“Daha Sərkisyan adında adam yoxdur, onun statusu axırıncı fahişədən də aşağıdır...”
Dunya
Oxunub: 512
20 apr 2018 | 09:30
“Daha Sərkisyan adında adam yoxdur, onun statusu axırıncı fahişədən də aşağıdır...”














Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda separatçı hərəkatı dəstəkləmək üçün İrəvanda yaradılan məşhur “Qarabağ” komitəsinin üzvü, sonradan daxili işlər naziri və prezidentin milli təhlükəsizlik müşaviri postlarını tutmuş Aşot Manuçaryan Ermənistanın baş naziri seçilən Serj Sərkisyanı “axırıncı fahişə” ilə müqayisə edib.

Virtualaz.org xəbər verir ki, Manuçaryan bu haqda 1in.am portalına Ermənistanda Sərkisyanın baş nazir olmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatı ilə bağlı müsahibəsində danışıb.

“İndi gənclər də ayağa qalxıb və dərk etməyə çalışır ki, öz ölkəsinin sahibi olmaq nə deməkdir. Onlar yanıla, nəsə səhvə yola verə bilərlər-mən gəncləri günahlandırmıram. Mən artıq “müdrik dayıların” şərhlərini görmüşəm-onlar gənclərin beyinlərini yumağa çalışırlar. Həmin “müdriklərə” müraciət edirəm-sizin işiniz ancaq bu hakimiyyətdən pul almaqdır?”-Manuçaryan deyib.

“Həmin gənc adamların atalarını soyurlar və xaricə göndərirlər ki, uşaqlarını saxlamaq üçün işləsinlər. Siz isə bu pulları yeyib səs çıxarmadan sakitcə oturacaqsınız?”-erməni ictimai xadim hiddətlənib.

Aşot Manuçaryan daha sonra bunları deyib: “Serj Sərkisyan adında adam daha yoxdur. Belə adam Ermənistanda var idi-o, xaqla müqavilə bağladı. Dedi bu Konstitusiyanı qəbul edin, indiyə qədər nə etmişəmsə eybi yox, mən isə hazırlaşıb gedirəm. Bu adam xalqa söz verib. Bu adam həmin vaxta qədər adam sayılırdı ki, andını, verdiyi sözü pozmasın. Verdiyi sözə əməl etməyən andan o adamlıqdan çıxdı, imkan yaratdı ki, bu qrup onu banda rəhbəri adlandırsın. O, onlarla vəd verdi, amma sakitcə deyə bilərəm-bizdə verdiyin vədi pozdunsa yalançı cinayətkara, satqına çevrilirsən. Bu status isə erməni dünyasında axırıncı fahişənin statusundan da aşağıdır”.

Xatırladaq ki, Sərkisyan Ermənistanda parlament üsul-idarəçiliyinə keçidi təmin edən Konstitusiya dəyişikliklərini referenduma çıxaranda bu dəyişikliklərin hakimiyyətini baş nazir statusunda uzatmağa xidmət etmədiyini, baş nazir olmayacağını dəfələrlə elan edib. İndi isə ermənilər Sərkisyanın verdiyi sözü pozduğunu görüb küçələrə çıxıblar.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib