“Ya pul verin, ya da hərbi bazalarınızı yığışdırın” — Yerevan Rusiyaya eyham vurur
Dunya
Oxunub: 646
20 in 2018 | 09:30
“Ya pul verin, ya da hərbi bazalarınızı yığışdırın” — Yerevan Rusiyaya eyham vurur















Politoloq Stepan Qriqoryana inansaq, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.
Virtualaz.org xəbər verir ki, Qriqoryan baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edir ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar.

Metsamor AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır.

“Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Aİ-nin Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardım 500 milyon dollar təşkil edə bilər. Bundan sonra, faktiki olaraq, Türkiyənin Metsamor AES-in bağlanması tələbini yerinə yetirdikdən sonra Moskva Ankaradan Rusiya-Türkiyə münasibətlərinin digər sahələrində bir sıra güzəştlərə nail olacaq”, - politoloq bildirir.
Müəllifin əlində olan məlumatlara əsasən, Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır. Bir şərtlə ki, Azərbaycan da Moskvaya güzəştə getsin.

“Rusiyanın niyyətləri özünü keçmiş SSRİ ərazisində mövcud olan “tanınmamış dövlətlər”ə münasibətinin analizində də görünür. RF-nin konsulluq xidmətləri Dnestryanının, Abxaziyanın və Cənubi Osetiyanın sakinlərinə tamamilə sərbəst şəkildə Rusiya vətəndaşlıq pasportları paylayır. Bu ərazilərin liderləri Moskvada dövlət səviyyəsində qəbul edilirlər. Bunu Rusiya tərəfindən açıq dəstəkdən məhrum olunmuş Dağlıq Qarabağ Respublikasının rəhbərliyi barədə demək mümkün deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanı özünün yeganə strateji tərəfdaşı hesab etməkdə davam edir”, - C.Qriqoryan hiddətini bildirir.
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO