Cihada pul haradan gəlir? — İŞİD-i maliyyələşdirən Fransa şirkətləri
Dunya
Oxunub: 588
28 apr 2018 | 21:54
Cihada pul haradan gəlir? — İŞİD-i maliyyələşdirən Fransa şirkətləri













Fransada “Lafarge” sement şirkətinin istintaqı davam edir.
“Ölkə.Az” xəbər verir ki, şirkət İŞİD və “Cəbhət ən-Nusra” qruplaşmalarına pul ötürməkdə ittiham edilir. Müstəntiqlərin versiyasına əsasən, Suriyada zavod inşa edən konsern biznesinin təhlükəsizliyi üçün terrorçulara pul ödəyib. Söhbət milyonlarla avrodan gedir.

“Lafarge” Suriyada biznes açmaq üçün elə də yaxşı zaman seçməmişdi. Ölkənin şimal-şərqindəki zavod hərbi əməliyyatların başlanmasından bir az əvvəl, yəni 2010-cu ildə istifadəyə verilib. Ərazi islamçıların nəzarəti altında idi. 2014-cü ildə isə hakimiyyəti İŞİD tərəfdarları işğal edirlər. Müharibəyə baxmayaraq, şirkət istehsala davam edir və terrorçulara pul ödəməyə razılıq verir.

Şirkət regionda bir-birini əvəz edən bir neçə islamçı qruplaşmanı maliyyələşdirib. Londonun “PricewaterhouseСoopers” audit şirkətinin məlumatına əsasən, 2011-ci ildən 2015-ci ilə qədər “Lafarge” şirkəti 13 milyon dollar rüşvət ödəyib. Amerikanın “Baker McKenzie” şirkətinin hesabatına əsasən, şirkət 2012-2014-cü illər ərzində İŞİD-ə 500 min dollar ödəyib.

Ölkənin siyasi elitası ilə sıx münasibəti olan sement nəhəngi ittihamları əvvəlcə rədd etdi. Parlament təhqiqatı 2016-cı ildə aparıldı və məlum oldu ki, islamçılara pul ödənməyib. Amma 2017-ci ildə şirkət həm günahını etiraf etdi, həm də bir sıra top-menecerlər istefa verdi.

Bu zaman “Lafarge” işi üzrə istintaq başqa məcraya yönəldi. Şirkətin “İŞİD tərəfindən şantaja uğradıq” versiyası şübhə yaratdı. Məlum olub ki, zavod bağlansa da, şirkət 2015-ci ildə də islamçılara pul ödəyib. Bu zaman ortaya bir şübhə çıxdı: “Lafarge” terrorçuları maliyyələşdirmək üçün bir kanal kimi istifadə edilib.
“Lafarge”nin işinə məhkəmə 2016-cı ildən baxır. İddia ilə “Sherpa” şirkəti məhkəməyə müraciət edib. Şirkət iqtisadi cinayətlər üzrə ixtisaslaşıb. Hüquq müdafiəçilərinin məlumatına əsasən, şirkət özünü qeyri-qanuni vəsaitlərlə özünü müdafiə etməyə çalışır. “Sherpa” prokurorluqdan “Lafarge”yə qarşı daha bir cinayət işinin, şahidləri pul ilə satınalma işinin açılmasını tələb edib.

Cihada pul haradan gəlir? — İŞİD-i maliyyələşdirən Fransa şirkətləri






Ölkənin İŞİD və “Əl-Qaidə” hücumlarına məruz qaldığı bir dövrdə terrorçulara böyük məbləğlərdə pul verilməsi (2015-ci il) fransız cəmiyyətini şoka saldı.
Vəkil Mari Doze soruşur: “Kim sübut edə bilər ki, şirkətin ödədiyi pulun bir hissəsi Fransada terror aktının hazırlanmasına xərclənməyib?”

Vəkilin fikrini böyük kütlə haqlı hesab edir. Çünki 2015-ci ilin 13 noyabrında Parisdə kütləvi qətl üçün terrorçulara 82 min avro kifayət eləmişdi.

Fransa hökumətinin də Suriyadakı müharibəyə siyasi mövqeyi bu iddiaları gücləndirir. 2012-ci ildə XİN rəhbəri Loran Fabyus “Cəbhət ən-Nusra” qruplaşmasını müdafiə edən bəyanatla çıxış edib. O dövrdə isə “Lafarge” Suriya islamçılarına pul ödəyirdi, onların arasında “Cəbhət ən-Nusra” da var idi. Bu qruplaşmanın “Əl-Qaidə”nin uzantısı olduğu bir il sonra üzə çıxdı...



Cihada pul haradan gəlir? — İŞİD-i maliyyələşdirən Fransa şirkətləri
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR