Edam edilmişlərin daxili orqanlarının istifadəsi ölkəni qarışdırdı
Dunya
Oxunub: 1 669
9 dek 2014 | 12:23
Edam edilmişlərin daxili orqanlarının istifadəsi ölkəni qarışdırdı




















İnsan haqları təşkilatlarının etirazları nəticəsini verib.

Çin hökuməti edam olunmuş məhbusların daxili orqanlarının transplatasiyası üçün istifadəsinin dayandırılacağına vəd verib.

Azerinfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu insan haqları təşkilatlarının daimi etirazlarının nəticəsidir. Reform 1 yanvar 2015-ci ildə qüvvəyə minəcək.

Bu dəyişiklik ölkədə orqan köçürülməsinə ehtiyacı olan xəstələrin qeyri-müəyyən vəziyyətə düşməsinə səbəb olub. Proqramın dayandırılması və milli donor sisteminin yaradılması vədini Çin hökuməti 3 il əvvəl səsləndirmişdi. Bu 3 il ərzində qohumların və ya donorların icazəsi olmadan orqanların icazəsi qadağan edilmişdi. Lakin hüquq müdafiəçiləri edam edilənlərin yaxınları çox vaxt dövlət tərəfindən təzyiqlərə məruz qalaraq, lazımi sənədləri imzalamağa məcbur edildiklərini iddia edirlər.

Hakimiyyət gözlənilən reformda məhz hansı dəyişiklərin olacağını hələ açıqlamayıb. Uzun illər edam edilənlərin orqanları donor orqanlarına ehtiyacı olan xəstələrin köməyinə gəlirdi. Ümumiyyətlə, Çin edam edilən şəxslərin orqanlarının sistemli şəkildə donor kimi istifadə edən yeganə dövlətdir. Çin Xalq Demokratik Respublikasında səhiyyə sisteminə olan ənənəvi inamsızlıq könüllü orqan donorlarının praktiki olaraq yoxluğuna gətirib çıxarıb.

Hazırda bu sahədə tələbat artır. “China Youth Daily” jurnalının 40 000 gənc çinli ilə online apardığı sorğunun nəticələrinə görə, 50% donor olmaqdan imtina ediblər. Ümumiyyətlə çinlilərin 62%-i donor olmaq istəmir.

Çində il ərzində orta hesabla 10 000 orqan köçürülməsi əməliyyatları aparılır. Hazırda ölkədə təcili şəkildə orqan köçürülməsinə ehtiyacı olanların sayı 300 000-ə çatıb.
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib