ABŞ-dan Ermənistana hədə kimi ismarış: “Donorunu dəyişməsən!..”
Dunya
Oxunub: 843
9 avq 2017 | 10:43
ABŞ-dan Ermənistana hədə kimi ismarış: “Donorunu dəyişməsən!..”














İşğalçı ölkə iki qlobal gücün məngənəsində ; İrəvan üçün dilemma: təcavüzkar Kremlə “badalaq” gəlib Vaşinqtonu seçə bilərmi; amerikalı tanınmış politoloq: “ABŞ zaman keçdikcə Ermənistana işğalçı Rusiyanın müttəfiqi kimi baxmağa başlayacaq” – Bakı üçün nikbin gözlənti...

Ötən saylarımızda yazdığımız kimi, Rusiyanın ABŞ tərəfindən yeni və daha sərt sanksiyalarla sıxışdırılmağa başlaması Ermənistanı da təlaşlandırmağa başlayıb. Doğrudur, sanksiyalar birbaşa İrəvana qarşı yönəlməyib. Ancaq bu, zahirdə belə görünür, gerçəkdə isə əlbəttə ki, Ermənistan de-fakto Rusiyanın bir subyekti, daha dəqiqi, vassalı və hərbi forpostu olduğundan, ən azı, 2047-ci ilədək onun ayağından asıldığından, nəticələrə işğalçı ölkə də şərik olmaq zorunda qalacaq.

“Qarabağ məsələsi Azərbaycan üçün keçilməz ”qırmızı xətt", dost-düşmən təsnifatı üçün ən güclü testdir. Torpaqlarımızın işğalını tanımayan, Ermənistanı işğalçı saymayan bir dövlət Azərbaycanın dostu, müttəfiqi, tərəfdaşı ola bilməz" (Çərçivə)
Hərçənd, bəzi ifrat nikbin erməni ekspertləri yeni vəziyyəti Ermənistan üçün bir şans, fürsət kimi də qiymətləndirirlər - siyasi oriyentasiyanı Qərbə dəyişmək baxımından təbii ki. Fəqət bu, mümkünmü? Kreml ermənilərə izn verərmi ki, heç nə olmayıbmış kimi, onlar Rusiyanı atıb Qərbə - ABŞ-a, Avropaya üz tutsunlar, sığınsınlar, tutaq ki, təhlükəsizlik çətirini KTMT-dən NATO-ya dəyişsinlər?

Şübhəsiz ki, yox. Qərbyönlü seçimini hətta Azərbaycan eləsə belə, - hərçənd, rəsmi Bakının buna imkanları qat-qat böyükdür, - Rusiya sarıdan Azərbaycan üçün müəyyən neqativ nəticələr ortaya çıxa bilər, nəinki bütünlüklə Kremlin nəzarətində olan, hərbi cəhətcə də, iqtisadi cəhətcə də Rusiyadan tam asılı olan Ermənistan üçün.

*****
Bu xüsusda Rusiyanın aparıcı iqtisadçılarından biri, publisist, iqtisadi elmlər üzrə professor Nikita Kriçevskinin Kremlə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi haqda qanunun region ölkələrinə - Azərbaycana və Ermənistana təsirindın danışarkən söylədiyi bir fikir dıqqət çəkməyə bilmir. O, deyib ki, bu sanksiyalar Azərbaycana heç cür təsir etməyəcək, çünki Azərbaycan özünü dolandırmaq iqtidarındadır və neft-qaz sektorundan savayı, digər inkişaf etmiş sənaye sahələrinə də malikdir. Amma Ermənistan?

“O ki qaldı Ermənistana, anlamaq lazımdır ki, Rusiya bu ölkənin donorudur. Heç hərbi-siyasi amili - Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğunu nəzərə almıram. Rusiyanın Ermənistana yardım imkanları kifayət qədər azalacaq”, - deyə iqtisadçı ermənilərə bəd müjdə verib.

*****

Məsələ də elə bunda - Rusiyanın işğalçı ölkə üçün donor rolunda çıxış eləməsindədir. Özü də bu, təkcə iqtisadi-maliyyə donorluğu deyil, daha önəmlisi - siyasi və təhlükəsizlik donorluğudur. Yəni Rusiya bütövlükdə Ermənistan adlı qondarma dövlətin əsas varlıq qarantı və sponsorudur.

Hamı bilir ki, köçürülmə ermənilərdən ibarət olan bu saxta dövləti Qafqazda məhz ruslar yaradıb - təbii ki, öz maraqları naminə. Rusiya olmazsa, Ermənistan adlı dövlətin olan-qalan müstəqilliyi də böyük sual altına düşəcək. Çünki Türkiyə və Azərbaycan kimi böyük qonşular var və Ermənistan tarixi türk torpaqlarında təşəkkül tapıb.

Müxtəsəri, Ermənistanın Rusiyadan asılılığı yaxın tarixdən gələn bir asılılıqdır, köklü asılılıqdır. Adi asılılıq deyil ki, onu ermənilər indi Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq deyə, asanca qıra, ləğv edə bilələr.

***

Amerikalı ekspertlər də Vaşinqtonun yeni sanksiyaları fonunda Rusiyanın forpostu Ermənistana yaxşı bir perspektiv, xoş gələcək vəd eləmirlər.
“ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya, Gürcüstan və Monteneqroya səfərləri çərçivəsində həmin ölkələrə ABŞ prezidenti Donald Trampın ”Rusiya təcavüzünə qarşı sizi qorumağa hazırıq" mesajını çatdırıb". Bunu tanınmış amerikalı analitik, vaxtilə Qarabağ məsələsinin həlli üçün “ərazi mübadiləsi” variantını təklif eləmiş Pol Qobl deyib və əlavə edib ki, bu mesaj eyni zamanda İrəvana verilmiş bir xəbərdarlıqdır.

Politoloqun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın təşkil etdiyi layihələrdə iştirak edən istənilən ölkəni cəzalandırmağa imkan verəcək. “ABŞ zaman keçdikcə İrəvana tez-tez Rusiya-Ermənistan münasibətləri və Rusiya təcavüzü prizmasından baxmağa başlayacaq. Əgər Ermənistan Rusiyanı müdafiə etsə, onda çətin ki, ABŞ-la münasibətləri inkişaf etsin” - Qobl bildirib.

*****
Doğrudur, hələ ki Birləşmiş Ştatlar Ermənistana Rusiya kimi - işğalçı qismində baxmır, işğalçı Ermənistana qarşı da sanksiyalar haqda düşünmür. Hərgah, Ermənistan da Rusiya kimi öz qonşusunun böyük bir hissəsini işğal edib, beynəlxalq hüququ kobud şəkildə tapdayıb, BMT TŞ-nin, Avropa Şurasının, Avropa Parlamentinin, 57 dövlətdən ibarət İslam Əməkdaşlıq Təşkilatının onu işğalçı kimi tanıyan qətnamələrinə məhəl qoymur, amma ümid edək ki, nəhayət, “buz sınacaq” və ABŞ da üzünü reallığa tutacaq, onu etiraf edəcək.


Bu yöndə Rusiyaya qarşı sanksiyalar həqiqətən yardımçı rol oynayacaqsa, o zaman bundan ən çox elə ABŞ-ın özü udacaq - həm də Azərbaycanı geridönməz şəkildə, həmişəlik qazanmaqla. Çünki Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün keçilməz “qırmızı xətt”, dost-düşmən təsnifatı üçün ən güclü testdir. Torpaqlarımızın işğalını tanımayan, Ermənistanı işğalçı saymayan bir dövlət Azərbaycanın dostu, müttəfiqi, tərəfdaşı ola bilməz.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik