"Azərbaycanda elə şəxs var ki, Gülənə itaətdən sonra milyonlar topladı"
Dunya
Oxunub: 788
21 iy 2016 | 11:45
"Azərbaycanda elə şəxs var ki, Gülənə itaətdən sonra milyonlar topladı"









Ankarada 15 iyul hərbi çevrilişə cəhddən sonra Türkiyədə hökumət strukturlarından tutmuş bütün digər dövlət orqanlarında dövlətə xəyanət ittihamına görə həbslər davam etməkdədir.

Bəs, görəsən, hərbi çevrilişə cəhddə, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının da əli olan varmı?
Məsələ ilə bağlı modern.az-a açıqlama verən "Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə XİN sistemində, diplomatik korpuslarında da xəyanətkar qüvvələrin olması istisna deyil və onlar da aşkar olunaraq təmizlənəcək:

"15 iyul hərbi çevrilişə cəhdin uğursuzluğa düçar olması Ərdoğanın Gülənə qarşı mübarizəsini daha da genişləndirməyə imkan verir. Bu mənada Ərdoğan Gülən şəbəkəsinə bağlı insanları bütün dövlət idarələrindən, polis və ordudan kütləvi sürətdə uzaqlaşdıracaq. Bu deyilənlər Türkiyə XİN-ə də aiddir.
Fətullah Gülən tərəfdarları ilə birgə dövlət içində dövlət yaratmaq planını 30 ildən çoxdur həyata keçirir. 1980-ci illərdən Gülən şəbəkəsinə qoşulan gənclər sonrakı illərdə bütün dövlət orqanlarında möhkəmləndilər. Gülən şəbəkəsinin mason lojasından fərqi yoxdur, çünki o, ancaq öz adamlarına dəstək verir.

Mən Azərbaycan elə şəxs tanıyıram ki, pul qazanmağa imkanı yox idi, adicə dükan belə aça bilmirdi, ancaq Gülən şəbəkəsinə itaət etdikdən sonra ard-arda yaratdığı şirkətlər hesabına milyonlar topladı və həmin milyonlarda lojaya da haqq verirdi. İstisna etmirəm ki, Türkiyə XİN-də də şəbəkəyə bağlı diplomatlar var".

Politoloq hesab edir ki, xəyanətkar qüvvələrin bəziləri çevriliş cəhdindən öncə Fətullah Gülən şəbəkəsi ilə əlaqələrini kəsiblər. Amma yenə də onlar müəyyən edilərək vəzifələrdən uzaqlaşdırılacaqlar:

"Doğrudur, bəlkə də o diplomatlar çevriliş cəhdindən sonra bəlkə də şəbəkə ilə təmaslarını kəsiblər, ancaq AKP hökuməti belələrini də müəyyənləşdirib vəzifələrindən uzaqlaşdıracaq.

Elə götürək Gülənin Azərbaycandakı təhsil ocaqlarını. Oralarda müxtəlif tədbirlərə daha kimlər qatılmadı ki?! İçərlərində Türkiyə diplomatları da var idi".

Politoloq Fərhad Mehdiyev də belə hesab edir ki, hərbi çevrilişə cəhddə, xəyanətdə əli olan türk diplomatlar var:

"Hərbi çevriliş cəhdindən sonra AKP hökuməti həm dövlət və həm də özəl sektorda xəyanətkar qüvvələrin təmizlənməsini davam etdirməkdədir. Əlbəttə ki, biz bunu Türkiyənin XİN sistemində də görəcəyik.
Hər halda artıq Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) bu istiqamətdə araşdırmalara başlayıb.

Ola bilsin ki, Türkiyənin diplomatik şəbəkələrində, XİN sistemində Fətullah Gülənə simpatiya bəsləyən əməkdaşlar da var. Bunu hələ ki, heç kəs dəqiq deyə bilməz ki, həmin qüvvələr konkret olaraq Türkiyə diplomatik korpusunun hansı regionlarındadır".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu