"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim" - 13 yaşında təriqətdən qurtulan qadın - FOTO
Dunya
Oxunub: 1 833
10 yan 2018 | 21:39
"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim" - 13 yaşında təriqətdən qurtulan qadın - FOTO















Seksual məqsədlər üçün qurulan dini təriqətdən qaçıb qurtulmağı bacaran qadın başına gələn dəhşətli hadisələri Barcroft TV-də danışıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Amerikada yaşayan Daun Vatson adlı qadın "The Children of God" ( Tanrının övladları ) cəmiyyətindəki ağrılı-acılı həyat hekayəsini bölüşüb.

O, hər gün oradan qaçmağı arzuladığını, təcavüzə məruz qaldığını, yaşlı kişilərlə cinsi əlaqəyə məcbur edildiyini dilə gətirib. Anasının üzv olduğu təriqətdə doğulan Daun bildirib ki, ona erkən yaşlarında çarmıxa çəkilmiş çılpaq qadın rəsmləri göstərib, yaşlılarla yaxınlıq etməyə məcbur edirdilər. Onlar həmçinin küçələrdə diləndirilərək "dini" cəmiyyətləri üçün pul da yığırdılar.

Hazırda 29 yaşı olan Daun Barcroft TV-yə müsahibəsində deyib:

"Uşaq olarkən siz dişlərinizi yumağı öyrənəndə, mən sekslə necə məşğul olmağı bilirdim. Bizə öyrətmişdilər ki, Tanrı sevgidir və Tanrıya sevgini göstərməyin tək yolu seksdir. Bundan başqa nəsə öyrətməmişdilər. Beynimizi yuyurdular.

Düşünürəm ki, bunu yaşamayan mənim hisslərimi anlaya, necə əzabverici bir şey olduğunu bilməz. Hər cəhətdən istismar olunurduq, həm cinsi, həm ruhi, həm də psixoloji...

Tək qaldığım zaman çox sevinirdim. Məncə, tək qalarkən qurduğum planlar qaçmağıma kömək olub.

Midnayt adlı itim var idi. Tək qalanda onunla dərdləşirdim. Onu çox istəyirdim. Sanki məni başa düşürdü. Ona bütün dərdimi danışırdım və sakitcə dinləyirdi, məni mühakimə etmirdi, günahlandırmırdı, cəzalandırmırdı".

Belə vəziyyətə dözə bilməyən Daun 13 yaşındaykən adı indi "Family International" olan "Children of God"-dan qurtula bilib. Lakin, onun özünə gəlməyi və təsir altından çıxa bilməsi üçün illər lazım olub.

"The Children of God" 1968-ci ildə Deyvid Berq adlı rahib tərəfindən qurulan dini təriqətdir. Çoxarvadlılığa meyilli olan Deyvid təriqəti qurduğuna görə kilsədən qovulub. Bu dini icma dünyanın bir çox ölkəsində yayılıb. Təriqətin əsas məqsədi "azad sevgi", "azad seks" fikirlərini təbliğ etmək olub. Təriqət üzvləri bir-biri ilə cinsi əlaqəyə girib, bir "ailə" olublar. Daha sonra bu cəmiyyətin içərisində doğulan uşaqlar da yaşlılarla cinsi əlaqəyə məcbur ediliblər.

Bir müddət sonra təriqət üzvü olan qadınlar dini icma çökməsin deyə varlı kişilərlə münasibət yaşayıblar və bunu "Tanrının sevgisini paylaşmaq" kimi dəyərləndiriblər. Varlı kişilərdən gələn pullar isə Deyvid Berqə çatıb.

1990-cı illərdə Deyvid Berq ölüb. Təriqətin başına onun 20 illik xanımı keçib. O, keçmişdə baş verən uşaq istismarı ilə bağlı uşaqlardan üzr istəyib.

Deyvid Berqin "mükəmməl uşaq" olaraq böyütdüyü Riki Rodriqez adlı oğlan təriqətdən ayrılaraq yeni həyat qurmağa çalışsa da, uğur əldə edə bilməyib və intihar edib.

Təriqət əvvəlki populyarlığını itirsə də, hazırda bir çox ölkədə var. Lakin bu təriqətin təsiri altında böyüyənlərin çoxu intihar ediblər.

Qeyd edək ki, adı son günlər məşhur produsser Harvi Vaynşteynlə təcavüz qalmaqalında hallanan Hollivud ulduzu Rouz MakQaven də həmin dini cəmiyyətin təsiri altında böyüyüb.

Milli.Az fotoları təqdim edir:
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu