Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO
Dunya
Oxunub: 883
20 okt 2016 | 10:02
Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO
















İtaliya mediası bu məhkəmə prosesini "ilin ən dəhşətli, ən əxlaqsız hadisəsi" kimi dəyərləndirir.

Cinayəti törətməkdə suçlanan qadın çox ciddi mühafizə olunan həbsxanaya, təkadamlıq kameraya yerləşdirilib. Polis bu qadının həbsxanada öldürüləcəyindən ehtiyatlanaraq onu sutkada 24 saat müşahidə edir.

Həmin qadın 2014-cü ilin noyabrın 9-da oğlunu boğaraq qətlə yetirmiş Veronika Panarellodur.

Olay Siciliya adasındakı Raquza bölgəsində, Santa Kroçe-Kamerina şəhərində baş verib.

Veronika Panarello iki il əvvəl, noyabrın 29-da polisə yollanaraq 8 yaşlı oğlu Loris Stivalın məktəbdən qayıtmadığını deyib.

"Həmişəki kimi, məktəbə getdim. Gözlədim, oğlum məktəbdən çıxmadı. Oğlum itib, yoxdur. Mənə kömək edin, oğlumu tapın!" - 32 yaşlı Veronika Panarello polis idarəsində hönkürür, yalvarır, qışqırırdı.

Polis axtarışlara başlayıb.

İki gün sonra balaca Lorisin cəsədi şəhərin kənarındakı su kanalında tapılıb. Ekspertiza göstərdi ki, 8 yaşlı oğlanın boynuna elektrik kabeli salınıb və o, bu minvalla boğularaq öldürülüb.

Bir həftə sonra isə polis Veronika Panarellonu həbs edib. O, oğlunu qətlə yetirməkdə suçlanırdı.

İstintaq materiallarına görə, Veronika Panarello qaynatası Andrea Stivalla "eşq macərası" yaşayıb. Əri işə gedəndən sonra Veronika yataq otağında qaynatası ilə "birgə istirahət" edirmiş. Günlərin birində məktəbdən vaxtından tez dönən Loris anasını və babasını yataqda, cinsi əlaqədə olarkən görür.

Uşaq qışqıranda Veronika ilə qaynatası "ələ keçdikləri"ni anlayırlar.

Andrea Stivalın "məsləhət"i ilə Veronika oğlunu tutur, dəhlizdəki elektrik kabeli ilə boğaraq öldürür.

Sonra isə qaynata ilə gəlin uşağın cəsədini şəhər kənarındakı kanala atırlar.

Veronika Panarello 30 il müddətinə azadlıqdan məhrum olunub. Onun qaynatası A.Stivala hökm bu günlərdə oxunacaq.

Veronikanın artıq sabiq əri, onu ötən il boşamış şəxs şərh verməkdən boyun qaçırıb.


Qaynatası ilə yatağa girən qadın oğlunu boğdu - FOTO
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb