Cənab Ərdoğandan Tarixi ŞAD xəbər - Bax Belə
Dunya
Oxunub: 8 455
30 apr 2018 | 00:52
Cənab Ərdoğandan Tarixi ŞAD xəbər - Bax Belə














"REKORD SƏS ALACAĞIQ" - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 24 İyun seçkiləri üçün ilk mitinqini İzmirdə keçirib. Nitqində CHP liderini tənqid edən Ərdoğan, "Sən çevriliş əleyhdarı deyil çevrilişçisən. CHP, FETÖ-ün şeypuru halına çevrildi" deyib.
Ərdoğan mitinqə Neşet Ertaşın "Gizli gizli" türküsünü oxuyaraq başlayıb və bunları söyləyib:

Ürəkdən ürəyə gedən yolları açmağın zamanı gəldi. İnşallah, bu dəfə İzmirlə aramızdakı bütün pərdələri qaldıracaq, bütün zəncirləri qıracağıq. İzmir qurtuluşun şəhəridir, Qazi Mustafa Kamalın, demokratiyanın, milli iradənin şəhəridir. Ey İzmir, 24 iyunda Prezidentlik Hökumət sisteminə keçməyə hazırıqmı? Ey İzmir, 24 iyunda güclü və etibarlı Məclisi, təsirli və sabit hökuməti, müstəqil və tərəfsiz mühakiməsi ilə yeni bir Türkiyəyə ?Mərhaba' deməyə hazırıqmı? ("Əvət" dalğasına qarşı...) Budur, mənim meftun olduğum İzmir, budur. 2023-cü il hədəflərimizə birlikdə yürümək istədiyim İzmir qarşımda.
Hər seçkidə İzmir, İstanbul və Ankaranın müəyyən mahallarının səslərinə ipoteka qoyanlar nə etdi? Türkiyə və İzmir üçün ən kiçik proyekt, vizion çıxara bilməyənlər bütün əksikliklərini, səhvlərini xəyanətlərini dünyəvilik anlayışı altında gizləməyə çalışırlar. Partiyamızın proqramında dünyəviliyi demokratiyanın imtina edilməz şərti, din və vicdan azadlığının təminatı olaraq gördüyümüz açıqca yazılır. Biz eyni zamanda dünyəviliyin ölkəmizdə bəzilərinin şüurlu olaraq din düşmənliyi şəklində şərh olunması və bu səbəblə kobud rəftar edilməsinə də qarşı çıxdıq. Hər seçkidə İzmirə gedib dünyəvilik nitqləri söyləyənlətin Məclisdəki qrup kürsülərini aylarca FETÖ-ya kirayəyə götürdüyü unudulmadı.

İndi bu meydanda Respublikanın İttifaqı var. Əl ələyik, çiyin çiyinəyik. Yaxşı, "müxalifət niyə bu mövzuda tükünü tərpətmədi"deyərsiniz, çünki bunların ölkəni idarə etmək, millətə xidmət etmək kimi bir dərdləri yoxdur. Üstəlik elə bir dəzgah qurmuşlar ki, biri ?Oradan mənə 15 deputat gələcək' deyir, o biri daha cümlə bitmədən 15 millət vəkilini paketləyib göndərir. Belə demokratiya olarmı? Tayyib Ərdoğana ?diktator' deyəcəksən, qalxıb diktatorluğu özün edəcəksən.

ƏRDOĞANI SOROS GƏTİRMƏDİ

Sanırlar ki, Tayyib Ərdoğan olmasa millətimiz bunları baş tacı edəcək. Tayyib Ərdoğanı Soros gətirmədi, Tayyib Ərdoğanı mənim millətim gətirdi, göndərsə də millətim göndərər. Millətim göndərdiyi zaman mənə qalan "əl göz baş üstünə". demək olar.


?Rekord səs ver tarixə keçəcəyik'

Ərdoğan daha sonra bunları söyləyib:
Bu coşqunu seçki gününə qədər davam etdirəcəyinizə inanıram. 24 yun İzmirin siyasi seçimlərində tarixi bir milad olacaq. İzmiri eynilə digər şəhərimiz kimi AKP siyasətinin lokomotiv şəhərlərindən biri halına gətirmədən bu təşkilata istirahət etmək yoxdur.
Biz başqaları kimi müvəffəqiyyəti özündə, səhvi seçicidə axtaran bir partiya deyilik. Biz qutudan gözlədiyi nəticə çıxmayanda vətəndaşı günahlandıran, göbəyini qaşıyan adam deyənlərdən deyilik. Hətta vətəndaşı alçaldan siyasi hərəkət əsla olmadıq. Bizim lüğətimizdə millətdən qırılmaq, küsmək, kimi bir anlayışa əsla rast gələ bilməzsiniz. İzmirdə istədiyimiz nəticəni almaq üçün daha çox işləməyimiz lazımdır.
Siyasət bir qrup işidir. Bir heyət işidir, bir təşkilat işidir. Bizim kimi siyasətdə bir iddiası, bir vizionu, millətə təəhhüd etdiyi hədəfləri olan bir partiya üçün bu komanda oyununu uğurla icra etmək daha əhəmiyyətlidir. Əlbəttə, mən lider olaraq, qabaqda yer alacaq, bütün təşkilatımıza da uğur gətirəcəyəm. Ancaq təşkilatlarımızın da bu yolu izləməsi, çalışması şərtdir.
İnşallah, millət vəkilliyinə namizəd siyahımızla da öz yetişmiş heyətlərimizlə birlikdə millətimizin qarşısına çıxacağıq. 24 iyunda həm prezident seçkisində, həm də millət vəkilli seçkisində rekord bir səs almaqla tarix yazaçağımıza inanıram. MHP ilə yaratdığımız Respublika İttifaqının 24 iyunda bir tarix yazmasını xüsusilə arzulayıram.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı