Kadırov "ordusunu" Donbasa göndərdi
Dunya
Oxunub: 1 815
5 yan 2015 | 14:34
Kadırov "ordusunu" Donbasa göndərdi Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin 120 keçmiş əməkdaşı Donbas hövzəsinə göndərilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb.
"Bölmə Çeçenistan Respublikasının keçmiş polis əməkdaşları ilə komplektləşdirilib. Polis əməkdaşları keçən ilin dekabrın sonunda Qroznı stadionunda keçirilən şou zamanı Çeçenistanın daxili işlər naziri Ruslan Alxanovun adına raportu imzalayıb ki, ölkə maraqlarının dünyanın istənilən ölkəsində müdafiəsi üçün Ali Baş Komandan, Rusiya prezidenti Vladimir Putin, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev və Çeçenistanın prezidenti Ramzan Kadırovun istənilən əmrini yerinə yetirməyə hazırdır", - Tımçuk yazıb.

Hərbi ekspertin sözlərinə görə, "kadırovçular" bölməsinin istifadəsində ağır piyada silahları, həmçinin zirehli texnikanın 10 vahidi var.
Xatırladaq ki, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov dekabrın 28-də Bilimxanova adına stadionda hərbi hazırlığı keçmiş təxminən 20 min könüllü qarşısında çıxışında Vladimir Putinin sərəncamına 20 min çeçen könüllüsünü vermək niyyətində olduğunu dilə gətirib. Çeçenistan prezidentinin sözlərinə görə, ordunun mövcudluğuna baxmayaraq, bəzi məsələləri yalnız xüsusi hazırlıq könüllülər yerinə yetirə bilər. Kadırov bildirib ki, çeçen xalqı Rusiya prezidenti Vladimir Putini dəstəkləyir və hərbi hazırlıq keçmiş könüllülər onun əmri ilə istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
"Amerika və Avropa Rusiyaya iqtisadi müharibə elan edib. Ölkədə xaos və kütləvi qarışıqlıqlar yaratmağa çalışırlar. Ancaq Rusiya xalqı öz lideri Vladimir Putinin ətrafında birləşib. Avropa və Amerikaya qarşı mübarizədə çeçen xalqı mərkəzi yerlərdən birini tutur. Ölkədə daimi ordu, aviasiya, donanma və nüvə gücləri var. Ancaq elə məsələlər var ki, onlar yalnız könüllülər tərəfindən həll edilir. Və biz onları həll edəcəyik", - Kadırov vurğulamışdı.
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı