Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün
Dunya
Oxunub: 945
20 sen 2016 | 15:35
Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün








Ermənistanın öz müstəqillik günündə keçirəcəyi hərbi paradda ilk dəfə “İsgəndər-M” operativ-taktiki raket komplekslərini nümayiş etdirməyə hazırlaşması barədə xəbərlər yayılıb.

Məsələ ondadır ki, 500 kilometr məsafə qət edən və müxtəlif tipli döyüş başlıqları, hətta nüvə başlıqları ilə təchiz olana biləcən bu yeni raket sistemini Rusiya indiyədək heç bir ölkəyə satmayıb.

“İsgəndər-M” operativ-taktiki raket kompleksləri haqqında məlumat toplayıb.

İsgəndər 9K720 - Rusiya Federasiyasında (Votkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası) istehsal olunan mobil, qısaməsafəli ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. “İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

“İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini ənənəvi döyüş sursatı ilə məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.

Əsas hədəfləri:

Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
Raketdən və hava hücumundan müdafiə vasitələri
Komanda məntəqələri və rabitə qovşaqları
Mülki infrastrukturun vacib obyektləri

Döyüş xüsusiyyətləri:

Raketin başlanğıc kütləsi: 3 800 kq
Döyüş başlığının kütləsi: 480 kq
Uzunluğu 7,2 m
Diametri 920 mm
Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
Hədəfi vurma minimal məsafəsi: 50 km
Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
İstismar müddəti: 10 il, o cümlədən səhra şəraitində 3 il

Əsas silahı:Qanadlı raket R-500, yüksək partlayıcı mərmi, termobarik silah, nüvə silahı
Daşıma:МЗКТ-7930 üzərində daşınır

Bu raket sistemləri 3 variantdadır: "İsgəndər-M", "İsgəndər-E", "İsgəndər-K". Bunların içində ən təhlükəlisi "İsgəndər -M"-dir.

“İsgəndər-M” komplekslərinə qarşı müdafiə sistemi dünyada praktiki olaraq mövcud deyil. Təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib. Raketlərin Ermənistanda yerləşdirilməsi bəlkə də Azərbaycanın son illərdə öz Silahlı Qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır.

Məlum olduğu kimi, Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş verib. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan verir. “Barak-8” raketdən müdafiə kompleksinin texniki göstəriciləri məxfi saxlanılır, çünki bu, İsrail hərbi sənayesinin ən yeni məhsullarından biridir.

Bununla belə xarici qaynaqlarda göstərilir ki, “Barak-8” kompleksləri istənilən raket hücumunu dəf etmək imkanındadır və dünyada bu komplekslərin müdafiəsini yara bilən raketlər mövcud deyil.

Rusiya “Raket texnologiyalarına nəzarət” sənədini imzalamış ölkələrdən biridir. Sənədə görə, istehsalçı ölkələr 300 km məsafədən artıq vuran raketləri xaricə satmamalıdır. Bu imza "İsgəndər-E"-nin yaranmasına səbəb oldu. Çünki “İsgəndər-E” (eksport) 280 km-ə qədər hədəfi vura bilir.

İki raketi olan və 500 km məsafədə hədəfləri vuran “İsgəndər-M”-dən fərqli olaraq, “İsgəndər-E” kompleksində bir raket olur. Rusiya hazırda “İsgəndər-E” OTRK-ləri istehsal edirmi ya yox, dəqiq məlum deyil.

Rusiya Ermənistana "İsgəndər-E" raket kompleksini sata bilər. Rusiya hökumətinə bağlı olan “vpk.name” (Hərbi sənaye kompleksi) xəbər portalının yaydığı xəbərdə bildirilib ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunan mərasimə (parad sentyabrın 21-də keçiriləcək - red) hazırlıq məşqləri zamanı fotoları yayılan “İsgəndər-E” operativ-taktik raket kompleksi bir müddət əvvəl erməni ordusunun silahlanmasına daxil edilib.

Bu, Rusiya ilə Ermənistan arasında hərbi texnika və silah-sursatın 200 milyon ABŞ dolları həcmində satışının kredit razılaşması əsasında ermənilərə verilməsi layihəsi əsasında reallaşdırılıb. Xəbərdə o da qeyd olunub ki, istehsalçı ölkədən başqa “İsgəndər-E” operativ-taktik raket kompleksinə sahib olan ikinci dövlət Ermənistandır.

musavat.com


Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün
Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün
Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün
Rusiya Ermənistana ən qorxulu silahını hədiyyə etdi - Azərbaycan əsgərlərini hədəf almaq üçün
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil