Tramp Ağalarovla telefonda 11 dəqiqə nədən danışıb? - SİRLƏR AÇILIR
Dunya
Oxunub: 545
30 apr 2018 | 10:30
Tramp Ağalarovla telefonda 11 dəqiqə nədən danışıb? - SİRLƏR AÇILIR














Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı Amerikanın xüsusi prokurorunun təhqiqatında yer alan kiçik Donald Trampla rusiyalı iş adamı Emin Ağalarov arasında silsilə yazışmaların ilkləri 2016-cı ilin prezident seçkilərindən iki gün sonra göndərilib.

Virtualaz.org xəbər verir ki, bu barədə özəl mənbəyinə istinadən "BuzzFeed News” nəşri yazıb.

Yazışma ən azı 2016-cı ilin dekabr ayına qədər davam edib. "BuzzFeed News” qeyd edir ki, hər bir tərəfin yazışma sırasında nə qədər məlumat yollaması bəlli deyil. Nəşr əlavə edir ki, 2016-cı ilin dekabrında kiçik Trampla Emin Ağalarovun danışıqlar aparması faktı Rusiyanın müdaxiləsi haqqında ABŞ Konqresinin aprelin 27-də dərc etdiyi 250 səhifəlik məruzədə də yer alıb. "Bu, onun göstəricisidir ki, "Trampla Ağalarov arasında münasibət prezident və onun ailəsinin bildirdiyindən daha yaxın olub”,- nəşr qeyd edir.

Konqresin əvvəllər bəyan etdiyi məruzədən aydın olur ki, kiçik Tramp və musiqi prodüseri Rob Qoldstoun Ağalarovla kiçik Tramp arasında 2016-cı ilin iyun ayının 6-da telefon əlaqəsi yaratmağa cəhd ediblər. İlk zəng elə həmin gün baş tutub. Qoldstoun kiçik Trampa yazıb ki, Ağalarov "Moskvada səhnədədir, 20 dəqiqədən sonra qurtaracaq”. 21 dəqiqə sonra telefon danışığı olub. Söhbət 11 dəqiqə davam edib, belə ki, məhz bu qədər vaxtdan sonra kiçik Tramp Qoldstouna yazıb: "Rob, köməyə görə sağ ol”.

Bu telefon danışığı kiçik Trampın "Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşünə 3 gün qalmış baş tutub. Məruzədə deyilir ki, kiçik Tramp görüşdə Hillari Klintona qarşı təxribat əldə etmək istəyirdi, lakin müzakirə tez bir zamanda "Maqnitski qanunu”na keçdi ki, Rusiyanın həmin qanununa əsasən, amerikalılara rusiyalı yetim uşaqları övladlığa götürməyə icazə verilmir. Bununla yanaşı, söhbətdə ABŞ-ın Rusiya şirkətlərinə qarşı sanksiyaları da müzakirə edilib.

2017-ci ilin iyul ayında "The New York Times” yazmışdı ki, 2016-cı ildə kiçik Tramp Hillari Klintona qarşı təxribat xarakterli məlumat əldə etmək ümidi ilə Veselnitskaya ilə görüşüb. Nəşr qeyd edirdi ki, görüş müğənni və iş adamı Emin Ağalarovun xahişi ilə Rob Qoldstoun tərəfindən təşkil edilib. Qəzet iddia edirdi ki, Ağalarov təxribat xarakterli məlumatı atasından – "Crocus Group”un sahibi Araz Ağalarovdan alıb.

Deyildiyinə görə, həmin məlumatı A.Ağalarov "kral prokuroru”ndan əldə edib. Nəşr yazır ki, Rusiyada belə bir vəzifə yoxdur və güman ki, söhbət baş prokuror Yuri Çaykadan gedir.

Daha sonra Rusiya Baş Prokurorluğu ABŞ prezidentinin oğlu ilə Veselnitskayanın görüşünə heç bir aidiyyatının olmadığını bildirmişdi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan