Fransaya dəhşət yaşadan terrorçu qardaşlar məhv edildi – YENİLƏNİB + FOTO
Dunya
Oxunub: 1 692
9 yan 2015 | 21:18
Fransaya dəhşət yaşadan terrorçu qardaşlar məhv edildi – YENİLƏNİB + FOTO
























Terrorçuların girov götürdüyü şəxslərdən heç kim xəsarət almayıb

Parisdə terror törədən Səid və Şərif Kuyaşi qardaşları məhv ediliblər.

Azerinfo.az Modern.az-a istinadən xəbər verir ki, terrorçular SDT nəşriyyatında mühasirəni yarmaq üçün cəhd edərkən atəş açsalar da, məhv ediliblər. Terrorçuların girov götürdüyü şəxslərdən heç kim xəsarət almayıb.

Yanvarın 7-də Parisin mərkəzindəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edən qardaşlar 12 nəfəri öldürmüş, 10 nəfəri yaralamışdılar.

16:40

Parisdən 50 kilometr aralıda yerləşən tipoqrafiyanın binasında bir nəfəri girov götürmüş “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən şəxslər bildiriblər ki, onlar şəhid kimi ölmək istəyirlər.

Azerinfo.az-ın məlumatına görə, hazırda Paris yaxınlığında şübhəli şəxslərin tutulması ilə bağlı əməliyyat aparılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin olduğu binanı əhatəyə alıblar. Bundan başqa, əməliyyatın keçirilməsi ilə bağlı ətrafdakı sakinlərdən xahiş olunub ki, evlərini tərk etməsinlər.

“Bütün sakinlərdən evlərini tərk etməmək xahiş olunub. Uşaqlar məktəblərdə təhlükəsizlikdədirlər”, məlumatda deyilir.

15:48

Fransa Prezidenti Fransua Olland polisə “Charlie Hebdo” nəşrinin redaksiyasına edilmiş hücuma oxşar faciələrə yol verilməməsi ilə bağlı tədbirlər görməyi tapşırıb.

Azerinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı DİN-də keçirdiyi təcili müşavirədə bəyan edib.


“Preventiv tədbirlər görmək lazımdır”, deyə Olland deyib. O, xatırladıb ki, son həftələr ərzində təhlükəsizlik orqanları Fransada bir sıra terror aktlarının qarşısını ala bilib. “Bu cür aktların baş verməməsi üçün biz bütün gücümüzü birləşdirməliyik”, prezident qeyd edib.

O, həmçinin Parisdə yanvarın 11-nə təyin olunmuş öldürülmüş jurnalistlərin xatirəsinə həsr olunacaq respublika yürüşünün təhlükəsizliyinin təmin olunmasına göstəriş verib.


Ollandın sözlərinə görə, yürüşdə bütün arzu edənlər iştirak edə bilər. “Məhz respublikanın vətəndaşları iştirak edib etməməklə bağlı qərar verə bilərlər”, o deyib.

14:44

Fransa Prezidenti Fransua Olland Parisdəki vəziyyətlə bağlı təcili müşavirə keçirir. Bu barədə Le Monde məlumat verir.


Azerinfo.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müşavirədə Baş nazir Manuel Vals, DİN başçısı Bernar Kaznev və güc strukturlarının rəhbərləri iştirak edir.

13:39


Fransanın paytaxtı Parisdə atışma zamanı 2 nəfər həlak olub.

Azerinfo.az-ın məlumatına görə, bu barədə Sky News xəbər yayıb.

Bildirilir ki, ən azı 20 nəfər yaralanıb.


Polisin Fransanın Sena və Marna departamentində girov götürmüş iki kişi ilə danışıqlara başladığı bildirilir.

12:52

Charlie Hebdo jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinən şəxslər bu gün Parisin 50 kilometrliyində yerləşən Dammarten-an-Qoel adlanan yerdə girov götürüblər.

Azerinfo.az xəbər verir ki, bu barədə France Presse agentliyi məlumat yayıb.

Məlumata görə, fransız polisi terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşlarını Parisin 50 kilometrliyin də təqib edir.

Daxil olan məlumata görə, onlar Dammarten-an-Qoel adlı yerdə avtomobil qaçırıblar. Hazırda 2 saylı avtomobil yolunda təqib gedir, atışma səsləri gəlir.
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı