Saakaşvilinin Ukraynada çadırları dağıdıldı - şou bitdimi...
Dunya
Oxunub: 711
8 mar 2018 | 20:43
Saakaşvilinin Ukraynada çadırları dağıdıldı - şou bitdimi...













Elxan Şahinoğlu: “Saakaşvili getdikcə unudulur”; Əhəd Məmmədli: “Saakaşvili Ukraynada rıçaqlarını saxlayır, lakin...”

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanı daxildən qarışdırmaqda davam edir. Bir neçə həftə bundan öncə ölkədən çıxarılaraq, Polşaya göndərilən Mişa orada da dinc dayanmır.

Martın 3-də Kiyev polisinin Saakaşvilinin tərəfdarlarının Ali Radanın yaxınlığında qurduğu çadır şəhərciyini dağıtması və 100-dən çox aksiya iştirakçısının saxlanılması gərginliyi bir qədər də artırıb.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Ukraynada demokratiyanın bitdiyini söyləmək olmaz: “Birincisi, Ukrayna parlamentində müxtəlif siyasi partiya və cərəyanlar var və onlar öz fikirlərini sərbəst şəkildə ifadə edirlər. İkincisi, Ukraynada media rəngarəngdir, prezidenti dəstəkləyənlər də var, müxalifətə yaxın olanlar da. Üçüncüsü, prezident Pyotr Poroşenkonun reytinqi o qədər də yüksək deyil və növbəti seçkidə onu ciddi mübarizə gözləyir. Bütün bu amilləri nəzərə alaraq Ukraynada heç bir hakimiyyətin demokratik institutları nəzarət altına alacağını söyləmək çətindir. O ki qaldı Mixail Saakaşvilinin Ukraynadan çıxarılmasına və onun tərəfdarlarının Kiyevdəki çadırlarının sökülməsinə, bu etiraz Kiyev bələdiyyəsi ilə razılaşdırılmayıbsa, onda çadırların sökülməsində qeyri-qanuni heç nə yoxdur. Kiyevdə hər ay mitinqlər və küçə yürüşləri keçirilir. Ancaq günlərlə, həftələrlə, hətta aylarla çadırların varlığı və oradan hakimiyyətinə dəyişdirilməsinə edilən çağırışlar istər-istəməz Ukrayna hakimiyyətin adekvat addımlar atmağa məcbur edir. Mixail Saakaşvili Ukraynadan çıxarıldıqdan sonra proqnozum belə idi ki, Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş meri yenidən Ukraynaya geri dönməsə, o, bir siyasətçi kimi arxa plana keçməyə başlayacaq. Proqnozum doğrulur. Saakaşvili getdikcə unudulmağa başlanılır.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Onun Hollandiyadan yayımladığı internet görüntülərinin effekti getdikcə azalır. Saakaşvili hadisələrin episentrində olduqda diqqət mərkəzindədir, savaşır, mübarizə aparır, daima mediaya müsahibə verir. ABŞ və Avropada uzunmüddətli yaşayış isə Saakaşvilinin bir siyasətçi olaraq passivliyinin artmasına və tədricən unudulmasına səbəb olacaq. Ona görə də Saakaşvilinin iki seçimi var: ya indiki sakit və rahat həyatla barışıb Ukraynadakı siyasi iddiadan uzaqlaşacaq, ya da ki, yenidən Ukraynaya geri qayıtmağın planlarını quracaq. Ancaq ikincini reallaşdırmaq problematikdir. Poroşenko ikinci dəfə eyni səhvi təkrarlamamağa çalışacaq, Saakaşvilini sərhəddən keçməyə qoymayacaq. Mişa unudulduqca onun Ukraynadakı tərəfdar sayı da azalacaq. Onsuz da Saakaşvili Ukraynada olanda da onun reytinqi yüksək deyildi. İndi isə reytinq bir az daha azalıb. Bundan da istifadə edən Poroşenko Saakaşvilini dəstəkləyən çadır şəhərciyini dağıtmağa qərar verib. Ukraynanın sabitliyə ehtiyacı var. Daimi daxili gərginlik bu ölkəni inkişafdan geri salır”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Saakaşvilinin bitdiyini düşünür: “Ukraynada, ümumiyyətlə, regionda Saakaşvili bitdi. Saakaşvili projesinin qələmini qırdılar. Mişanın təşkil etdiyi mitinq heç bir uğur qazanan deyil. Bunun belə olacağını özü də başa düşür. Sadəcə, siyasətçi kimi var olmanın son çırpıntılarını aparır. Polşadan Ukraynaya qayıtmaq üçün son cəhdlərini edəcək. Məncə, bu dəfə Poroşenko onu ölkəsinə buraxmayacaq. Poroşenko ilə Saakaşvilinin sahibləri eynidir. Sadəcə, bu dəfə seçimləri Poroşenkonun tərəfində oldu. Onların icazəsini alandan sonra Poroşenko Saakaşvilini ölkəsindən qovdu. Saakaşvili Ukraynada rıçaqlarını saxlayır, lakin bunun ölkəyə güclü təsir edə biləcəyini düşünmürəm”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"