İrana qarşı uzunmüddətli müharibə bu bölgədən başlayır – ŞOK DETALLAR
Dunya
Oxunub: 610
3 in 2018 | 09:30
İrana qarşı uzunmüddətli müharibə bu bölgədən başlayır – ŞOK DETALLAR














ABŞ Suriyada uzun müddət davam edəcək yeni müharibə planını dövriyyəyə salır.

Publika.az xəbər verir ki, Vaşinqton Suriyanın şimal və şərq bölgələrində İŞİD üzərindən həyata keçirdiyi oyunun eynisini indi də İranın dəstəklədiyi şiə milislərini bəhanə edərək, cənubda həyata keçirməyi planlaşdırır.

“Ceyşül Mücahid” qruplaşmasının keçmiş siyasi sözçüsü Zəkəriyyə Mollahafçi danışır ki, “Qərb gücləri əvvəlcə İranı, sonra da Türkiyəni Suriyadan çıxarmaq planlarını qururlar”.

Cənub dəhlizi planı

Onun sözlərinə görə, son 2 ayda İsrail Əsədə aid 79 hədəfi vuraraq, İrana bağlı 400 şiə milisini öldürüb.

“Cənubda Qolan, Kuneytra və Deradan başlayaraq, Suriyanın İordaniya və İraq sərhədindəki bölgələr İran və şiə milisləri bəhanəsi ilə vurulacaq. Cənub dəhlizi planı dövriyyəyə salınıb. ABŞ şiə qrupları 6 ildir izləyir. İsrailin hücumlarını qanuniləşdirmək üçün bu qrupları terrorçu siyahısına daxil etməyə başlayıb”, - deyə Mollahafçi bildirib.

İŞİD modeli

Mollahafçi əlavə edib ki, ABŞ və İsrail Suriyada uzun müddət davam edəcək müharibəyə hazırlaşır: “PKK üçün nəzərdə tutulan xətt İŞİD bəhanəsi ilə təmin edildi. İndi də eyni model şiə milisləri bəhanəsi ilə cənubda tətbiq ediləcək. Bu yaxınlarda Suriyada döyüşən “Hizbullah”, “Asaeb Ehlül Hak” və Hərakəti Nuceba” adlı şiə qrupları terrorçu siyahısına salındı. ABŞ 2015-ci ildə başlatdığı prosesi bu dəfə cənubda davam etdirəcək. İsrail də rəsmi şəkildə sahədədir. İranın dəstəklədiyi qrupların Livan, İordaniya və İraq bağlantılarını kəsərək, Suriyadan çıxmasını təmin edəcəklər”.

Sonrakı hədəf Türkiyə

Mollahafçi qeyd edib ki, İsrail Suveyda-Kuneytra xəttini ələ keçirmək istəyir.

“ABŞ isə Hasake və Rakka ilə yanaşı, Deyrizorda nəzarəti tamamilə almağı planlaşdırır. Tabka, Rimeylan və Tanef bazalarına paralel olaraq, Deyrizorun şərqində də bazalar qurur. Suriyada döyüşən şiə qrupların məhv edilməsindən sonra Afrin, İdlib, Cerablus, Hama, Anedan, Əl-Bab, Azez, Çobanbey kimi geni ərazilərə yayılan türk əsgərinin Suriyadan çıxarılması üçün hərəkətə keçəcəklər. ABŞ “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında da məğlubiyyətə uğradı və bacardığı qədər qisas almağa çalışacaq”, - deyə o vurğulayıb.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...