Putin 20 min tankı hazır vəziyyətə gətirdi
Dunya
Oxunub: 762
6 mar 2018 | 10:50
Putin 20 min tankı hazır vəziyyətə gətirdi















Rusiya böyük müharibəyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Belsat TV-yə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

"Bu, strateji qərardır. Belə bir qərar yekun olaraq 2013-cü ilin əvvəlində verilib. Hökumətin fikrincə, 2030-cu ilə qədər, özəlliklə 2020-ci illərdə müharibə təhdidi artacaq və Rusiyaya hər tərəfdən hücumlar olacaq. Buna görə də Rusiya strateji müdafiə perimetri hazırlayır. Bu hazırlıq təkcə şimal-şərqi Avropada yox, həm də Arktikada, Kurildə, Yaxın və Orta Şərqdə, Qara dənizdə aparılır. Rusiya ilə qonşu ölkələrə böyük dünya şahmat taxtasında vacib strateji fiqur kimi baxılır. Vacib olan bu fiqurlara sahib olub, onun düşmənin yanına keçməsinə, özünə qarşı hücum plasdarmı kimi istifadə edilməsinə imkan verməməkdir”, - analitik qeyd edib.

Felgenhauerin fikrincə, Rusiyanın apardığı müharibə müdafiə xarakterli olacaq:

"Rusiya hər zaman müdafiə müharibəsinə hazırlaşıb. O, artıq 500 ildir müdafiə olunur və bütün bu dövrlər ərzində ərazisini 2 dəfə artırıb. Müdafiə aktiv olmalıdır. Avropaya soyuq müharibə dövründəki kimi böyük hücumlar planlaşdırılmır, amma istənilən halda hücum fəaliyyətləri olacaq. Rusiyanın artıq indidən 20.000 tankını döyüş vəziyyətinə gətirdiyi haqda məlumat yayılıb. Bu, bütün NATO ölkələrindəki saydan 2 dəfə çoxdur. Beləliklə, böyük müharibəyə hazırlıq gedir. Hazırda Baltikyanıda baş verənlər sadəcə xaricdə ümumi müdafiənin qurulmasına hesablanıb, amma həm də hücum xarakteri daşıyır”.

Onun sözlərinə görə, hazırda Moskva üçün Ukrayna məsələsinin həlli vacibdir:

"Konfliktin dondurulması indiki zamanda heç kimə sərf etmir. Rusiya hərbçilərinin fikrincə, Ukraynanı özbaşına buraxsalar, o, Qərbə meyillənəcək və 2022-2025-ci illərdə ola biləcək Ümumavropa Müharibəsində Qərbin, daha dəqiq desək, Amerikanın bazaları artıq Xarkov, Poltavada olacaq. Ona görə də Ukrayna Rusiyanın təsir sferasında olmalı, ölkəyə Yanukoviç və ya Kuçma kimi rəhbərlər gətirilməlidir. Bu səbəbdən Moskva Ukraynanı Moskva buraxmayacaq.

"İsgəndər”lər bir zamanlar Kalininqradda şantaj kimi istifadə edilirdi, lakin indi onların bu ərazidə yerləşdirilməsi taktiki xarakter daşıyır. Qərbin nə etməyindən asılı olmayaraq, onlar buraya gətiriləcəkdi. Buradakı 152-ci briqadanın raketləri çoxdan dəyişdirilməli idi. "İsgəndər”lərin Kalininqrada gətirilməsi şantajdan daha çox, böyük müharibəyə hazırlıqdır. "İsgəndər”lər rəsmi rəqəmlərə görə, 500 kilometr uça bilir, amma müəyyən dəyişikliklərlə onun uçuş məsafəsini 800 kilometrə çatdırmaq olar. Üstəlik, qanadlı raketlə buraxıldıqda onun məsafəsi 3000 kilometrə çatır. Bu da bütün Avropanı əhatə etməyə kifayət edir”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi