Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini....
Dunya
Oxunub: 609
28 iy 2017 | 09:49
Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini....














Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur

Əsgərlərin yaxın qohumları və dostlarının “Feysbuk” sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub.

Modern.az saytı erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin (“Feysbuk”da paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında “dedovşina” hallarının artması göstərilir.

Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların “botinka”larını təmizləməyi tələb ediblər.

Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün “Feysbuk” səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.

Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz “Feysbuk” səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.

Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçıb.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik