Rusiyada daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı - FOTO
Dunya
Oxunub: 523
1 apr 2018 | 21:33
Rusiyada daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı - FOTO














Rusiya daha bir oliqarx-milyarderin həbsi ilə çalxalanır. Hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.

Rusiyada daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı - FOTO

Ziya Maqomedov
Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb. Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən "Baltik Arena" stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun "Crocus Group" şirkətidir.

Ziya Maqomedov və Leyla Məmmədzadə



Maqomed Maqomedov

Habelə Maqomedovların Novorossiysk ticarət limanının tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir.
"The Bell" nəşrinin yazdığına görə Maqomedov qardaşları ilə birlikdə "Summa" şirkətlər qrupunun baş direktoru Leyla Məmmədzadə də saxlanılıb. 42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın "Halliburton" şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi "Royal Dutch Shell"də həmin sahəyə rəhbərlik edib. 51 yaşlı Ziyavuddin Maqomedov "Forbes"in milyarderlər siyahısında 53-cüdür. O, milliyətcə avardır, Dağıstanın Xunzaxsk rayonunun Şotoda kəndində anadan olub.



Keçmiş senatordur, 2002-2009-cu illərdə Federasiya Şurasının üzvü olub. Onun sahibi olduğu "Summa" şirkətlər qrupu diversifikasiya olunmuş holdinqdir, liman logistikası, mühəndislik xidmətləri, telekommunikasiya, neft-qaz və digər sektorlarda çoxsaylı aktivlərə malikdir. Rusiyanın ən qaranlıq şirkətlərindən biri hesab edilir. Azərbaycan neftinin də nəql edildiyi Novorossiysk ticarət limanı da Ziya Maqomedova məxsusdur. Ziya Maqomedovun həbsi ən son məqamda həyata keçirilib. O, şəxsi təyyarəsi ilə ailəsi ilə birlikdə ABŞ-ın Mayami şəhərinə uçmaq istəyərkən tutulub.



Biznesmen Mayamiyə "əməliyyat olunmaq üçün getmək istədiyini" deyib.
Vəkilləri onun istintaq dövründə azadlığa buraxılması üçün 2.5 milyard rubl girov təklif edib, lakin məhkəmə girovu qəbul etməyib və oliqarxın barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, həbslər başlayanda Maqomedov qardaşlarının menecerlərindən ikisi, o cümlədən "GlobalElectroServise" və "Transinjinirinq" şirkətlərinin baş direktoru Eldar Naqapov Dubaya qaçmağa imkan tapıb. "The Bell" nəşri Ziya Maqomedovun baş nazir Dmitri Medvedyevə yaxın oliqarx olduğunu yazır. Medvedyev ona yüksək dövlət mükafatları verib. Bəzi məlumatlara görə Medvedyevin xanımı "Summa" holdinqinin səhmlərinin 20 faizinə sahibdir.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"