Azərbaycanda məmurun oğlu əsgər getdi! - Paşinyanın pafoslarına reaksiya
Dunya
Oxunub: 5 928
30 may 2018 | 18:51
Azərbaycanda məmurun oğlu əsgər getdi! - Paşinyanın pafoslarına reaksiya















Azərbaycan cəmiyyətində “filan məmurun oğlu əsgər getdi”, “deputatın oğlu hərbi xidməti ön cəbhədə keçdi” kimi xəbərlər çox nadir hallarda yayıla bilər, hərçənd uzun illərdir belə bir informasiyaya şahid ola bilmirik. Amma hansısa məmur, ya da deputat çağırış yaşlı oğlunu həqiqi hərbi xidmətə göndərməklə cəmiyyətə nümunə göstərə bilər... Di gəl ki, göstərmirlər...

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş düşmən ölkənin – Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonyan ötən həftə həqiqi hərbi xidmət yaşı çatmış oğlanlarının əsgər gedəcəyini bəyan etdilər. Baş nazir isə oğlunun hətta Qarabağda xidmət edəcəyini bildirdi... Əlbəttə razıyıq ki, bu, erməni məmurların erməni cəmiyyətinə nümayiş etdirdikləri pupuluzmdir. Müqayisə bir o qədər də yerinə düşmür...

Amma olsun, populizmdirsə, bizdə də olsun... Qoy hansısa məmurumuz və ya deputatımız çıxıb mətbuata bəyan etsinlər ki, həqiqi hərbi xidmət yaşı çatmış oğlunu sabah orduya yola salacaq..

Təəssüf ki, bizim məmurlar və onların övladları tez-tez mətbuatın, sosial şəbəkələrin müzakirə obyektinə çevrilərkən əsasən qınağa tuş gəlirlər. Çünki “papanın gül balaları” sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyalarına, lüks otellərdə, bahalı çimərliklərdə çəkdirdikləri şəkillərinə “like” toplamaqla məşğul olurlar. Bəlkə də bu səbəbdəndir ki, Azərbaycanda hansısa yüksək vəzifəli məmurun adı gələndə yaxşı əməl sahibi olsa belə, hamı eyni cür fikirləşir.

Müşahidələr də göstərir ki, Azərbaycan məmurunun mənfi tipajını yaradan, portretini çəkən elə öz övladlarının, ailə üzvlərinin, yaxın qohum-qardaşlarının əndazəni aşan əməlləridir. Təəssüf ki, onların içərisində cəmiyyətə örnək sayıla biləcək davranış sərgiləyənlərin çox az qisminin adını çəkmək mümkündür. Əksəriyyət bahalı villaları, avtomobil kolleksiyaları, xarici universitetlərdən külli miqdarda vəsait hesbaına əldə etdikləri diplomları ilə göz qamaşdırır və mətbuatın gündəmini həftələrlə zəbt edirlər. Amma di gəl ki, bircəciyi barədə “filankəsin oğlu əsgər getdi”, “filan məmurun oğlu ön cəbhədə” xəbərləri tirajlanmır. Ona görə yox ki, mətbuat bunu xəbər saymır. Ona görə ki, reallıqda bu tip xəbərlər kimlərinsə illüziyası ola bilər. Səbəb nədir?..

Modern.az-ın mövzuyla bağlı suallarını deputat Çingiz Qənizadə cavablandırıb. O, məmurları cəmiyyətə nümunə göstərməyə səsləyib:

“Bizim hər birimiz bu ölkənin kiçik tərkib hissəsiyik. Ona görə də hər birimiz hər bir məsələdə başqalarına nümunə olmalıyıq. Çox təəssüf ki, bəzi hallarda harınlamış məmur övladlarının hərəkətləri heç bir əndazəyə sığmır. Onlar nəninki hərbi xidmət borcunu yerinə yetirmir, ümumiyyətlə bu barədə düşünmürlər belə. Cəmiyyətdə vəzifə verilərkən xarakteri, davranışı dəyişən, başqlarına üstən aşağı baxan, onları aşağılamağa çalışan məmurlar həddən çoxdur. Bunlar yolverilməzdir. İnsan nə qədər sadə, şəffaf və təmiz olacaqsa, bir o qədər də uca olacaq”.

Ç.Qənizadə məmur-oliqarxların övladlarının xaricdə təhsil alması məsələsinə də diqqət çəkib:

“Bir vaxtlar bizdə dəb halını almışdı. Ölkəyə çoxlu valyuta axını vardı. Əlinə imkan düşən iş adamları, məmurlar övladlarını xaricə oxumağa göndərirdilər. Mən buna çox pis baxıram. Niyəsini deyim. Əgər bu uşaq savdlıdırsa, dövlət təyinatı ilə xaricdə təhsil alırsa, bunu yalnız alqışlamaq olar. Amma gedib hansısa xarici ölkədə 50 min, 100 min avro ödəməklə uşaq oxutdururlarsa, o pulların mənbəyi araşdırılmaldır. Qoy bir məmur açıqlasın görək, o pulları haradan əldə edib. Dövlətin təyinatı, dövlət proqramı əsasında xaricdə təhsil alan məmur övladı da, fəhlə övladı da layiqli vətəndaş kimi ölkəmizə qayıdır. Amma böyük “çirkli pullar” hesabına, üstəlik hərbidən yayınaraq gedənlərin əksəriyyətinin məqsədi heç də təhsil almaq olmur.

Belələri Azərbaycana qayıdıb dövlət qulluğuna imtahan verəndə çox vaxt keçə bilmirlər. Savadlı, bacarıqlı övlad yerindən asılı olmayaraq, cəmiyyət üçün yararlı olacaq. Amma başqalarına görk olsun deyə, bəhsəbəhs üçün uşaqların xaricə göndərilməsinin tərəfdarı deyiləm. Xaricdə təhsilə xərclənən pullara, Azərbaycanda yüksək bal toplayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə yardım etmək olar. Elə hərəsi bircə tələbənin ödənişini etsə, elə bilsinlər cənnətə gedib-qayıdıblar, ya da elə diriykən cənnətə düşmüş olarlar. Xeyirxah işlərlə məşğul olmaq lazımdır, öyünməklə, yekəxanalıqla heç nəyə nail olmaq olmaz”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...