“İran bizim müstəqilliyimizi Rusiya kimi heç cür sinirə bilmir” - KEÇMİŞ MTN ZABİTİNDƏN SENSASİON AÇIQLAMA
Dunya
Oxunub: 896
8 avq 2017 | 12:18
“İran bizim müstəqilliyimizi Rusiya kimi heç cür sinirə bilmir” - KEÇMİŞ MTN ZABİTİNDƏN SENSASİON AÇIQLAMA














“Hürriyyət”in ötən sayında qeyd etdiyimiz kimi, İranın təkcə Ali Dini Liderinin Bakıdakı nümayəndəliyinin başçısı, höccətülislam Əli Əkbər Ocaqnecad tərəfindən idarə olunan “Hüseyniyyə” namazxanasının “xüms” və “zəkat” adı altında illik dövriyyəsi ən azı 700 min manat təşkil edir. Üstəlik, Azərbaycanda Xameneyini təqlid edən dindarların çoxluğu şəraitində, yerli koordinatorlar vasitəsilə mərkəzləşdirilmiş qaydada toplanan vəsaitin daha çox olduğu istisna deyil. Ümumilikdə isə, Azərbaycan Respublikası üzrə İranın öz məqsədləri üçün ildə təxminən 50 milyon manatdan çox vəsaiti idarə etdiyinə dair iddialar səsləndirilir.

Belə ki, bir sıra hesablamalara görə, Azərbaycan ərazisində cümə namazlarında iştirak edənlərin təqribi sayı 500 min nəfərə yaxındır. Həmin şəxslərin 90 faizinin cəfərilik məzhəbinə bağlı olması faktını nəzərə alsaq, zəkat-xümslə bağlı yuxarıda açıqlanan rəqəmin real olduğu aydın görünər.

İranın Azərbaycanda öz məqsədləri üçün ildə təxminən 50 milyon manatdan çox vəsaiti idarə etdiyinə dair iddialarla bağlı fikrini açıqlayan keçmiş MTN zabiti İlham İsmayıl Hurriyyet.org-a bildirdi ki, əslində, bu rəqəm daha yüksəkdir:

“Hətta mən deyərdim ki, bu səsləndirilən rəqəm azdır. Yəni bu rəqəmin görülən tərəfidir, gürunməyən tərəfləri var. İran daha çox vəsait ayırır. İran öz nüfuzunu, təsirini hər gün, hər il artımaq üçün təkcə dindarların xətti ilə deyil, separatçıların cənub bölgəsində fəaliyyəti üçün də kifayət qədər əlavə vəsaitlər ayırır. Bütün bu pulların sərf olunması Azərbaycandakı dindarlara və yaxud məscidlərə hər hansı bir xeyirxahlıq pərdəsi altında həyata keçirilir. Hələ əvvəl “İmam Xomeyni” xeyirxahlıq fondu var idi. Onu sonra Nazirlər Kabinetinin göstərişi ilə bağladılar. Çünki daha çox başqa istiqamətlərə yönəlmişdi. İran bu məsələləri Azərbaycanı öz təsirinin altında saxlamaq, İranın öz dini, şəriət quruluşunu Azərbaycanda yeritmək üçün dindarların, təbii ki, cəfərilərin, şiələrin vasitəsilə həyata keçirməyə çalışır. Yenə də deyirəm, bu hələ dindarlar üçün görsənən puldur. İran başqa məqsədlər üçün də əlavə pullar xərcləyir. Azərbaycan həmişə İran üçün bir yaralı yer olubdur”.

İlham İsmayıl vurğuladı ki, İran Azərbaycanın müstəqilliyin, Rusiya kimi, heç cür sinirə bilmir: “Ona görə də maksimum çalışırlar ki, Azərbaycanda öz təsirlərini, güclərini saxlasınlar. Bu gücü, təsiri elə saxlamaq istəyirlər ki, Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq öz mövqelərini, İranın təsirini, təzyiqini həmişə hiss etdirməyə çalışsınlar. Ona görə də, Azərbaycandan İrana tərəf hər hansı bir ölkənin təsirinin olmaması üçün Azərbaycanı həmişə təsir, təzyiq altında saxlayırlar. Ermənistanla dostluq edir, iqtisadi əlaqələri daha da gücləndirirlər. İranın Ermənistana xüsusi yardımı, ticarət dövriyyəsinin hamıdan çox olması və gediş-gəlişin sayının artması bütün bunlar hamısı Azərbaycanın əleyhinə yönəlibdir, o cümlədən dediyiniz bu 50 milyon manat”.

Xatırladaq ki, bir müddət öncə müxtəlif xəbər saytlarında, İranın ölkəmizdəki dini nümayəndəliyi tərəfindən təxminən 381 nəfər Azərbaycan vətəndaşına iranyönümlü dini təbliğatın aparılması üçün aylıq 200 dollar məbləğində pulların verilməsi, 250 nəfər ruhaniyə 100-1000 manat arasında birdəfəlik maddi yardımların ayrılması haqda qalmaqallı məlumatlar yayıldı və konkret şəxslərin adları açıqlandı. Bəs, bütün bunlar nələrə hesablanmış addımlardır?

Bu məsələyə aydınlıq gətirən İ.İsmayıl dedi: “Biz müstəqilik əldə edəndən sonra ən birinci İran missionerlərinin, yəni dindarlarının, din xadimlərinin mədrəsələrdə pulsuz dərs keçmələri faktı olub. Bakıdan Şirvana, Gəncəyə qədər bir sıra yerlərdə mədrəsələr açıblar. Bu mədrəslərdə təhsil sistemini pusuz etməklə bu istiqamətə təsirlərini artırıblar. Sonra isə tamam başqa isqtamətə təsirlərini yönəldiblər. Öz xeyirxahlıqlarını cehiz verməkdən tutmuş, kasıb ailələrə guya, yardım etmək adı altında ediblər. Bütün bunların hamısının arxa planında İran siyasi sistemi durur. Bütün bunların Azərbaycanda tətbiq olunması İran tərəfdarlarının sayının çoxaldılmasına yönəlibdir. Ona görə də, İran başqa məqsədlər üçün də əlavə pullar xərcləyir və bu pullar mütləq mənada Azərbaycanın müstəqilliyinə qarşı yönəlibdir. İslam pərdəsi altında öz bayrağını göstərən bu ölkə şiə təriqətinin üstünlük təşkil etdiyi Azərbaycana Ermənistanın müdaxiləsini, işğalını hərətərfli dəstəkləyən bir dövlətdir. Zəbt olunmuş Qarabağ torpaqlarından bütün söküntülərin daşınmasını - hamısını İran edibdir. Limonov adlı biri var. O, Dağlıq Qarabağa səfər etmişdi. Limonov yazırdı ki, qarşımıza çıxan TIR-lar vardı və bu TIR-ların nə olduğunu soruşanda hamı deyirdi ki, bunlar İran TIR-larıdır. Biz deyirdik onun içində nə var. Deyirdilər hər şey. Bunlar olmasa biz yaşaya bilmərik, deyiridlər. Yəni İranın mövqeyi budur. İran həmişə belə olub”.

İlham İsmayıl onu da vurğuladı ki, Azərbaycan məscidlərində yığılan vəsaitin şəfaff xərclənməməsi ciddi təhlükə yarada bilər: “Əlbəttə ki, təhlükə yarada bilər. Nə bilirik, sabah nə olacaq?! İran beynəlxalq aləmdə terrorizmi dəstəkləyən bir ölkə kimi tanınır. Amerika Birləşmiş Ştatları Konqresi tərəfində cinayətkar bir rejim kimi qəbul olunur. İranın Yaxın Şərqdə, Suriyada kimləri, hansı təşklatları dəstəklədiyi tarixən məlumdur. “Hizbullah” kimi təşkilatı yardıbdır. Bütün bu pulların qeyri-şəffaq xərclənməsi nəticəsində sabah gizli bir təşkilat da yarana bilər və bu gizli təşkilat bir də görəcəksiniz ki, hansısa formada ayağa qalxa bilər”.

Məscidlərdən yığılan bu vəsaitə nəzarətin Qafqaz Müsəlmanları idarəsi, yoxsa Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən tərəfindən həyata keçirilməsi düzgündür?

Keçmiş MTN zabiti Qafqaz Müsəlmanları İdarəsinə qarşı birmənalı mövqedədir: “Mən Qafqaz Müsəlmanları İdarəsindən heç nə gözləmirəm. Ona görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələrə o qədər ciddi nəzarət etməlidir, hətta bu, qanuna salınmalıdır. O pul deyilən şey İranın və yaxud kiminsə əli ilə yox, məhz Azərbaycan dövlətinin lazımi strukturu tərəfindən yenə paylanılsın, yenə dini istiqamətdə xərclənsin, amma şəffaf xərclənsin. Bu, başqalarının yox, Azərbayan dövlətinin birbaşa nəzarəti altında olmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsindən iki dəfə üstün səlahiyyətə malikdir və o səlahiyyyəti yoxsa da, ona səlahiyyət verilməlidir. Bu Komitənin dövlət adından çıxıb istənilən məsələrə dini baxımdan nəzarət etməyə ixtiyarı var və bu məsələri tam nəzarət altında saxlamalıdır və bu istiqamətdə çalışmalıdır”.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik