçim Ermənistan tərəfdədir, görək hansı yolu seçirlər” — RƏSMİ BAKI
Dunya
Oxunub: 804
1 iy 2018 | 13:30
“Seçim Ermənistan tərəfdədir, görək hansı yolu seçirlər” — RƏSMİ BAKI














Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir.
Bunu Ermənistan xarici işlər nazirinin Almaniyada və xarici işlər nazirinin müavininin ATƏT-in təhlükəsizlik konfransında çıxışı ilə əlaqədar sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib:

"Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəfdir. Amma Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və bu əsnada Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı davam edən təcavüzü regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Bu azmış kimi Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir. Bonn Beynəlxalq Mərkəzinin Militarizasiya İndeksinə görə Ermənistan militarizasiya göstəricisinə görə Avropada birinci və dünyada üçüncü yerdədir. Adam başına düşən gəlirin hərbi məqsədlərə sərf edilməsi göstəricisi Ermənistanda 4.1 faizdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici 3.6 faizdir. Ermənistanın militarizasiya və silah yarışmasına sərf etdiyi etdiyi vəsait ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllinə yönəldilə bilərdi.

Ermənistan xarici işlər naziri və onun müavini sözdə deyil, əməldə də sülh istəyirsə, onda Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Nə qədər tezliklə bu edilərsə, bir o qədər də tez regionda sülh təmin oluna bilər. Beləliklə, seçim Ermənistan tərəfdədir və görək onlar hansı yolu seçirlər.

Azərbaycan öz ərazisinin müdafiəsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə imkanlarını artırır və artıracaqdır".
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi