Həddindən çox tərləyənlərin diqqətinə — bu xəstəlik əlamətidir
Dunya
Oxunub: 569
31 mar 2018 | 12:34
Həddindən çox tərləyənlərin diqqətinə — bu xəstəlik əlamətidir















Bir çox şəxslərdə mütəmadi olaraq tərləmə problemi olur. Tər ifrazı ən vacib funksiyalardan biri olub orqanizmdən toksinlərin xaric olunmasına və bədən temperaturunun stabil saxlanılmasına yönəlib. Lakin bəzi hallarda havanın hərarəti yüksək olmayanda da tər ifrazı artır. Fəslindən asılı olmayaraq, əllərinin içi, ayaqlar, qolların altı daim tərləyir. Tibdə həmin hal hiperhidroz adlanır.
Problemin yaranma səbəbləri ilə bağlı türkiyəli həkim Erdal Okurun fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, hiperhidroz aşırı dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakteriya və göbələklərin nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilir: "Həddindən çox tərləmə bütün bədəndə və ya lokal olaraq görülə bilir. Əgər ümumiyyətlə, həddindən çox tərləmə varsa, altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun".
Həkim bildirir ki, klassik dərman müalicələri, bəzi həblər və kremlər müəyyən zaman problemi aradan qaldıra bilər: "Amma lazımi effekti verməməsi həmin üsulların o qədər də yayılmasına səbəb olmur. Daha qalıcı və təsirli müalicə üçün son illər botoks tətbiq olunur. Həddindən çox tərləyən əl və qoltuq altı nahiyələrə gedən simpatik sinirlər blok edilir və tərləmə kəsilir. Bu, təsirli üsul olsa da, qalıcı deyil. İldə 2-3 dəfə təkrar tətbiq olunmalıdır".

E. Okurun sözlərinə görə, bu problemin aradan qalxması üçün ən təsirli yol cərrahi üsuldur: "Endoskopik Torakal Simpatektomiya (ETS) adı verilən və ümumi anesteziya altında aparılan bu əməliyyat hər iki qoltuqaltında 1 sm-lik kiçik kəsimlərdə həyata keçirilir. Video-endoskopla girilərək, sinə boşluğu içində, qol və qoltuqaltındakı tər vəzilərini xəbərdar edən sinirlər kəsilir və ya klipslə əzilərək bloklanır. Ümumi 1 saatdan artıq sürən bu əməliyyat zamanı və sonra xəstə heç bir ağrı hiss etmir".
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"