İranda sosial media şəbəkələri məhdudlaşdırıldı
Dunya
Oxunub: 682
1 yan 2018 | 13:47
İranda sosial media şəbəkələri məhdudlaşdırıldı














İran hakimiyyəti ölkədə sosial media şəbəkələrinin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində addımlar atıb.
AZTB.info xarici KİV-lərə istinadən xəbər verir ki, bununla, ölkədə baş verən etirazların təşkilində həmin şəbəkələrdən istifadənin qarşısının alınmasına səy göstərilir.

İranın İRİB dövlət xəbər agentliyi bildirib ki, Telegram və İnstagram platformalarının fəaliyyətinin məhdudlaşdırılması "müvəqqətidir".

Agentliyin istinad etdiyi mənbə bildirib ki, bu qərar "ictimai asayişin təmin edilməsi" məqsədilə qəbul olunub.

İranda müşahidə edilən son etirazlar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.

Nümayişlər ölkənin şimal-şərqində iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı etirazlardan başlayıb, lakin bir çox yerlərdə həmin çıxışlar siyasi rəng almağa başlayıb, etirazçılar siyasi şüarlar səsləndirib.

Şüarlar, o cümlədən, İranın ali rəhbəri ayətullah Əli Xameneyi, prezident Həsən Ruhani və İranın bölgədəki siyasətinə qarşı olub.

Şənbə günü bəzi yerlərdə etiraz nümayişləri zorakılıq halları ilə müşayiət olunub, bazar günü isə nə qədər nümayişin baş verdiyi məlum deyil.

İranda media mühitinin sərt nəzarət altında olduğu şəraitdə, nümayişlər barədə məlumatların çoxu sosial media kanalları ilə yayılır, etirazçılar Telegram və Instagram kimi platformalardan fəal şəkildə istifadə edir.

Telegram xidməti, əhalisi 80 milyon nəfər olan İranda olduqca populyardır, belə ki, əhalinin 50 faizdən çoxu bu tətbiqdən istifadə edir.
Şirkətin rəhbəri Pavel Durov öz Twitter səhifəsində bildirib ki, onun şirkəti "dinc tərzdə etiraz bildirən kanalları" bağlmaqdan imtina etdikdən sonra, İran rəsmiləri Telegram-ı məhdudlaşdırıb.

Bundan əvvəl İranın Rabitə naziri Məhəmməd-Cavad Azəri Cəhromi, bu tətbiqdəki bəzi kanalları "silahlı üsyan və sosial etiraz" çağırışları yaymaqda ittiham etmişdi.

İranın Daxili İşlər naziri xəbərdarlıq edib ki, zorakılıq hallarına yol verən, qanunları pozan etirazçılar məsuliyyətə cəlb olunacaq.

"Dövlət mülkünə ziyan vuranlar, asayişi pozanlar etdikləri hərəkətlərinə görə cavadehliyə cəlb olunacaq, - Əbdulreza Rəhmani-Fəzli deyib. - Zorakılığın və terrorçu hərəkətlərin qarşısı alınacaq".

İran rəsmiləri hesab edir ki, ölkədə etirazları qızışdıran əks-inqilabçılar və xarici qüvvələrin agentləridir.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu