“Siz FETO-çuların dili ilə danışırsız” — Ərdoğan Makronla birgə keçirdiyi mətbuat konfransında əsəbləşdi
Dunya
Oxunub: 588
6 yan 2018 | 00:58
“Siz FETO-çuların dili ilə danışırsız” — Ərdoğan Makronla birgə keçirdiyi mətbuat konfransında əsəbləşdi














Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəhbəri Emmanuel Makronla görüşdən sonra mətbuat konfransı keçirib.
“Ölkə.Az” xəbər verir ki, Yelisey sarayında baş tutan mətbuat konfransında fransız jurnalistin Ərodğana verdiyi sual kiçik qalmaqala səbəb olub. Türkiyə rəhbəri fransalı jurnalistin sualına əsəbləşib.

“2014-cü ilin yanvar ayında Türkiyədən Suriyaya göndərilən TIR yüklərinin içərisindən silahlar çıxdı. Türkiyə nə səbəbə Suriyaya silah göndərirdi?”, - deyə müxbir soruşub.

Ərdoğan isə müxbirin sualına kinayə ilə cavab verib: “Sualınızı anlamadım. Suriyaya kim silah göndərir?”.
Jurnalist isə sualını bir daha təkrar edib: “Həmin dövrdə Türkiyənin Suriyaya göndərdiyi yardımın içərisindən silahlar tapılıb. Bu da Türkiyənin bölgədə gərginlik yaratmaq istəyinə dəlalət idi. Türkiyə Suriyaya nə səbəbə silah göndərib?”.
Ərdoğan isə suala daha da qəzəblənib: “Siz FETO-çuların dili ilə danışırsız”.

Müxbir isə cavaba daha sərt təpki göstərib: “Səhv edirsiz, mən jurnalist dili ilə danışıram”.

Ərdoğan isə fikirlərini belə əsaslandırıb: “Çünki həmin silahların tapılması ilə bağlı fikirləri FETO ilə əlaqəli şəxslər bildiriblər. Hazırda həmin insanlar həbsdədirlər. Bəs sən jurnalist olaraq niyə araşdırmırsan ki, ABŞ Suriyaya içərisi silah dolu 4 min TIR göndərib. Axı sən jurnalistsən. Niyə bu məsələnin üzərində araşdırma aparmırsan? Xahiş edirəm, məsələni araşdırın və sonra sual verin. Başqalarının ağzından eşidənləri yazmayın. Sizin qarşınızda yalanlara aldanan şəxs dayanmayıb. Bir daha deyirəm, FETO dili ilə danışmayın”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya səfər edib və həmkarı Emmanuel Makron ilə görüşüb.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu