Ərdoğan və Putindən vacib açıqlamalar — SON DƏQİQƏ, VİDEO
Dunya
Oxunub: 714
29 sen 2017 | 00:49
Ərdoğan və Putindən vacib açıqlamalar — SON DƏQİQƏ, VİDEO














Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdən sonra mətbuat konfransı keçirilib.

“Ölkə.Az” xəbər verir ki, mətbuat konfransında hər iki lider iştirak edib. Mətbuat konfransında ilk çıxışı Ərdoğan edib.

“Bu il ərzində dəyərli dostum Putin ilə beşinci dəfədir bir araya gəlirik. Bundan başqa, nazirlərimiz rusiyalı həmkarları ilə daim təmasda olurlar. Gələcəkdə də, əlaqələrimizi daha sıx quracağıq. Bunanla bağlı hər iki tərəf qərarlıdır. İki ölkə olaraq münasibətlərimizə çox böyük önəm veririk. Gələn il də cənab Putin Türkiyəyə səfər edəcək. İki ölkə arasında enerji məsələsində razılaşma var. Bundan başqa danışıqlar zamanı Suriya məsələsini bir daha müzakirə etdik. Bir daha qərara gəldik ki, Suriya problemini birlikdə həll edək və bunun üçün əməkdaşlığımızı davam etdirək. Çox təəssüf ki, son zamanlar Yaxın Şərqdə xoşa gəlməyən proseslər cərəyan edir. Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu bu proseslərdən biridir. Bu müstəqilliyin İraq və beynəlxalq qanunlarla tanınması mümkün deyil. Bölgədə dostluq münasibətlərinə baxmayaraq, bu referendumun keçirilməsi böyük səhv idi. Cənab Putinlə İraq və Suriyadakı prosesləri müzakirə etdik. İnanıram ki, bu görüş hər iki ölkə və region üçün çox önəmlidir”, - deyə Ərdoğan bildirib.

Türkiyəli həmkarından sonra Rusiya prezidenti Putin çıxış edib. O, çıxışında görüşdən çox razı qaldığını deyib:

“Səmimi bir görüş oldu. Görüşdə Suriya məsələsini müzakirə etdik. Bundan başqa, Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barədə də danışdıq. Həmçinin, iki ölkənin ticarət əlaqələri və bu əlaqələrin daha da genişləndirmək barədə söhbət etdik. Bu ilin 7 ayı ərzində 30 ticarət sahəsini artırmışıq. Ötən ildə yaranmış problemlər nəticəsində ticarət sahəsində itirdiklərimizi bu il yenidən bərpa etmişik. Görüşün çox uğurlu və xeyirli tamamlandığını deyə bilərəm. Buna görə cənab Ərdoğana təşəkkür edirəm”.

Qeyd edək ki, iki ölkə rəhbəri arasında keçirilən danışıqlar 1,5 saat davam edib. Rusiya tərəfini danışıqlarda XİN rəhbəri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, energetika naziri Aleksandr Novak, Baş Qərargah rəisi Valeri Gerasimov, kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko, prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosatom”un rəhbəri Aleksey Lixaçov, və Rusiyanın Ankaradakı səfiri Aleksandr Yerxov təmsil edir.

Türkiyə nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Mehmet Şimşek, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, MIT (Milli Kəşfiyyat İdarəsi) rəhbəri Hakan Fidan, müdafiə nazirinin müavini İsmayıl Dəmir, prezidentin baş müşaviri Sadık Arslan, Prezident Administrasiyası rəhbərinin müavini İbrahim Kalın yer alıblar.
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO