Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunun səbəbləri açıqlandı
Dunya
Oxunub: 1 049
17 iy 2016 | 08:25
Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunun səbəbləri açıqlandı









Rəcəb Tayyip Ərdoğanın xalqı meydanlara səsləməsi həlledici məqam olub

Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunu şərtləndirən əsas detalları açıqlanıb.

Türkiyədə hökumətə yaxınlığı ilə seçilən jurnalist Abdulkadir Selvi “Çevriliş gecəsinin qədər anları” başlıqlı məqaləsində yazıb ki, hərbi çevriliş cəhdinin qədərini müəyyənləşdirən an Marmarisdə oteldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birinci Ordu komandanı ordu generalı Ümit Dündar arasındakı telefon görüşündə yaşanıb.

Birinci Ordu komandanı Ü.Dündar Ərdoğanı telefonla arayıb, qanuni seçilmiş prezident olaraq Türkiyə prezidentinə sadiq olduğunu bəyan edib.

General R.T.Ərdoğana Ankaraya getməməyi məsləhət görüb, İstanbula gəlməyi, İstanbulda onu qoruya biləcəyini bildirib. Eyni zamanda qaldığı oteli ən qısa müddətdə tərk etməsini istəyib.

Türkiyə prezidenti oteli tərk etdikdən 62 dəqiqə sonra da bu otelə xüsusi təyinatlıların hücumu olub, köməkçisi girov götürülüb.

Türkiyə prezidentinin İstanbulda aeroportda telekanallar vasitəsi ilə müraciət edərək xalqı meydanlara səsləməsi isə növbəti həlledici məqam olub.

Yazıda çevriliş planının əsas müəllifinin EDOP komandanı Metin İyidli olduğu, planın hazırlanmasında bir müddət əvvəl Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilmiş polkovnik Muharrem Kosenin də iştirak etdiyinin üzə çıxdığı qeyd edilib.

Hərbi çevriliş planının həyata keçirilməsində lider funksiyasını isə Hərbi Hava Qüvvələrinin sabiq komandiri, ordu generalı, Ali Hərbi Şuranın üzvü olan ordu generalı Akın Öztürkün olduğu çevrilişə cəhd gecəsinin səhəri üzə çıxıb.

A.Öztürk gecə boyu Ankara yaxınlığındakı Akıncılar Hərbi Hava Bazasında olub. Bu hərbi bazada yerləşən 141-ci hava qüvvələri birləşməsinin komandiri A.Öztürkün kürəkəni polkovnik Hakan Karakuş olub.

Hərbi çevriliş planının uğursuzluğa düçar olduğunu görən və səhər qaçmaq üçün vertolyota minməyə çalışan A. Öztür açılan atəş nəticəsində yaralanıb, daha sonra isə həbs edilib.

Məqalədə o da qeyd edilib ki, hərbi çevriliş planı əvvəlcə mayın 4-ə planlaşdırılıb, lakin M. Kösenin Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilməsindən sonra iyunun 15-ə təxirə salınıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu