QİÇS Rusiyada nəzarətdən çıxır, hökumət belə bir problemin olduğunu qəbul etmək istəmir – Qərb mətbuatı
Dunya
Oxunub: 560
23 okt 2017 | 09:38
QİÇS Rusiyada nəzarətdən çıxır, hökumət belə bir problemin olduğunu qəbul etmək istəmir – Qərb mətbuatı












İsveçərinin “Neue Zuercher Zeitung” qəzetinin ayzarı İvo Miynsen hər gün Rusiyada 80 insanın QİÇS-dən vəfat etdiyini yazıb.



Jurnalistin fikrincə, bu, Rusiyanın səhiyyə sisteminin bərbad vəziyyətdə olması, həmçinin Yer kürəsinin bu amansız epidemiyası ilə mübarəzədə siyasi iradənin yetərsizliyi ilə bağlıdır.



Məqalə müəllifi QİÇS-in bir tək Rusiya və MDB məkanında hələ də qarşısıalınmaz problem olduğuna diqqət çəkib. Bundan başqa, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, Rusiyada vəziyyətin nəzarətdən çıxaraq fəlakət dərəcəsinə gəlib çatdığı vurğulnır.



“Siyasi etinasızlıq, səhiyyədəki problemlər, bu tip xəstələrə qarşı qərəzli münasibət, habelə, cəmiyyət tərəfindən təcrid olunma işi bu hala gətirib çatdırıb”, – yazıda bildrilir.



Məqalə müəllfiinin məsələ ilə bağlı gətirdiyi rəqəmlər həiqəqtən olduqca acınacaqlıdır: “Rusiyada əhalinin 1%-i QİÇS-ə yoluxub. Bu bir milyon adamdan çox deməkdir.(!). 2017-ci ilin ilk yarısında QİÇS-dən 14631 adam ölüb. Bu, keçən ilin bütün dövründə eyni xəstəlikdən ölənlərin sayından 14% çoxdur. İnsanların bu cür sürətlə ölməsinə əsas səbəb onların vaxtında dərmanla təmin olunmaması və ya həkim tövsiyyələrinə qulaq asmamalarıdır”.



Rusiyada fəaliyyət göstərən “SPİDSENTR” saytının direktoru Yelena Doljenkonun verdiyi məlumata görə, cəmiyyət içində bu tip xəstələrə olduqca “pis gözlə” baxılır: “Rusiyada hələ də QİÇS-in narkomanların və homoseksualların xəstəliyi olduğu sanılır. Halbuki QİÇS xəstələrinin 40%-i düzgün cinsi orientasiyaya malik adamlardır. Təxminən 50-55% narkotiklərdən istifadə edənlər və cəmi 2% homoseksuallar bu xəstələyin statistik tərkibini göstərir”.



Məqalədə bu məsələdə Rusiya hökumətinin də böyük rol oynadığı və probemi həll etməyə yönəlik proqramlar tətbiq etmək üçün siyasi iradəyə malik olmadığı qeyd edilib: “Məsələn, Qərblə bağlı qərəzli təsəvvürlər ucbatından Rusiya hakimiyyəti Metadon preparatının ölkəyə gətirliməsinə imkan vermir. Halbuki bütün bu proqramlar Avropada sözügedən xəstəliyin yayılmasının xeyli azalmasına gətirib çıxarıb. Bundan başqa, Rusiya şəhərlərində sterilizə olnunmuş iynələrin verilməsi məntəqələri də xeyli azaldılıb”.



QİÇS-lə mübarizə üzrə federal mərkəzin rəhbəri Vadim Pokrovskinin sözlərinə görə, QİÇS-ə yoluxanların yalnız dörddə biri zəruri dərmanlarla təchiz olunur. Hökumətin ayırdığı vəsaitdən isə yalnız 60 min adam yararlana bilir.



Bundan başqa, Rusiya dövləti onu tənqid edənlərə də xüsusi kinlə yanaşır. Pokrovskinin hökumətin QİÇS siyasətini tənqid edən sözlərindən sonra Səhiyyə Nazilriyi Agentliyi dövlət yardımından məhrum edib. Bu sahə ilə məşğul olan QHT-lər isə “xarici agent” statusu almaq qorxusu ilə fəaliyyətini dayandırıb.



Həmçinin, ölkədə müasir dünyada bu tip xəstəliklərin qarşısını almaq üçün görülən bəzi maarifprərvər aksiyalara, məsələn, prezervativlərin yayılmasına, reklamına qarşı qəribə bir mövqe var. Və bu mövqe dövlət səviyyəsində müxtlif televiziya kanallarda dilə gətirilir.



Yelena Doljeno ölkə prezidenti Vladimir Putinin də 17 illik hakimiyyəti dövründə nə xalqla birbaşa dialoq söhbətlərində, nə geniş mətbuat konfranslarında, nə də hökumət iclasında bu problemdən danışdığını diqqətə çatdırıb.



Musavat.com
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik