Ermənistanda gərginlik artır — Serj Sarkisyan hədəfdədir
Dunya
Oxunub: 637
22 fev 2018 | 21:44
Ermənistanda gərginlik artır — Serj Sarkisyan hədəfdədir














Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşir. Yelk partiyası ilə hakim Respublika Partiyası arasında qalmaqal getdikcə dərinləşir. Partiya 10 il əvvəl martın 1-də Yerevanda baş verən qanlı hadisələrdə Serj Sarkisyanı və onun komandasını günahlandırır.
AZTB.info "Azərtac"a istinadən xəbər verir ki, Yelk partiyasının rəhbəri Nikol Paşinyan parlamentin iclasında 1 mart hadisələrinin hakim partiyanın biabırçılığı olduğunu söyləyib. Deputat 2008-ci il martın 1-də paytaxtda baş verən qanlı iğtişaşlarla bağlı hazırladıqları beş bənddən ibarət ittiham aktını müzakirəyə təqdim edib. O qeyd edib ki, hakimiyyət 10 il əvvəl qətlə yetirdiyi vətəndaşların ailələrinə və zorakılıq tətbiq etdiyi insanlara yüksək məbləğdə kompensasiya ödəməlidir. Keçmiş baş prokuror Gevork Kostanyan da 2008-ci ilin mart hadisələrini ölkə tarixi üçün qara ləkə hesab edir. Həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 100 nəfər isə həbs edilib.

Martın 1-də baş vermiş hadisələrin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. On il sonra həmin iğtişaşlar yenidən Ermənistan gündəmini zəbt edib. Yelk partiyası 2008-ci il martın 1-də baş verənlərdə Ermənistan rəhbərliyini günahlandırır. Partiyanın sədri Nikol Paşinyan bildirir ki, məhz Serj Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyana həmin gün şəhərin küçələrinə qoşun yeridilməsi tapşırığını verib. Xüsusi təyinatlı qoşunlar mitinqə toplaşanların üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da S.Sarkisyanın mülki geyimdə olan adamları törədiblər.
N.Paşinyan diqqətə çatdırıb ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir. Onlar sadəcə Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar. İki gün davam edən etiraz aksiyası mitinq iştirakçıları və polis arasında qarşıdurma ilə yekunlaşıb. S.Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi öz üzərinə düşən funksiyaların heç birini həyata keçirə bilməyib. Hətta hakimiyyət 10 il əvvəl öldürdüyü insanların ailəsinə kompensasiya belə ödəməyib. N.Paşinyan beynəlxalq insan haqları qurumlarını Ermənistandakı özbaşınlıqlara göz yummamağa çağırıb. Həmçinin ölkənin baş prokurorluğuna 10 il əvvəl baş verənlərlə bağlı düzgün tədqiqat aparılmasını tövsiyə edib. İğtişaşlar zamanı öldürülən 29 yaşlı Yerevan sakini Qor Kloyanın atası da deyir ki, indiki hakimiyyət onların övladlarının qanı üzərində qurulub. Ona görə də bu hökumətdən yaxşıya doğru heç nə gözləmirlər. Qanlı iğtişaşlar zamanı zərərçəkənlər cinayətkarların cəzalandırılması üçün Avropa Məhkəməsinə də müraciət ediblər. Şikayətə payızda baxılacağı gözlənilir.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi