Ermənistanda ikinci “24 aprel” kabusu – vətəndaş müharibəsi başlayırmı...
Dunya
Oxunub: 613
23 apr 2018 | 20:46
Ermənistanda ikinci “24 aprel” kabusu – vətəndaş müharibəsi başlayırmı...















Ermənistanda baş nazir Serj Sərkisyanın timsalında Qarabağ klanının əbədi hakimiyyət planlarına qarşı etirazlar 11-ci günə keçib. Nümayişlər, vətəndaş itaətsizliyi paytaxt İrəvanla yanaşı, artıq bütün ölkəni bürüyüb və getdikcə daha mütəşəkkil şəkil almaqdadır. Etiraz hərəkatının lideri, “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri, qərbyönlü siyasətçi kimi tanınan deputat Nikol Paşinyan aprelin 24-nü - (“qondarma” soyqırımın növbəti ildönüm günü) etiraz hərəkatı üçün pik nöqtə elan edib. Yəni, faktiki, hakim rejimə ultimatum verib.

İrəvandakı mitinqdə Paşinyan həmçinin, hakimiyyətin dialoq təklifini rədd edərək, onunla yalnız istefanın şərtlərini müzakirə edə biləcəklərini, Serj Sərkisyanın hakimiyyəti itirdiyini bildirib. Paşinyanın elan elədiyi “Yol xəritəsi”nin birinci bəndi də elə S.Sərkisyanın istefası barədədir. Sərksiyan isə vəziyyətdən çıxmaq üçün “Qarabağ kartı”nı ortaya ataraq, xalqı, müxalifəti təhdid edib. Guya o, hakimiyyətdən getsə, Qarabağ da gedəcək.

*****

“Yeni Müsavat” xəbər verir ki, dünən, aprelin 22-də - etirazların 10-cu günü İrəvandakı “Mariott” otelində Serj Sərkisyanla Nikol Paşinyan arasında jurnalistlərin iştirakı ilə ilk görüş baş tutub. Görüş cəmi bir neçə dəqiqə çəkib və gözlənildiyi kimi, nəticəsiz bitib. Paşinyan əsas tələbi baş nazirin diqqətinə çatdıran kimi Sərkisyan buna aqressiv reaksiya verib və onu, etirazçıları 2008-ci il 1 mart qırğını ilə hədələyib.

“Bu, sadəcə, ultimatum, dövləti və qanuni hökuməti şantaj eləməkdir. Siz öz məsuliyyətinizin dərəcəsini anlamırsız. Siz 1 mart hadisələrindən dərs götürməmisiz. Əgər bu tonda danışacaqsızsa, mənə yalnız sizə məsləhət vermək qalır: qanuni müstəviyə, bütövlükdə məntiqi hərəkətlərin sərhədinə qayıdın. Əks halda bütün məsuliyyət sizin üstünüzdə qalacaq”, - deyə o, ayağa duraraq, narazı şəkildə görüş yerini tərk edib.

Paşinyan isə jurnalistlərə açıqlamasında S.Sərkisyanı ölkədəki situasiyadan yaxşı baş açmamaqda, məsuliyyət hissini tamamilə itirməkdə, qeyri-adekvat davranışda ittiham edib və xalqı saat 19:00-da (dünən - red.) bu dəfə daha böyük izdihamla İrəvanın mərkəzi meydanına toplaşmağa çağırıb.

*****

Göründüyü kimi, qarşıdurma sürətlə öz finalına doğru gedir. Odur ki, hadisələrin dramatik axarda inkişafını da gözləmək lazım gəlir. Ayrı sözlə, nümayişçilərə qarşı güc tətbiqi, canlı itkilər, ermənilər üçün ikinci “1 mart” və ya “24 aprel” sindromu istisna deyil.

Hələliksə hakim rejim, onun güc strukturları etirazçı kütləyə münasibətdə maksimum dözümlü olmağa çalışır. Bu da ilk baxışda təəccüblü görünür. Hər halda, 10 il öncə - 2008-ci il martın 1-də analoji vəziyyətdə Serj Sərkisyan prezident postunu qorumaq üçün cəmi 1-2 gün dözmüş, sonra da etirazçı kütləni gülləbaran etmək əmri vermişdi. Nəticədə 8 nümayişçi öldürülmüşdü...

Sərkisyanın öz xalqına qarşı qəddarlığı bəllidir. Budəfəki nisbi dözümlülüyün səbəbi də çətin ki, Sərksiyanın “humanistliyi” ilə bağlı olsun. Səbəb ən əvvəl ötən 10 ilin bəzi dərsləri ilə bağlıdır. Məsələ ondadır ki, əgər 10 il öncə, prezidentliyin ilk müddətinə qanla başlayan Serj Sərkisyan müəyyən mənada ermənilər üçün “bağlı boğça” idisə, indi o, Azərbaycanla “4 günlük” aprel savaşını uduzan, ölkəni daha ağır sosial-iqtisadi duruma və səfalətə, daha böyük kütləvi köçə tuş edən biri kimi qəbul olunur. Yəni budəfəki güc tətbiqinin nəticələri, xüsusən də nümayişçilərdən bir neçəsinin qətli Serj və onun mafioz klanına qat-qat baha otura bilər.

Başqa yandan, bu cur sonluq Sərkisyan rejiminin özü haqda Qərbdə son illər yaratmağa çalışdığı “tolerant rəhbər” imicinə, “demokratik imicə”, ən əsası, “iki stul”da oturmaq siyasətinə ciddi zərbə olardı. Aydındır ki, Rusiyadan fərqli olaraq, Qərb Ermənistanla əlaqələrdə universal dəyərlərə üstünlük verir. Avropa Birliyi ilə ötən ilin noyabrında imzalanmış və üzv ölkələr tərəfindən hələ ki, ratifikasiya edilməmiş tərəfdaşlıq sazişində də bu tələb qırmızı xəttlə keçir və yalnız onun reallaşması qarşısında Ermənistana hansısa iqtisadi köməklik vəd olunur.

İqtisadi amil isə hakimiyyət üçün heç vaxt olmadığı qədər həyati əhəmiyyət kəsb edir, rejimin mövcudluğunun iki əsas şərtindən biri sayılır (birinci şərt - təhlükəsizlik və siyasi dəstək amili Rusiya ilə bağlıdır). Yəni əslində Sərksiyan rejimi, Qarabağ klanı hazırda məhz girovu olduğu “iki stul”da oturmaq siyasətinin altını çəkir.

Üçüncü - köməkçi səbəb də var. İş ondadır ki, hazırda Ermənistan hökuməti “Minilliyin çağırışı” proqramı çərçivəsində ABŞ-dan da maliyyə yardımı qoparmağa ümid edir. Bu məqsədlə bir neçə gün qabaq baş nazirin müavini təyin edilmiş Vaçe Qabrielyan nümayişlərin getdiyi krtik günlərdə Vaşinqtonda danışıqlar aparır. ABŞ Dövlət Departamenti, Konqres, Dünya Bankı, donorlarla görüşlər keçirir. Faktiki, gələcək hökumət üçün pul axtarır. Amma belə görünür, dəstək və kreditləri donorlar dinc nümayişçilərə qarşı güc tətbiq olunmaması ilə əlaqələndirirlər.

Belə ki, Qabrielyanın sözlərinə görə, həmin görüşlərin iştirakçıları Ermənistandakı etirazların dinc xarakterli olmasını yüksək qiymətləndiriblər. “Onlar deyirlər ki, proseslər dinc xarakterli olmalıdır, hər iki tərəfdən məhdudiyyətlər olmamalı, həmçinin zorakılıq tətbiq edilməməlidir. Qeyd edirlər ki, hökumət, xüsusən də polis yüksək dərəcədə peşəkarlıq göstərir”, - deyə o əlavə edib.

*****

Təbii ki, Rusiya da prosesləri diqqətlə izləyir, proseslərə öncəliklə Qərbin planları, pulları, o sırada “məxməri inqilab” kontekstində baxır və “düymə”yə də məhz o zaman basacaq ki, Qərb amili, onun altdan-altdan dəstəklədiyi müxalif qüvvələr “qırmızı xətti” keçsin, Ermənistanda “Gürcüstan ssenarisi” təhlükəsi real olsun.

Kremlin etirazlara müdaxiləsi isə əlbəttə ki, Sərkisyan rejiminin əli ilə ediləcək. Hətta ehtimala görə, yerli polis nümayişçilərlə loyal olsa, bu işi Rusiyanın Ermənistanda, Gümrü hərbi bazası nəzdində təzəcə formalaşdırmağa başladığı xüsusi təyinatlı polis qüvvələrinin köməyi ilə edəcək.

Bu xüsusda Kremlin “danışan dilləri”ndən olan politoloq Aleksandr Duqinin 1 in.am saytına hədə və xəbərdarlıq xarakterli açıqlaması təsadüfi sayıla bilməz (Axar.az). Duqin deyib: “Putindən və indiki Rusiya hakimiyyətindən Ermənistandakı vəziyyətə müdaxilə tələb eləmək gülməlidir. Rusiya və onun hökuməti Ermənistana formal prinsip əsasında münasibət göstərir. Putin Sərkisyanla danışmağa adət edib və o, Putini qane edir. Məhz buna görə də rus lider Sərkisyanı dəstəkləyir. Yerdə qalanlar isə oyundan kənardırlar. Sərkisyana münasibət sizin daxili işinizdir, amma əgər bu qarşıdurmada Rusiyaya qarşı münasibət pozulsa, bu, ilk növbədə ermənilərin özü üçün pis olacaq. Biz belə hadisələrin digər postsovet məkanı ölkələrində necə bitdiyinin şahidi olmuşuq. Rusiyanın müttəfiqi olan ermənilərin heç bir çıxış yolu yoxdur. Putin Sərkisyanı ona görə dəstəkləyir ki, Sərkisyan onun üçün Ermənistanın özüdür. Əgər rejim dəyişikliyi Rusiya ilə münasibətləri qoruyub saxlayacaqsa, bu, Ermənistanın daxili işidir. Ən vacibi xarici güclərin manipulyasiyasından qaçmaqdır. Bu, hər kəs üçün - ermənilər, rusiyalılar və regionun stabilliyi üçün vacibdir. Əks halda manipulyasiya rejim dəyişikliyi ilə bitməyəcək. Bu, dövləti dağıdacaq”.

Bu, əslində Ermənistana, xüsusilə qərbyönlü müxalifətə ünvanlı açıq hədə, xəbərdarlıqdır.

*****

Baş verənlərlə bağlı Lragir.am nəşrində getmiş şərh də diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, şərhdə deyilir: “Bu iki faktor - ABŞ-dan maliyyə dəstəyi və Avropa Birliyi ilə saziş məsələsi Ermənistan iqtidarı üçün hazırda ən güclü çəkindirici faktorlardır. Əgər indiki hakimiyyətin başının altından müstəsna olaraq Qərbin təmin elədiyi maliyyə ”yastığını" götürsək, hakimiyyət özünün sosial və büdcə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu isə o deməkdir ki, vətəndaş etirazlarına sosial etirazlar da əlavə olunacaq. Ermənistan hakimiyyəti özünün “komplementar” (oxu: “iki stul”da oturmaq - “YM”) siyasətinin girovuna çevrilib: Rusiya ilə siyasi-hərbi ittifaq və Qərblə maliyyə köməyinə, kreditlər almağa imkan verən anlaşmalar".

Müəllifə görə, Rusiya ilə hərbi-siyasi ittifaq uzun illər hakim qüvvəyə xalqa qarşı zorakılıq eləmək və hakimiyyəti mənimsəmək imkanı veribsə, hazırda görünür “maliyyə” yastığı daha böyük əhəmiyyət daşımağa başlayıb. “Yaranmış situasiyada Serj Sərkisyan hansı yola üstünlük verəcək? O, Nikol Paşinyanı dialoqa çağırıb. Ancaq onun özü də başa düşür ki, ”girovluqdan" qurtulmağın ən legitim üsulu istefa və hakimiyyəti legitim qaydada, zorakılıqsız təhvil verməkdir" - məqalədə deyilir.

P.S. Qəzet çapa gedərkən xəbər gəldi ki, İrəvanda polis müxalifətin dinc aksiyalarına müdaxilə etməyə başlayıb. Aksiyalara rəhbərlik edən Nikol Paşinyan saxlanılıb. Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub. Ardında aksiyalara başçılıq edən Mikaelyan da daxil 200-dən çox nümayişçi saxlanılıb. Lakin az sonra Paşinyan Facebook səhifəsindən xalqı küçələrə çıxmağa, polisi isə xalqın tərəfinə keçməyə, “ölməkdə olan rejimin məsuliyyətinə şərik olmamağa” çağırıb, üç deputat saxlansa da, təşəbbüs qrupunun vəziyyətə nəzarət etdiyini bildirib. Respublika Meydanında yenidən S.Sərkisyana “istefa!” tələbi ilə mitinq başlayıb. Ermənistanda vəziyyət gərgin və qeyri-müəyyən olaraq qalırdı...
“Yeni Müsavat”
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib