13 yaşlı qızın Suriyada sevgi axtarışı
Dunya
Oxunub: 847
20 iy 2016 | 06:54
13 yaşlı qızın Suriyada sevgi axtarışı








İŞİD terror qruplaşmasının ideoloqları Qazaxıstanda gənclər və yeniyetmələrin arasında aktiv iş aparırlar. Və tamamilə müvəffəqiyyətli ailələrin uşaqları tez-tez vaizlərin qurbanına çevrilirlər.

Qazaxıstanın "365info.kz" saytında dərc olunan bir məqalədə ölkədə İŞİD-in apardığı təbliğatın acı nəticələri əksini tapıb.

Suriyaya sevginin axtarışlarına çıxan həddi-buluğa çatmamış qız haqqında inanılmaz hekayəni politoloq Yerlan Karini danışıb. "Diapazon" qəzetinin yazdığına görə, politoloq yaxın vaxtlarda Aktyubinsk vilayətində olub. Onun məqsədi regionun gəncləri arasında ekstremist ideyaların yayılmasını qiymətləndirmək olub. Karin Aktobenin islahedici koloniyalarında terrorizm və ekstremizmə görə ittiham edilən məhbuslarla görüşüb, vilayətin rayonlarını gəzib və əhali ilə xeyli söhbət edib.

Onun sözlərinə görə, məsələyə müxtəlif nöqteyi-nəzərlərdən baxılmalıdır. Yalnız dini deyil, həm də ictimai-iqtisadi baxımdan.

"Gənclərdə indi ideal yoxdur. Biz özümüzü ideal ata hesab edirdik. İndi dəyərlərin böhranı müşahidə olunur. Əgər biz vaxtilə kosmonavt olmağı arzu edirdiksə, indi yeniyetmələrdə başqa maraqlar var. Mən şəxsən sərhədçi olmaq istəyirdim", - Yerlan Karin şikayətlənib.

Politoloq nümunə olaraq Suriyaya qaçmaq istəyən həddi-buluğa çatmamış qızın hekayəsini danışır: "Almatıda 13 yaşlı qız Suriyaya getmək istəyirdi. Qız əlaçı idi. Amma bir dəfə bilet aldı və valideynlərindən gizlin başqa şəhərə getdi. Oradan isə Suriyaya getməyə hazırlaşırdı. Xoşbəxtlikdən onu axtardılar və evə qaytardılar. Onun hədəfi din deyil, çünki o, Suriyada nəyin baş verdiyini bilmir. Məlum oldu ki, qız televizorda xəbərlərdə gənc oğlanı görüb və onu tapmaq üçün yola düşmək istəyib. Avtomatlı həmin gənc onun üçün hansısa qəhrəman idi".

Politoloqun fikrincə, indiki uşaqlar öz problemləri ilə tez-tez təklikdə qalırlar.

"Demək olmaz ki, dövlət terrorizmlə mübarizə aparmır. Amma əgər gənclərin nə ilə maraqlandığı və məşğul olduğunu hətta onların valideynləri bilmirlərsə, təhlükəsizlik orqanları bu haqda necə bilə bilər?" - o deyib.

Aktyubinsk vilayətinin məşhur dindarı, "Ənsar" təşkilatının rəhbəri Əsgər Sabdin qeyd edir ki, ənənəvi islamın qanunlarını dirçəltmək lazımdır. Onun sözlərinə görə, Qazaxıstan cəmiyyətində yaranan bir çox problemlər 1990-cı illərdə yaranmış ideoloji vakuuma görə ortaya çıxıb.

"Gəncləri öyrədəcək heç kim olmadığı üçün onların yerini xarici vaizlər tutdular", - Əsgər Sabdin söyləyib.

Aktobedə baş verən terror aktında sosial, iqtisadi və ailəvi-məişət amillərinin təsirinin olduğunu deyən dindar əmindir ki, əsas amil ideologiyadır: "Biz şəxsi dini ideyanı yaratmalıyıq. Məşğulluğu və asudə vaxt məsələləri həll etmək, ailədə bir-birinə diqqətli olmaq lazımdır. Dini cərəyanlara bir qayda olaraq depressiyada olan insanlar düşürlər".

Bundan başqa, Əsgər Sabdin hesab edir ki, Qazaxıstanda qanunvericilik səviyyəsində sələfiliyi dərhal qadağan etmək lazımdır.

Qazaxıstan Dini İşlər üzrə Komitənin məlumatına görə, ölkədə hazırda sələfiliyin 15 minə yaxın tərəfdarı var. Onlardan 10 faizdən çoxu Aktyubinsk vilayətində yaşayır. Ölkənin ən sıx məskunlaşmış regionunda 89 dini birləşmə qeydə alınıb, onlardan 65-i müsəlmanlara aiddir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu