Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ - “Otağın birini, damı söküb getdilər…”
Dunya / Bolge
Oxunub: 1 701
7 apr 2018 | 20:18
Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ - “Otağın birini, damı söküb getdilər…”















Sabunçu rayonu Əmir Bağırov küçəsində - “Balaxanı Oil” neft şikətinə məxsus ərazidə qeyri-qanuni məskunlaşanlar illərdir evlərinin qəflətən söküləcəyi qorxusu ilə yaşayırlar. Şikətin neft ərazilərini mühafizə edən “Tornado” mühafizə xidmətinin bir qrup əməkdaşı ötən həftə Ə.Bağırov küçəsi, 78-də II qrup əlil Hafiz Müseyibova məxsus evi söküb. Yaxınlıqdakı digər evlərin sakinlərinə də xəbərdarlıq edilib ki, günlərin bir günü onların da evlərini sökməyə gələcəklər.

Neftlə çirklənmiş bu ərazidə 1993-cü ildən indiyədək minlərlə ev tikilib. Məhəllə ikiyə yerə ayrılıb, imkanlıların evləri yerləşən ərazi abadlaşdırılıb, asfalt yol çəkilib. Gecəqondu tipli mənzillərə gedən kələ-kötür torpaq yol isə yayın qızmar günləri belə keçilməzdir.

Hafiz Museyibov deyir ki, 2003-cü ildə ev tikərkən bələdiyyə də daxil olmaqla bir neçə təşkilatdan şifahi razılıq alıb. 15 ildir kommunal xərcləri ödəyir. “Həyat yoldaşım və övladlarımı zorla evdən çıxarılıblar. Evin bir otağını, damını söküblər. Yalnız səs-küydən sonra söküntünü yarımçıq saxlayıblar. Amma bir otaq, dam örtüyü sökülüb. İndi 6 və 15 yaşlı övladlaımla balaca bir otağa sığınmışıq, nə mətbəx, nə də hamam var”, -şikayətçi virtualaz.org saytına danışıb.

Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ - “Otağın birini, damı söküb getdilər…”










Museyibov deyir ki, Bağırov küçəsində onun kimi qanunsuz ev tikən minlərlə sakin var. Amma villalar deyil, kasıb komada yaşayanlar qorxu altında saxlanılır. Museyibov deyir ki, söküntü üçün gələn mühafizə xidmətinin əməkdaşları evin qanunsuz olduğunu əsas gətiriblər: “Qanunsuz tikililərin sökülməsi üçün məhkəmənin qərarı olmalıdır. Əlil kimi ayda 140 manat pensiya alıram, günəmuzd fəhləlik edirəm. İndiyədək özümə bir mətbəx də tikə bilməmişəm. 15 yaşlı uşaq mənimlə bir otaqda yatır. Gecə-gündüz fikirləşirəm, axı o qədər qanunsuz tikilinin içində niyə məhz mənim komamı sökmək istəyirlər?”

Əmir Bağırov küçəsində bir tərəfdən söküntü getsə də, digər tərəfdə yeni evlər inşa edilir. Sakinlər deyirlər ki, yalnız tikinti zamanı deyil, heç olmasa 2-3 ildən bir söküntü üçün gələnlərlə dil tapmaq şərtdir. Onların haqqını verməsən tikinti aparmağa da qoymurlar.

Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ - “Otağın birini, damı söküb getdilər…”











Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, həmin ərazidə işlək quyuların yaxınlığında ev tikənlər də var. Hətta bəzi yerlərdə işlək quyuları hasarlayıblar.

“Evlərin tikintisinə o vaxt razılıq verilə bilər ki, geoloqlar orada neft olmadığını rəsmi təsdiqləsinlər. Bu halda ərazi şirkətin balansından çıxarılıb bələdiyyəyə verilə bilər. Məsələn, Qum Adası NQÇİ-yə məxsus torpaqlar inventarizasiya olunub . Çünki orada neftin olmadığı təsdiqlənib”, -hüquq müdafiəçisi deyib.

“Balaxanı Oil” şirkətinə məxsus torpaqlarda tikilən evlər isə köçürülməlidir. M.Qəhrəmanlı neftlə çirklənmiş ərazilərin sağlamlıq üçün təhlükəli olduğunu deyir. “Lakin bu o demək deyil ki, vətəndaşa xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan evi sökülə bilər. Bunun üçün məhkəmənin qərarı olmalıdır. Oradakı evlərin söküntüsündən əvvəl proqram hazırlanmalı, adamlar evlə təmin edilməlidirlər. Nəzərə alaq ki, neftlə çirklənmiş ərazidə ev tikdirənlər kasıb, digər ərazilərdə ev almaq üçün imkanı olmayanlardır”, -Qəhrəmanlı əlavə edib.

Museyibov və yaxınlıqdakı gecəqonduların sakinlərinin yuxusu ərşə çəkilib, məhəlləyə yada dam gələn kimi evlərin sökülmə qorxusu ilə həyəcan keçirirlər.
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!