Prezident məmurların toylarda iştirakına qadağa qoyur: “Mənim özüm də daxil olmaqla…”
Dunya
Oxunub: 3 182
4 mar 2018 | 00:55
Prezident məmurların toylarda iştirakına qadağa qoyur: “Mənim özüm də daxil olmaqla…”













Özbəkistan prezidenti Şövkət Mirziyayev baş nazir və müavinləri, nazirlər də daxil olmaqla dövlət məmurlarının toy və ad günü ziyafətlərində iştirakına qadağa qoyub.
Xeberle.com virtualaz.org-a istinadən xəbər verir ki, prezidentin bu barədə səs yazısını "Azadlıq” radiosunun özbək xidməti əldə edib. Mirziyoyev bildirir ki, onun özü də daxil olmaqla heç bir məmur daha toylarda, ziyafətlərdə iştirak edə bilməz. Üstəlik Özbəkistanda toylarla ciddi reqlament tətbiq olunacaq.

Özbəkistan prezidenti bunu ölkədə korrupsiyanın səviyyəsini azaltmaq istəyilə əlaqələndirir. 16 dəqiqəlik səsin, prezidentin fevralın 27-də keçirdiyi videoselektor müşavirəsində yazıldığı bildirilir.

Mirziyayev baş nazirin və Daşkəndin icra hakiminin də iştirak etdiyi müşavirədə bildirir ki, o, məmurların düzgün işləmələri üçün hər cür şərait yaradıb və artıq onlardan xalqa ədalətlə xidmət etmələrini tələb etməyin vaxtı çatıb:"Səhər qərar elan olunacaq. Nazirlərə, icra hakimlərinə və icra orqanlarının nümayəndələrinə toylarda iştirak etmək qadağan ediləcək. Əgər hansısa çayxananın qarşısında dövlət nömrəli maşın görsəm, həmin məmuru dərhal cəzalandıracam”.

Prezident deyir ki, "korrupsiyanın kökünü kəsmək üçün” dəbdəbəli toy məclislərinin keçirilməsinə və məmurların toylarda iştirakına qadağa oymağa məcburdur. Onun sözlərinə görə, korrupsiya cəmiyyətin bütün təbəqələrinə sirayət edib və məmurlar arasında geniş yayılıb.


Prezident məmurların toylarda iştirakına qadağa qoyur: “Mənim özüm də daxil olmaqla…”

"Mənim özüm də daxil olmaqla, heç bir məmur ad günləri və toylarda iştirak etməyəcək. Yetər, o dövlər artıq keçib. Bütün bunlar camaatı qıcıqlandırır, hiddət doğurur. Belə mərasimlər və toylar yüksək vəzifəli məmurların iştirakı olmadan keçiriləcək. Baş nazir bütün müavinləri ilə birlikdə toya gedir, bu başdan o başa düzülürlər… Sən o toyda 20 kiloqram ət bişirməkdənsə, kasıba əl tut ki, evini rəngləsin, ona televizor al”-Özbəkistan prezidenti deyib.

Prezident bildirir ki, bundan sonra toyların"ciddi reqlamenti olacaq”. Toy sahiblərinə toya maksimum 120 qonaq çağırmağa icazə veriləcək.

"Hünəriniz var, etiraz edin, cəzalandıraram”– deyə prezident zaldakı məmurlara xəbərdarlıq edir.

Prezident deyib ki, toylar bundan sonra gündüz vaxtı keçiriləcək. Günorta 2-də, 3-də bitəcək. Toyda yalnız gənclər iştirak edəcək, yaşlılar nişanda iştirak edəcək. Bəzi bölgələrdə, məsələn Əndicanda toyla yanaşı "səhər plovu” deyilən adət də var. Ora da yüzlərlə adam çağrılır. Prezident deyir ki, həmin adət ləğv olunacaq. Mirziyayev axşam toy mərasimi keçirən şadlıq evlərini bağlamaqla hədələyib.

Daşkənddə keçirilən toylara toxunan prezident deyib ki, dörd qızı olan daşkəndli onlara toy eləmək üçün gərək özünü assın:"İmkanı yoxdu, amma borca girir, öz sağlamlığına fikir vermir, yalnız qızlarının toyu üçün pul yığır. Gərək hamının qarnını doyursun, qızına mebel alsın. Biz bu məsələni təşviqat yolu ilə həll etmək istəyirdik, amma alınmadı. Bizə belə toylar lazımdı?”


Prezident məmurların toylarda iştirakına qadağa qoyur: “Mənim özüm də daxil olmaqla…”

Prezident hesab edir ki, dəbdəbəli mərasimlər yığışdırılsa, korrupsiya da azalar.

"Əgər toyların keçirilməsi qayadalarını sərtləşdirsək, korrupsiya-filan da olmaz. Hamı razı qalar, ədalət bərqərar olar. Hamı eyni cür toy edər. Əgər rəhbər işçilərdən kimsə – istər prokuror olsun, istər vergi işçisi, istərsə də gömrükçü – bu qaydanı pozsa, həmin gün həbs etdirəcəm. Baş nazirin müavini belə dəbdəbəli toyda iştirak etmək üçün pulu hardan alır? Bir az araşdırsan, məlum olacaq ki, oğurluq puldu”-Mirziyayev bildirib.

Prezident deyir ki, vətəndaşlar övladlarını evləndirmək, qızına cehiz pulu düzəltmək üçün 20 min dollar pul yığmaq naminə Rusiyaya işləməyə gedir.

Prezident toylar haqda qərarın "sabah elan olunacağını” desə də, hələ ki, onu heç bir dövlət qəzetində oxumaq mümkün olmayıb.

Xatırladaq ki, bundan əvvəl Tacikistanda toylarla bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Qanuna görə toya 150-dən artıq adam çağırmaq qadağandır, habelə toyda normadan artıq yemək verənlər cərimələnir, yeməklər müsadirə olunur.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi