Rəsmi Moskvadan gözlənilməz Qarabağ açıqlaması
Dunya
Oxunub: 2 273
29 in 2016 | 00:55
Rəsmi Moskvadan gözlənilməz Qarabağ açıqlaması












"Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi ilə bağlı əldə olunan razılaşmaları gizlətmirik. Sadəcə, burada kimin necə üstünlük qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir".

Azerinfo.az ANS-ə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

O deyib ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi mövcuddur və münaqişənin həlli üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirilir. Zaxarova deyib ki, danışıqlar zamanı konkret razılıqlar əldə olunsa, mütləq bu barədə hər kəs məlumatlandırılacaq.

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq birgə bəyanat imzalandığını qeyd edən M.Zaxarova tərəflər arasında əldə olunan razılaşmaların bəyanatda əksini tapdığını qeyd edib: "Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticələr əldə etmək üçün ictimai ritorikadan yayınmaq lazımdır. Ona görə yox ki, biz danışıqlar prosesində əldə olunan nəyisə gizlədirik, sadəcə burada kimin neçə xal qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir".

Xatırladaq ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov prezidentlərin iyunun 20-də Sankt-Peterburq görüşündən sonra verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu demişdi. "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi".

O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip etibarilə razılığa gəliblər.

Amma Novruz Məmmədovun açıqlamasından bir neçə saat sonra Ermənistanın xarici xşlər naziri Edvard Nalbandyan razılaşmanın əldə olunması barədə verilən məlumatları təkzib etdi.

Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova demişdi ki, görüşün nəticələrini yalnış şərh etmək olmaz.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu