Putin “İkinci hissə”yə başlayır
Dunya
Oxunub: 818
26 in 2016 | 11:03
Putin “İkinci hissə”yə başlayır













"Polşa və Baltikyanı ölkələrdə NATO-nun dörd batalyonun yerləşdirilməsi təxribat deyil. Hətta Rusiyanın özündə də anlayırlar ki, onun sərhədlərində yerləşdiriləcək dörd min əsgərdən heç bir təhlükə yoxdur"

Bunu Almaniyanın "Die Zeit" nəşrində siyasi müşahidəçi Mattias Nass yazıb.

Onun sözlərinə görə, real problemlər Krımın zəbt edilməsi və Rusiyanın Ukraynanın şərqinə təcavüzü nəticəsində Qərb və Rusiya arasında etibarın itməsindən sonra yaranıb. Siyasi müşahidəçi bildirir ki, həmin vaxtdan tərəflər arasında təhlükəsizlik məsələləri üzrə dialoq praktik olaraq tamamilə aradan qalxıb. Mattias Nass Rusiyanın özünü təcrid edilmiş və alçaldılmış hiss etdiyini qeyd edib.

"Bu atmosferdə - 8-9 iyulda Varşavada NATO-nun sammiti keçiriləcək. Sammitdə Moskva ilə bağlı qərarlar, həmçinin Rusiya sərhədlərində dörd yeni batalyonun yerləşdirilməsi barədə qərar qəbul edilə bilər. Bunu Şimali Atlantika İttifaqının genişlənməsi kimi izah edirlər", - məqalədə deyilir.

Siyasi müşahidəçi qeyd edir ki, Rusiyanın reaksiyasının kifayət qədər sərt olacağı aydındır. Müəllif vurğulayır ki, Moskva iki mümkün ssenarini gözdən keçirilir. Bunlardan birincisi nüvə döyüş başlıqları ilə "İskəndər" operativ-taktik raket komplekslərinin Kalininqrad vilayətində yerləşdirilməsidir.

Mattiasın fikrincə, ikinci ssenari daha qorxuncdur: "Rusiya 1987-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən imzalanmış müqavilədən çıxa bilər. Müqavilə uçuş məsafəsi 500 kilometrdən 5000 kilometrə qədər olan raketlərə malik olmağı və sınaqlarını qadağan edir. Və hazırda bu müqavilə təhlükədədir".

Uzun illərdir nüvə silahı haqqında müzakirələrin olmadığını deyən müəllif qeyd edir ki, indi bu müzakirələr sürətlə qayıdır.

"Yeni silah üzərində Rusiya və ABŞ-da işləyirlər. Olduqca az və daha dəqiq olacaq. Onun tətbiqi də daha çox ehtimal edilir. Əgər tərəflər razılaşmasa, yeni və daha güclü nüvə silahlanması, onunla birlikdə ikinci "soyuq müharibə" başlana bilər", - müəllif yekunlaşdırır.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu