Çin istehsalı olan telefonların keyfiyyəti necədir, almağa dəyərmi? – CAVAB
Dunya
Oxunub: 652
28 apr 2018 | 13:00
Çin istehsalı olan telefonların keyfiyyəti necədir, almağa dəyərmi? – CAVAB














Hazırda bazarda hər kəsin cibinə uyğun ağıllı telefon tapmaq mümkündür.

Əksər müştərilər daha ucuz və yüksək parametrləri olan telefonlar axtarışındadır. Bu istəkdə olanların ən çox müraciət etdiyi telefon isə Çin markalarıdır, məsələn, “Huawei”, “Xiaomi”, “One touch”, “Meizu” və s. Əsası Çində yerləşən bu şirkətlər tərəfindən istehsal edilən ağıllı telefonlar Azərbaycan bazarına çox sürətlə daxil olub və tezliklə çoxlarının seçiminə çevrilib.

Çin istehsalı telefonların məşhurluğu əbəs yerə deyil. Digər ağıllı telefon modelləri ilə müqayisə zamanı Çin istehsalı telefonların bir çoxu üzü ağ çıxır. Məsələn, Amerikada ən çox satılan telefonlardan biri olan, istehsal ilinə və satıldığı mağazaya görə 700-750 manat civarında qiymətə təklif olunan “Samsung a5” telefonu ilə, eyni qiymətə olan “Xiamomi Note 3” smartfon ilə müqayisə etsək Çin markasının heç də uduzmadığını görərik.

Hər ikisi Android sisteminə sahib olan telefonların müqayisəsində hətta akkumlyator gücündə “Samsung”u qabaqlayan “Xiaomi”, daxili yaddaşına görə isə 2 dəfə daha güclüdür. Ancaq kamerasına görə bir az geri qalır. Hətta “Xiaomi”nin 400 AZN-a satılan Redmi Note 4 telefonu da göstəricilərinə görə 700 manatlıq “Samsung”a yaxındır. Eyni zamanda 700 AZN-a satılan “Huawei P” də bir çox parametrində “Samsung”u geridə qoyur. Yəni, daha az pula daha yaxşı telefon almaq istəyənlər bu telefonlara müraciət edir.

Ancaq cəmiyyətdə baş verən hər məsələyə olduğu kimi Çin telefonlarının gücünə də birmənalı yanaşılmır. Bir çoxları Çin məhsulu olduğu üçün bu smartfonların keyfiyyətsiz və qısa ömürlü olduğunu düşünür.

Həqiqətənmi Çin istehsalı telefonlara bel bağlamaq olmaz?

Minval.info saytı Çin istehsalı telefonların keyfiyyəti barədə daha dolğun məlumat almaq üçün telefon ustası Aqşin Abdullaya müraciət edib. Mütəxəssis bildirib ki, Çin telefonudur deyib, qərəzli yanaşmaq olmaz, çoxlarının bəh-bəhlə işlətdiyi “Apple” markalı telefonlar da orada istehsal edilir:

“Hamıya məlumdur ki, Çində ucuz-baha hər bir məhsulu istehsal etmək olar. “Apple” özü də zavodlarını Çində yerləşdirib. Əsas məsələ telefon alarkən onun parametrlərinə diqqət ayırmaqdır. Məsələn, “Samsung”-un hər cibə, hər zövqə uyğun telefonları mövcuddur, amma hər telefonda bir boşluq var.

Hazırda Azərbaycan bazarında “Xiaomi” və “Meizu”-nin çox yaxşı reklamı gedir. Ancaq onlardan da yaxşı modellər var ki, hələ bizə gətirilməyib. Yenə də bizim bazarda satışa çıxarılan telefonları nəzərə alsaq, bu il ölkəmizdə satış bumu yaşayan “Xiaomi”-nin çox yaxşı funksiyaları var.

Flaqman modellərdə saf “Android” əməliyyat sistemi üzərində işləyirlər. Məsələn, “Samsung” androidə nə qədər əlavələr edir, bu da daxili yaddaşın yarısını tutur. “Hoffman”-ın ağıllı telefonlarını heç tövsiyə etmirəm, heç bir detalı düzgün yığılmayıb”.

Həmçinin, telefon alarkən bir neçə telefonun müqayisəsinə, onlar üzərində aparılan testlərə nəzər salmaq lazımdır. Aqşin Abdullanın fikrincə, əsas diqqət edilməli məqamlar telefonun ekranı və prosessorudur:

“Ağıllı telefonlarda ən çox problem yaşadan onun ekranı və prosessorudur. Misal üçün, “LG” telefonlarının ən pis cəhəti soyutma sisteminin olmamasıdır. Eyni zamanda bəzi “Xiaomi” modellərində də soyutma sistemi zəifdir. Buna görə də, bir müddət sonra prosessor isinməyə başlayacaq və telefon sıradan çıxacaq. “Xiaomi”-nin burada bir üstünlüyü var ki, onun korpusu plastik deyil, metaldır. Metal korpus daha tez soyuyur

O ki qaldı ekran məsələsinə. Bəzi telefonların ekranı elə bir telefon qiymətinədir. “Samsung”-un 300 manata olan telefonu üçün çox az müştərimiz 150 manat verib, yeni ekran alır. Bir də yeni smartfonlarda “AMOLED” ekranlardan istifadə edilir, adama görüntü keyfiyyəti çox yüksək kimi gəlir. Ancaq hər zaman “LED” ekranlar daha dayanıqlı olur”.

Usta onu da əlavə edib ki, Azərbaycanda əl çatan olan ya da xaricdən gətirilən çox yaxşı smartfon modelləri var, yaxşı bir telefon aldıqdan sonra onu düzgün işlətmək də mütləqdir.
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz