Tramp bilə-bilə öz sonunu gətirir – ilginc detallar
Dunya
Oxunub: 589
13 yan 2018 | 00:59
Tramp bilə-bilə öz sonunu gətirir – ilginc detallar













Amerika prezidentinin prezidentliyinə necə son qoyulacaq?

ABŞ Prezidenti Donald Trampla bağlı il başlayandan siyasi qalmaqallar səngimir. “Yeni Müsavat” xəbər verir ki, buna baxmayaraq D.Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. Bununla bağlı Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə açıqlamasından bildirib. O deyib: “Sözsüz ki, Tramp növbəti seçkilərdə yenidən prezidentlik üçün mübarizə aparacaq”.

Amma D.Trampın adı yeni bir qalmaqala qarışıb. BBC Türkcənin xəbərinə görə, Prezidentin Ağ Saraydakı Oval Ofisdə, qaçqınlarla bağlı bir iclasda bəzi ölkələr üçün ağıza alınmayacaq bir cümlə istifadə etdiyi iddia olunub. İddialara görə, Tramp Amerikaya çox sayda köçkün verən Haiti, El Salvador və bəzi Afrika ölkələri haqqında “tüpürcək çuxuru”na bənzər bir ifadədən istifadə edib. O, sadalanan ölkələrdən gələnləri də “deşikdən çıxanlar” adlandırıb. İclasda Tramp “bu ölkələr yerinə Norveç kimi ölkələrdən qaçqın qəbul etməliyik. Bundan artıq haitiliyə ehtiyacımız var?” deyib.

Ağ Evdən verilən açıqlamada isə Trampın dartışma yaradacaq sözləri ilə bağlı iddialar təkzib olunmayıb.

Ağ Evin sözçüsü Raj Shah bildirib ki, "müəyyən qərb siyasətçiləri xarici ölkələrlə mübarizəni seçir, amma prezident Tramp həmişə Amerika xalqının maraqları üçün mübarizə aparır".

O əlavə edib ki, bəzi imiqrasiyada limit tətbiq edən ölkələr kimi prezident Tramp da ölkə iqtisadiyyatını inkişaf etdirməklə, "böyük xalqımıza inteqrasiya ola bilməklə ABŞ-ı gücləndirəcək" mühacilərin gəlməsi üçün imiqrasiya siyasətində dəyişikliklə bağlı mübarizə aparır.

Ağ Evdəki toplantı bəzi imiqrasiya kateqoriyalarının leqallaşması ilə bağlı müzakirələrə həsr olunubmuş. İclasda hər iki partiyanın qanunvericiləri iştirak edib.

Trampın bu sözlərinə bəzi konqresmenlər sərt reaksiya veriblər.

Konqresdə yeganə haitili-amerikalı olan Mia Love tələb edib ki, cənab Tramp bu "nəzakətsiz, ayırıcı" şərhinə görə üzr istəsin.
Donald Tramp hakimiyyətə gələndən bəri bəzi ölkələrə qarşı sərt imiqrasiya siyasətini tətbiq etməyə çalışır. O, Grenn-Card lotereyasının ləğvinə çağırır və Meksika ilə ABŞ sərhəddində divar səddi tikmək üçün planlar təqdim edir.

OBAMAYA GÖRƏ BÖYÜK BRİTANİYA SƏFƏRİNİ LƏĞV ETDİ

Trampın daha bir səs-küy yaradan addımı isə Böyük Britaniyaya səfərini ləğv etməsidir. Xatırladaq ki, ABŞ prezidentinin fevralın sonunda Londonda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar yayılmışdı.

Nəhayət ki, D.Tramp "Twitter" səhifəsində qərarını açıqlayıb:

"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"

ABŞ Prezidenti Donald Tramp daha 120 gün "altılıq" qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə riayət etmək niyyətindədir.

Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" agentliyi bildirib.

Xəbərə görə, qərar milli təhlükəsizlik məsələləri üzrə prezidentin məsləhətçisi Herbert Makmaster, müdafiə naziri Ceyms Mettis və dövlət katibi Reks Tillerson da daxil olmaqla, milli təhlükəsizlik üzrə bütün komanda ilə müzakirələrdən sonra qəbul edilib.

Bütün bu neqativ gəlişmələrin fonunda D.Trampın müharibəyə başlamaq fikri yoxdur. O, bununla bağlı açıqlamasında deyib ki, yaxın illər ərzində Birləşmiş Ştatlar ordusunun müharibələrdə iştirak etməli olacağını düşünmür. ABŞ lideri həmçinin qeyd edib ki, özünün sülhün güc vasitəsilə təmin edilməsi prinsipinə sadiq qalaraq ABŞ ordusunu daha öncə heç vaxt olmadığı səviyyəyə yüksəldəcək.

Trampın fikrincə, Şimali Koreya münaqişəsində də artıq müsbət yöndə irəliləyişlər hiss olunur: “Bu məsələdə böyük ölçüdə müsbət enerjinin yarandığını hiss edirəm”.

Amma bu ərəfədə əsas məsələ prokuror Robert Müllerin Trampın prezident seçkiləri zamanı Rusiya ilə əlaqələrini araşdırmasıdır. ABŞ prezidenti Donald Tramp deyir ki, çətin ki, onun xüsusi prokuror Robert Müller ilə görüşməsinə ehtiyac yaransın. O deyib ki, ortada heç bir sözləşmə olmayıb və hər hansı bir sözləşmənin mövcudluğu ilə bağlı dəlil tapılmayıbsa, belə bir görüş keçiriləcəyi inandırıcı gəlmir. O, bu təhqiqatı “demokratların uydurması” adlandırıb.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin bir neçə aydır apardığı təhqiqat artıq dörd adama qarşı ittihamnamənin verilməsi ilə nəticələnib. Trampın bir zamanlar seçki kampaniyasının meneceri olmuş Pol Manafort və prezident milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn də onlar arasındadır.
ABŞ-ın nüfuzlu "The İndependent” nəşri isə D.Trampın vəzifədən gedəcəyi vaxtı açıqlayıb. Nəşr iddia edib ki, Ağ Ev rəsmiləri Trampın Rusiya ilə mümkün sövdələşməyə başladığına inanmasalar da, onun maliyyə sahəsindəki nöqsanlarının çox təhlükəli olduğunu, onun sonunu gətirə biləcəyini etiraf edirlər.

Rəsmilərin fikrincə, xüsusi prokuror Trampın maliyyə məsələlərini araşdırmağa başlayan gün onun prezidentliyinə son qoyulacaq. Xatırladaq ki, tanınmış jurnalist Maykl Volfun Trampı rüsvay edən "Atəş və qəzəb” kitabında da prezidentlə bağlı mühüm faktlar yer almaqdadır. Məlumdur ki, Donald Tramp hələ indiyədək ailə biznesinin üzərindəki məxfiliyin üstünü açmayıb və vergi sənədlərini göstərməyib. Həmçinin, Tramp 2016-cı il ABŞ seçkisi zamanı ruslarla hər hansı sövdələşməyə girdiyi barədə iddiaları dəfələrlə rədd edib və bunu "əcinə ovu” adlandırıb.

AMERİKANLAR İSƏ HƏLƏ DƏ ƏLİNİ TRAMPIN ÜSTÜNDƏN GÖTÜRMÜR

Amerikada isə Trampla bağlı keçirilən rəy sorğuları tamam fərqli nəticələr verir. “Azadlıq” Radiosunun xəbərinə görə, seçicilərin yarıya qədəri düşünür ki, bu il ABŞ-da xüsusi müşavir prezident Donald Trump-ın yanlışa yol vermədiyini açıqlayacaq. Bunu POLITICO saytıyla “Morning Consult” media və texnologiya şirkətinin yeni sorğusu üzə çıxarıb.

Seçicilərin 48 faizi deyir ki, Trump-ın bəraət alacağına ya çox, ya da hər halda inanırlar. 37 faizsə düşünür ki, prezidentin təmizə çıxacağı elə də real deyil, ya da heç mümkün görünmür.

Respondentlərin üçdə birindən də azının fikrincə, Demokratların impiçment çağırışlarına baxmayaraq, Trump gələn il vəzifədən gedəcək.

Amma bu ilin ilk sorğusu administrasiyadan ötrü heç də yaxşı xəbər deyil; seçicilərin əksəriyyəti demokratların konqresə seçkilərdə üstünlük qazanacağını, həm nümayəndələr palatası, həm də senata nəzarəti ələ alacağını deyir.

Trampla bağlı proqnozlar partiya mənsubiyyətinə görə dəyişir.

“Demokratlar və respublikaçıların Trump-ın Rusiya istintaqından bəraət alacağına dair baxışları kökündən fərqlənir. Hər dörd respublikaçıdan üçü, 74 faiz deyir ki, Trump bu il həmin istintaq üzrə təmizə çıxacaq, demokratların isə yalnız 32 faizi belə düşünür”, – Morning Consult-un həmtəsisçisi Kyle Dropp deyib.

Qeyd edək ki, ABŞ-da xüsusi müşavir Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə etməsinə, Rusiyayla Trump-ın seçki kampaniyasının mümkün əməkdaşlığına dair iddiaları araşdırır.

Müllerin istintaqı sonucunda Trump-ın ailə üzvlərindən birinin “ilişəcəyi” barədə seçicilərin fikirləri təxminən yarıya bölünüb.
Hər 10 nəfərdən dördü, 41 faiz deyir ki, gələn il Trump-ın ailə üzvünə ittiham irəli sürüləcəyi realdır. 46 faizsə bunu real saymır.
Trampın bu il vəzifədən gedəcəyini düşünənlər cəmi 32 faizdir.

Onun bu il prezident postunda qalacağına əksər seçicilər inanır, di gəl, bu ilki seçkidə demokratların da qələbə çalacağını proqnozlaşdırırlar. 45 faiz hesab edir ki, demokratların Nümayəndələr Palatasını geri alacağı mümkündür. Yalnız 38 faiz bunu elə də real saymır.

Sorğu yanvarın 4-5-də 1988 qeydiyyata alınmış seçici arasında keçirilib.

Картинки по запросу ŞAHİN CƏFƏRLİ

ŞAHİN CƏFƏRLİ: “İSTİNTAQIN YEKUNUNDA TRAMPIN HƏR HANSI QANUNAZİDD ƏMƏLLƏRİ AŞKARLANSA,İMPİÇMENT MƏSƏLƏSİ AKTUALLAŞACAQ”

Amma bu məqamda əsas sual D.Trampın prezindentliyinə son qoyulmasıdır. Politoloq ekspert Şahin Cəfərli hesab edir ki, D.Trampın prezidentliyinin ildönümü tamamlanmaqda olsa da, ABŞ-da onun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılması ehtimalı barədə müzakirələr, çağırışlar hələ də səngimir. Müsahibimizin sözlərinə görə, bunun əsas səbəbi heç də Trampın biznes fəaliyyəti ilə bağlı şübhələr və ya davam edən “Rusiya təhqiqatı” deyil: “Tramp qeyri-adekvat və dövlət ciddiyyəti ilə bir araya sığmayan davranışları ilə özü bu cür müzakirələrə və çağırışlara əsas verir. Məsələn, ən sonuncu hadisəni götürək. Tramp yanvarın 11-də Konqres üzvləri ilə miqrasiya problemlərinə həsr olunmuş görüşündə Haiti və Afrika ölkələrindən olan miqrantlar haqqında təhqiramiz və irqçi məzmunlu ifadə işlədib. Bu, təkcə demokratlar arasında deyil, prezidentin öz partiyadaşları arasında və ümumən toplumda ciddi reaksiya doğurub.

Qanunvericilər Trampı tənqid atəşinə tutaraq onu üzr istəməyə çağırıblar. Trampın BMT-də ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələri “sizin pulunuzu kəsəcəyəm” deyə hədələməsi, Şimali Koreya liderinə “mənim nüvə düyməm səninkindən böyükdür” deyə cavab verməsi və hadisələrə öz “tvit”ləri vasitəsilə verdiyi bəzi reaksiyalar nəinki böyük dövlətin rəhbərinə, hətta ən sıradan siyasətçiyə belə yaraşmayan davranışlardır və dəcəl uşağı xatırladır. Ötən gün Trampın jurnalistlərə “mənim Kim Çen Inla yaxşı münasibətlərim var, siz bilmirsiz” deməsi də qeyri-adekvatlığa növbəti nümunədir, onun dünənə qədər nüvə zərbəsi ilə hədələdiyi Şimali Koreya lideri ilə harada, nə vaxt yaxşı münasibət qurduğu bəlli deyil”.

Ş.Cəfərli xatırlatdı ki, ötən il bir qrup amerikalı psixoloq Trampın şəxsiyyət pozğunluğunun bir növü olan “bədxassəli narsissizm” (malignant narcissism) xəstəliyindən əziyyət çəkdiyinə dair qiyabi rəylə çıxış etmişdi. Politoloqun sözlərinə görə, bu yaxınlarda ABŞ-da nəşr olunan və böyük sensasiyaya səbəb olan jurnalist Maykl Vulfun kitabında (“Fire and Fury: inside the Trump White House”) da prezidentin qeyri-stabil pisixi durumundan bəhs olunur və onun Ağ Evdəki qəribə halları barədə məlumatlar verilir: “Tramp bu iddiaya belə reaksiya verib ki, “mən stabil dahiyəm”. Psixoterapevtlərin dediyinə görə, bu xəstəliyin əsas əlamətləri özünəvurğunluq, antisosial davranış, aqressiya və sadizmdir. Trampın impiçmenti barədə kampaniya aparan və bu məqsədlə 20 milyon dollar ayıran milyarder demokrat Tom Stayer bu kitabdan 535 ədəd alaraq hər bir Konqres üzvünə yollayıb. ABŞ Konstitusiyasının 25-ci maddəsi prezident iş qabiliyyətini itirdikdə onu vəzifədən uzaqlaşdırmağa imkan verir. Psixi problemlər də bu sıradandır. Lakin Trampın həqiqətən psixi problemdən əziyyət çəkib-çəkmədiyini müəyyən etmək və bunun əsasında onu Ağ Evdən kənarlaşdırmaq çətin işdir. Bunun üçün hökumət üzvlərinin yarıdan çoxu həqiqətən prezidentin iş qabiliyyətini itirdiyi haqda rəy verməlidir. Başqa bir yol isə ondan ibarətdir ki, Tramp öz razılığı ilə psixoterapevtlər tərəfindən hərtərəfli tibbi müayinədən keçirilsin və müayinənin nəticələri barədə rəy hazırlansın. Əgər bu rəydə onun psixi pozğunluğa düçar olduğu göstərilsə, o halda prezidentin istefasını tələb etmək və ya Konqresdə impiçment haqqında məsələ qaldırmaq olar. Lakin Tramp belə bir müayinəyə razılıq verməz”.

Ekspert dedi ki, impiçment üçün əsas yaradan digər hallar isə dövlət başçısının vətənə xəyanət başda olmaqla, müxtəlif cinayətlər, qanun pozuntuları törətməsidir.

Maliyyə cinayətləri, vergidən yayınmaq da impiçment üçün səbəb təşkil edə bilər: “Maraqlıdır ki, Tramp demokratların dəfələrlə bu barədə çağırışlarına baxmayaraq, hələ də öz vergi bəyannaməsini açıqlamaqdan imtina edir. Əgər bu bəyannamə ortaya çıxarılarsa və Trampın vergidən yayındığı məlum olarsa, şübhə yoxdur ki, demokratlar impiçment məsələsini gündəmə gətirəcəklər. Demokratların və ümumilikdə Tramp müxalifi olan amerikalıların əsas ümidi xüsusi prokuror Robert Müllerədir. Məlum olduğu kimi, R.Müller ötən ilin may ayında Tramp və onun yaxın çevrəsinin Rusiya ilə gizli əlaqələrini araşdırmaq üçün xüsusi prokuror vəzifəsinə təyin olunub. Lakin təhqiqat təkcə bununla məhdudlaşmır. Müller prezident və onun ailəsinin, eləcə də müşavirlərinin biznes fəaliyyətini də araşdırır. Araşdırmanın digər istiqaməti də Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq rəhbəri Ceyms Kominin vəzifədən çıxarılmasının prezident tərəfindən ədalət mühakiməsinə müdaxilə olub-olmaması barədədir. Çünki bu cür müdaxilələr də ciddi qanun pozuntusu sayılır. Əgər xüsusi prokurorun istintaqının yekununda Trampın hər hansı qanunazidd əməlləri aşkarlanarsa, impiçment məsələsi aktuallaşacaq. Hal-hazırda Konqresin hər iki palatasında respublikaçılar çoxluqda olduğu üçün impiçmentin reallaşması problematik görünür. Lakin bu il Nümayəndələr Palatasına və Senatın üçdə birinə seçki keçiriləcək. Əgər seçkidə demokratlar qalib gələrsə, bu halda impiçment prosedurunu işə salmaq asanlaşacaq. Hətta impiçment baş tutmasa belə, demokratların qanunverici orqana nəzarəti Trampın mövqelərini ciddi şəkildə sarsıdacaq. Bu səbəblə, noyabrda keçiriləcək seçkilər ABŞ siyasi tarixinin ən önəmli və gərgin seçkilərindən biri olacaq”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu