Məşhur müğənnidən ŞOK SÖZLƏR: “Ər-arvad cinsi əlaqə zamanı üçüncü şəxsi, bakirəliyi isə...”
Dunya
Oxunub: 708
31 mar 2018 | 18:22
Məşhur müğənnidən ŞOK SÖZLƏR: “Ər-arvad cinsi əlaqə zamanı üçüncü şəxsi, bakirəliyi isə...”














26 kq arıqlayıb tanınmaz hala düşən müğənni Zərrin Özer türk kişilərinin yarısının biseksual olduğunu deyib.

Publika.az xəbər verir ki, məşhur müğənni “Posta” qəzətinə verdiyi müsahibədə şok açıqlamalar verib. Sənətçi onu da bildirib ki, qızlar evlənənə qədər bakirə olmalıdır.

Müğənninin müsahibəsindən maraqlı açıqlamaları təqdim edirik:

“Onurğamdan iki dəfə səhv əməliyyat keçirmişəm və uzun müddət əlil arabasına məhkum oldum. Mahnılarımı oxudum, işimi gördüm, amma çətin idi. Şükür ki, indi yaxşıyam. 26 kq arıqlamışam. Çəkim bitməyən kompleksimdir, bunu etiraf edirəm. Fəlsəfəmə görə, insan yaxşı mahnı oxuyursa, deməli dincəlir. Mahnı insana hər cür rahatlıq gətirir. Mən bunun sübutuyam. Amma albom çıxartmaq üçün görüşdüyüm ilk adam məni görəndə reaksiyası belə olmuşdu: "Səni görən televizoru söndürər, arıqlamaq məcburiyyətindəsən”.

Sənətçi sevgiyə inanmadığını söyləyib:

“Sevgiyə inanmıram. Ümumiyyətlə, mənfəətsiz heç bir münasibətə inanmıram. Keçmişdə gözəl münasibətlərim olub, amma sonda mənə bunu deməyə məcbur etdilər, sevgiyə olan inamımı itirmişəm. Hər an bir kişini başdan çıxarda bilərəm. Əqrəb bürcüyəm, “eşqbazam”. Amma flirtlərim uzun müddət davam edir və sonradan münasibətə çevrilir. Şəfqət və sədaqət bu zamanda artıq qalmayıb. O duyğular üçün darıxıram”.

İfaçının türk kişiləri haqqında dediyi ifadələr də böyük müzakirələrə səbəb olub:

“Türk kişilərinin 50 faizi biseksualdır. Bilirəm ki, bu fikirlərim çoxunu hirsləndirəcək, amma həqiqətləri deyirəm. Mənə həyat bunu göstərdi. Adət və ənənələr o qədər sərt və dominantdır ki, kişilər bunu etiraf etmirlər. Türkiyədə kim deyə bilər ki, "Mən geyəm”.

Daha sonra sənətçi qocalıq fobiyalarından bəhs edib:

“Qocalmağı qəbul etmirəm. Bəzən geriyə baxıb düşünürəm və deyirəm ki, "Mən o qədər ili necə yaşamışam?” Odur ki, daim keçmişdən bəhs edən dostlarımı da dərhal susdururam. Onsuz da istədiyim çox şeyi etmədim. Ürəyimi incidən və içimdə qalan çox şey var.

“Müvəffəqiyyətə gedən yol prodüserin yaxınlığından keçir” sözündə həqiqət var. Bütün bunlardan qaçmaq üçün çox mübarizə apardım. Arxamda kimsə yox idi. Anam pəncərələrdə gözləyirdi məni. Odur ki, özüm üçün müdafiə qalxanı yaratdım. Hər kəsə yaşına baxmadan "Qardaş" deyərdim. İqtisadi gücünüz olanda heç kəsə “Eyvallahınız” olmur. İstər-istəməz “qadın adam” oldum.

Təcavüz kimi ağır travma yaşadım. Buna görə bakirəlik içimdə qalan düyün oldu. Bəlkə təcavüzə məruz qalmasaydım, bakirəliyə belə məna və əhəmiyyət verməzdim”.

Qız uşağınız olsa, onun da ərə gedənə qədər bakirə olmasını istərdim. Çünki mən hədsiz rahatlığı, hörmətsizliyi sevmirəm. İndiki insanların müasirlik anlayışını qəbul etmirəm. Artıq hörmət, ədəb qalmayıb.

Türkiyədə özümü son dərəcə sərbəst hiss edirəm. Bir çox məsələdə Amerikadan 100 il geridə qaldıq, amma maşallah əxlaqsızlıq mövzusunda onlarla bərabər gedirik. Əxlaqsızlıq diz boyunu keçib. Azad olmaq o demək deyil ki, hər istədiyini etmək haqqın var. Elə şeylər eşidirəm ki, başımı itirirəm. İntim münasibət üçün yanlarına üçüncü bir tərəfdaş axtaran ər və arvadlar var. Bu azadlıq deyil, azğınlıqdır! Əxlaqsızlıqdır!

Coşqun Səhər düz deyib. Məncə də, Tvitter qadağan olunmalıdır. Azadlıq gözəldir, amma gərəkdir ki, o azadlığı ədəbli və əxlaqlı şəkildə yaşayaq. Belə düşündüyüm üçün mühafizəkar və geri zəkalı oluramsa, onu da minnətdarlıqla qəbul edirəm.

Rahatam. Xoşbəxtəm. Nə üçün bunu etdiklərini başa düşmürəm. Bir müddət ölüm təhdidləri də aldım. Mən Türkiyədə qılınc boyunbağı taxan ilk adamam. Mədəniyyətimlə həmişə qürur duymuşam. Amma sırf Prezidenti Ərdoğanı sevirəm, bunu TRT-də proqram aparıram deyə də demirəm. Birincisi, mən o insanı hərtərəfli tanıyıram. Haqsızlıqlara, ədalətsizliyə dözümü yoxdur. Sevə bilmərəm? Kimə nə bundan?

Sezeni idarə edənləri var. Bu sözlərimə görə qəzəblənə bilərlər, ancaq Sezən rəqiblərinin ayağını tapdalamağa və əzməyə çalışır, mənimlə də çox əlləşdi. Amma mən bir nömrə olmaq üçün heç kəsin ayağını tapdalamağa və badalaq gəlməyə çalışmamışam. Xarakter məsələsidir. İndi fikirləşirəm ki, onların gözündə uğurlu və çox təhlükəli görünmüşəm”.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"