AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl
Dunya
Oxunub: 709
18 sen 2017 | 09:47
AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl














Rusiyada yaşayan azərbaycanlı iş adamı AST Telman axtarışa verilə bilər

"Ölkə.Az" xəbər verir ki, İsmayılov Rusiya cinayət məcəlləsinin 5 maddəsi üzrə istintaqa cəlb ediləcək.

Çerkizov bazarının sabiq sahibi Telmana yaxın günlərdə cinayət qruplaşması yaratmaq və bir sıra qətllərə görə cinayət işi açılacaq. Bu cinayətlər arasında Lianozovsk bazarının yandırılması da var. İş üzrə materiallar Rusiya İstintaq Komitəsinə təqdim edilib.


Hüquq-mühafizə orqanları bildirir ki, AST Telman haqqında mütəşəkkil cinayət qruplaşması yaratmaq, qətl, qanunsuz silah saxlamaq, qanunsuz bank fəaliyyəti və yanğın törətmə maddələri üzrə istintaq aparılır. Materiallara əsasən, cinayətkar qruplaşmaya İsmayılovlar ailəsinin üzvləri rəhbərlik edib. Ailə üzvləri iki nəfərin qətlində və qanunsuz silah gəzdirmədə ittiham edilir. Bununla yanaşı İsmayılovlar ailəsi daha 3 nəfərin ölümündə və məqsədli şəkildə başqa şəxsin əmlakını yandıraraq məhv etməkdə ittiham edilirlər.

Mənbənin "Rosbalt" agentliyinə verdiyi məlumata əsasən, reallıqda isə İsmayılovların qətlə yetirdiyi insanların sayı 10-u ötüb. Telmanın qardaşı Rafiq İsmayılovun sağ əli Harri Belotserkovskiy istintaqa aktiv şəkildə ifadə verir. Əməliyyatçıların fikrinə əsasən, Rafiq İsmayılov ailənin silahlı əməliyyalatlarını həyata keçirib və kriminal aləmlə əlaqə qurub.

AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl
(Rafiq İsmayılov)

Harrinin verdiyi ifadədə ilk dəfə Telman İsmayılovun adı hallanıb. Beloserkovskinin ifadəsinə əsasən, 2000-ci ildə Rafiq İsmayılov ilə "Praqa" restoranına gedib və onun Telmanla olan söhbətinə şahid olub. Söhbət zamanı qardaşlar Andrey Lobanov adlı iş adamı və avtoritetin dərhal məhv edilməsini müzakirə ediblər.

2000-ci ilin dekabr ayında Rafiqin iki silahlı adamı Lobanov və onun mühafizəçisinə atəş açıblar. Açılan atəş nəticəsində Lobanov həlak olub, cangüdəni isə ağır xəsarət alıb.


İki nəfər arasında münaqişəyə səbəb isə paytaxtda topdan satış bazarlarına nəzarət üstündə olub. 1990-cı illərin sonunda İsmayılovlar ailəsi Şimal administrativ dairəsindəki gəlirli obyektlərə göz qoyub. Söhbət Lianozovsk bazarı, Qərbi Dequnino bazarı və bir neçə ticarət mərkəzindən gedir.
İsmayılovların iddiası boş yerə deyildi. Onlardan biri, Fazil 1991-ci ildən Sokol rayonunda rəhbər vəzifə tutub, bu vaxta qədər izə geniş bizneslə məşğul olub.


Amma İsmayılovların maraqlandığı obyektlər əsasən "koptevsk" qruplaşmasının nümayəndələrinə məxsus olub və onlar gəlirlərini bölüşmək istəməyiblər. Qruplaşmanın lideri Andrey Lobanov və İsmayılovlar ailəsi arasında münaqişə avtoritetin ölümü ilə nəticələndi.

Əməliyyatçıların məlumatına əsasən, bu qətldən sonra İsmayılovlar Lobanovun vəliəhdləri ilə müharibəyə başladılar. 5 il ərzində ən azı 7 avtoritet qətlə yetirilib. Lianozovsk bazarının 2005-ci ilin oktyabr ayında yandırılması bu müharibənin əsas akordu olub. İstintaq versiyasına əsasən bu, İsmayılovlar ailəsinin əmri ilə olub. Yanğın minlərlə kvadrat metr ərazini əhatə edib. Yanğını söndürmək üçün isə 25 yanğınsöndürən maşın cəlb edilmişdi.

"Koptevsk" qruplaşması və onlara bağlı iş adamları Telmanın iddiaları ilə razılaşmaq və ailə ilə əməkdaşlığa məcbur oldular.


İsmayılovlar bütün obyektləri satdılar və razılaşma şərtlərinə əsasən gəlirin bir hissəsini şəriklərinə verməli idilər. Məsələn, iş adamı Vladimir Savkinin hissəsi 5.5 milyon dollar idi. Amma ona "atdılar".

Savkin ailəyə borc barədə xəbər verdi və əsasən Rafiqlə əlaqə qurdu. İş adamı ciddi-cəhdlə pulu tələb edəndə onu görüşə çağırıb detalları müzakirə etməyə dəvət etdilər. 2016-cı ilin may ayında Savkin və onun tanışı Yuriy Brilyovu güllələyərək qətlə yetirdilər. Cinayət işi qaldırıldı və bu zaman İsmayılovlar ailəsinin bütün çirkin işləri üzə çıxdı.

Rafiq İsmayılov saxlanılıb. Onun qardaşı, Rusiya Daxili İşlər Nazirliyində vaxtilə yüksək vəzifə tutan Vaqif axarışa verilib.

AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl
(Vaqif İsmayılov)

Bu həftə Telmanın ev və koteclərində axtarış aparılıb. Təkcə Telman yox, onun övladları da cinayət məsuliyyətinə cəlb ediləcək...

AST Telman həbs edilə bilər — Bazar yanğınları və qətl
(Telman İsmayılovun övladları)
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik