İranda azərbaycanlılar ayağa qalxdı – FOTO + VİDEO
Dunya / Video
Oxunub: 1 131
29 iy 2016 | 07:11
İranda azərbaycanlılar ayağa qalxdı – FOTO + VİDEO









Onlarla həbs olunan var

Ötən gün axşam saatlarından etibarən Cənubi Azərbaycanın bir çox şəhərində kütləvi etirazlara başlanılıb.

Musavat xəbər veriri ki, Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə azərbaycanlı soydaşlarımız əllərində “Biz istəyirik diri qalaq”, “Mən türkəm” və digər yazılı plakatlar tutaraq “Haray, haray, mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi şüarlar səsləndirir, etiraz mitinqləri keçirirlər.

Etirazlara səbəb bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq onlarla azərbaycanlı fəal polis qüvvələri tərəfindən saxlanılıb.

Onların arasında “Traxtur” futbol komandasının lideri Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə, Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə, Hüseyn Balaxani, Xoydan Səlman Əraqi və digərlərinin olduğu bildirilir.

Xatırladaq ki, bu günlərdə İranın “Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi əslən azərbaycanlıdır.

Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub. Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara, çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan “Fitilə” verilişinin üzvlərinin mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib.

Nəticədə iyulun 26-da bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda 20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir.



Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu