Ermənistan üçün DƏHŞƏTLİ SSENARİ - Kremlin adamı son XƏBƏRDARLIĞI ETDİ
Dunya
Oxunub: 529
29 apr 2018 | 18:46
Ermənistan üçün DƏHŞƏTLİ SSENARİ - Kremlin adamı son XƏBƏRDARLIĞI ETDİ














Ermənistan parlamentinin "Yelk” fraksiyası etiraz aksiyalarının lideri, "Vətəntaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyanın namizədliyini baş nazir postuna irəli sürsə də, müvafiq sənəd parlamentə təqdim edilməyib.
Bu haqda "Qraparak” qəzeti bildirib.

Xəbərə görə, buna səbəb Paşinyanın namizədliyinin irəli sürülməsi üzrə proseduru dayandırmasıdır. Məlum oldu ki, bu, Nikol Paşinyanla uyğunlaşdırılmamışdı. O, proseduru dayandırmağı xahiş edib. Paşiyan hesab edir ki, baş nazir postuna namizəd 4 fraksiyanın konsensusu əsasında irəli sürülməlidir, çünki bu, "xalqın tələbidir”.

"Çarukyan" parlament fraksiyasının lideri, "Çiçəklənən Ermənistan” partiyasının başçısı Qaqik Çarukyan isə bu gün bəyanatla çıxış edəcək və baş nazir postuna namizədlə əlaqədar mövqeyini açıqlayacaq. Bu haqda feysbuk səhifəsində onun mətbuat katibi İveta Tonoyan yazıb.

Qeyd edək ki, aprelin 26-də Nikol Paşinyanla Qaqik Çarukyan arasında görüş olub. Görüşdə yaranmış daxili siyasət vəziyyət və ondan çıxışın mümkün yollarının müzakirə olunduğu bildirilib. Mətbuata qapalı keçirilən görüşdə baş nazir postuna namizədliyində müzakirə olunduğu istisna edilmir.

Aprelin 25-də isə Qaqik Çarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş baş tutub. Karapetyanın Çarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi bildirilir. Çarukyan bu təklifi rədd edib və etirazlara qoşulub. Onun bugünkü bəyanatda Paşinyana dəstək verəcəyi gözlənilir.

Rusiya Erməniləri İttifaqının Ermənistan əhalisi və hakimiyyətinə müraciəti də açıq qalan bir sıra suallara böyük ölçüdə aydınlıq gətirir. Təşkilat hesab edir ki, qəti hərəkətlər Ermənistanda gərginliyin güclənməsinə gətirib çıxara bilər.

"Bununla əlaqədar olaraq, biz ölkənin rəhbərlərini xalqa və xalqın namizədinə qulaq asmağa, idarəetməni xalqın faktiki namizədi olan Nikol Paşinyana verməyə Belə hərəkət onun parlaq göstəricisi olacaq ki, Ermənistanda Liviya, Ukrayna və başqa ölkələrdə olan ssenarilər qeyri-mümkündür. Biz inanırıq ki, Nikol Paşinyan sözünə əməl edəcək və ölkədə demokratiyanı bərpa edəcək. Biz inanırıq ki, bundan sonra hakimiyyətin dəyişdirilməzliyi qeyri-mümkün olacaq. Biz inanırıq ki, yeni rəhbər xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermədə iştirak etmək hüququnu bərpa edəcək. Ermənistanda inqilab adlara və rənglərə malik deyil. Erməni inqilabı xalqın səsidir, onu uzun müddət heç kim eşitmək və qulaq asmaq istəmirdi. Biz, Rusiya Erməniləri İttifaqının üzvləri erməni xalqını dəstəkləməyə hazırıq. Bizim bir çoxumuz artıq Ermənistandayıq. Addımı at, sistemi əvəz et!" - müraciətdə deyilir.



Qeyd edək ki, müraciəti Kremlin də mövqeyi kimi başa düşülə bilər. İttifaqın sədri olan Ara Abramyan Rusiyanın xarici işlrə naziri Sergey Lavrovla sıx əlaqələrə sahibdir.

Abramyan Rusiyada ən varlı ermənilərdən biridir və Kremlə yaxın şəxs hesab olunur. Misal üçün, 2016-cı ildə onun ad günü mərasiminə Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov başda olmaqla yüksəkvəzifəli məmurlar qatılmışdı.

Abramyan Rusiyada həmçinin, 2016-cı ilin ilin oktyabrında Avrasiya əməkdaşlığı üzrə beynəlxalq komissiyanın sədri təyin olunub.

Beləliklə, belə qənaətə gəlmək olar ki, həm ölkə daxilində, həm də Serj Sarkisyanın lideri olduğu Qarabağ klanının əsas himayəçisi olan Kremldə Ermənistanın yeni sahibi ilə bağlı mövqe birdir. Moskvanın Sarkiyan rejiminin bütün əlamətlərini silmək istəyən erməni xalqına qulsa asmaqdan başqa çarəsi qalmayıb.

(publika.az)
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general