“Tramp nüvə sazişindən çıxarsa, qalib Tehran olacaq” – Dörd ABŞ prezidentinə müşavirlik etmiş Rossun ekspert rəyi
Dunya
Oxunub: 483
4 apr 2018 | 09:38
“Tramp nüvə sazişindən çıxarsa, qalib Tehran olacaq” – Dörd ABŞ prezidentinə müşavirlik etmiş Rossun ekspert rəyi














Dennis Ross

“Washington Post”

Mən İranla nüvə razılaşmasının pərəstişkarı deyiləm. Bu saziş İranın nüvə proqramına məhdudiyyətlər qoysa da, 2030-cu ildən sonra onun həcminə və ya xarakterinə heç bir real qadağanı nəzərdə tutmur.

İranın nüvə silahı əldə etmə səyinə son qoymaq yerinə, bu saziş sadəcə onu təxirə salır. Doğrudur, iranlılar nüvə silahı əldə etməməyi və ya nüvə proqramını inkişaf etdirməməyi öhdələrinə götürüblər, üstəlik, buna can atmadıqlarını söyləyirlər, amma bunun əksinin aydın sübutları var.

Beləliklə, 12 il sonra müqavilənin bəzi müddəalarının qüvvədən düşməsi ilə təhlükə yenidən dirçələ bilər, amma bu, əsla prezident Trampın may ayında razılaşmadan uzaqlaşması mənası vermir. O, sazişdən çıxarsa, bu, yeganə, birtərəfli çıxış olacaq.

Avropalılar, xüsusilə administrasiya ilə danışıqlar aparmaq və bir sıra güzəştləri (İranın ballistik raket sınaqlarına sanksiya, İranın 2030-cu ildən sonra edə biləcəyini və iranlıların bölgədəki qeyri-sabitləşdirici hərəkətlərini məhdudlaşdırmaq) qəbul etmək istəyəndən sonra Trampın gedişinə qatılmayacaqlar.

Hətta ingilis, fransız və almanlar administrasiyanın ayağına getməyə hazır olmadıqları halda belə, onlar Tramp administrasiyasının müqavilə ilə əlaqədar narahatlıqlarını qəbul etdilər və ən azı qismən onunla anlaşmağa hazır idilər.

“Gəzinti” sona çatacaq. Bu, iranlıları deyil, Birləşmiş Ştatları təcrid edəcək. Çünki iranlılara təzyiq, yalnız ABŞ-a başqaları da qoşulduğu zaman həmişə təsirli olub.

Əslində, Avropa İttifaqı İran neftini boykot vermək qərarına gəldikdə, İran həqiqətən də sıxışdı və sanksiyaların olduğu müddətdə heç vaxt bunu etməyəcəyini bəyan etdikdən sonra danışıqlar aparmağa başladı.

Təəssüf ki, avropalılar sadəcə müqaviləyə sadiq qalmayacaqlar; onlar iranlıları qoruya bilmək üçün çox şeyə əl atacaqlar və iranlılar Avropanın qorxuları ilə necə oynayacaqlarını bilirlər. Onsuz da Tehran yeni və daha təsirli sentrifuqalar qurmaq üçün sürətlə hərəkət edə biləcəyini bəyan edir və onların buraxılışını məhdudlaşdırmır.

Əlbəttə, bu, Avropada müharibə riskinin artması ilə bağlı qorxuları saxlayacaq və onlar iranlıları müqavilədə qalmağa təşviq edəcəklər.

Administrasiyada iranlılarla işləyən Avropa şirkətlərini sanksiya tətbiqi ilə təhdid edərək, Avropaya təzyiq edə biləcəyini söyləyənlərə etibar etməyin. Avropalılar həmişə belə ikibaşlı sanksiyalara müqavimət göstərib və Trampın Avropa ictimai fikri ilə maraqlanmadığını nəzərə alsaq, az-maz lider ABŞ-ın təhdidlərinə boyun əyəcək.

Şübhəsiz, bəzi Avropa bankları və şirkətləri potensial ABŞ sanksiyalarından ehtiyatlanacaq, bu, onların İrana sərmayə yatırmasına təsir göstərəcək. Ancaq bu qorxu ABŞ-ın müqavilədən çəkilməməsi halında belə mövcuddur.

Terrorizm və insan hüquqları pozuntularını dəstəklədiyinə görə İran əleyhinə sanksiyalarımız onsuz da qüvvədə qalır. Bu, İranın nüvə müqaviləsindən gözlənilən iqtisadi mənfəətlərin yoxluğundan şikayətlərini izah etməyə kömək edən reallıqdır.

Amma Amerikanın səyləri ilə bağlı narahatlıqlarım daha dərindir. Bu, nəticə olmadan İrana sərt rəftar illüziyası yaradır. İranın meydana gətirdiyi təhlükə – bölgədəki genişlənməsidir. Hökumətləri boğmaq üçün o, şiə könüllüləri və vəkillərindən istifadə edir. Suriyadakı münaqişədə iştirakını təmin edərək, şiə militanları (və şiə dinc sakinləri) hesabına sünni bölgələrinə yerləşməklə, qaçqınların evlərinə dönməsini maneə törətməklə, demoqrafik tarazlığı dəyişməyə çalışır. Bununla da Suriyada hərbi qiyam ehtimalını davamlı etmə nəzərdə tutulur.

Xatırladım, İran Suriyada getdikcə daha çox təhlükə törədir. İsrailin hava sahəsinə bir dron yolladıqda, İsrailə vəkilləri vasitəsilə deyil, birbaşa meydan oxunub.

İsraillilər “Hizbullah”ın malik olduğu 120 mindən çox raketlə, Suriya və Livanda qabaqcıl idarəetmə sistemlərinin hazırlanmasına dair planları ehtiva edən Suriyadakı İran hərbi iştirakının genişlənməsi ilə rahat yaşaya bilməyəcəklərini açıqlayıblar. İsrailin miqyası, nisbətən az sayda kritik hərbi və mülki infrastruktur hədəfləri bu deməkdir ki, İranın növbəti addımı halında, gözləməyə tab yoxdur.

Əlbəttə, israillilərlə İran / “Hizbullah” arasında müharibənin necə başlayacağını təsəvvürə gətirmək asandır, amma sonu – çətin.

Suriyada iranlıların, onların vəkillərinin yayılması və hərbi potensialını inkişaf etdirmənin məhdudlaşdırılması Tramp rəhbərliyinin təməl məqsədi olmalıdır. Ancaq Trampın dediyi şəkildə yox: "Bunu azca gözləməlisiniz".

Bizim prioritetimiz əslində, İranın real təhlükəsini kütləşdirmək və bunun başqalarından asılı olduğunu söyləmək deyil, bu məqsədə dəstək vermək tələb olunur.

Tramp razılaşmadan uzaqlaşmanın Tehranda çətinliklər yaradacağına inanır. Bu düz deyil. O, əsl təhlükəni görmür və iranlıları qələbə qazandırır. Onlar biləcəklər ki, ABŞ yalqızdır və regionda etdiklərini dayandırmaq üçün heç bir mənalı təzyiq olmayacaq.

Böyük kinayə budur ki, müqavilənin yaratdığı zəifliklərlə mübarizə aparmaq və çəkindirməni gücləndirmək üçün bir yol var: iranlıların bölgədəki davranışlarına təpki veriləcək.

İranla razılaşma nüvə məsələsində möhlət idi, indi bu möhlət bitib.

Tərcümə: Strateq.az

* Dennis Ross – sabiq ABŞ prezidentləri Reyqan, ata-Buş, Klinton və Obama administrasiyalarında təhlükəsizlik üzrə müşavir olub.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest