Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq

Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. Yerli media xəbər verir ki, İsrailin “Maariv” qəzeti yeni raketin bölgədəki hərbi vəziyyəti dəyişdirə biləcəyini bildirib. Nəşr həmçinin Türkiyənin daha uzaq mənzilli layihələr üzərində işlədiyini də yazıb.
Qəzetin təhlilində bildirilib ki, İHA-230 pilotsuz uçuş aparatlarından (PUA) atıla bilən səsdən sürətli raketdir və xüsusi olaraq hücum tipli PUA-larla istifadə üçün nəzərdə tutulub.
Məlumata görə, İHA-230 150 kilometrdən çox məsafədəki hədəfləri vura bilir. Onun mənzilinin buraxılış platformasının hündürlüyündən və sürətindən asılı olaraq dəyişsə də, elektron müharibə mühitində yüksək dəqiqliklə işləyə biləcəyi də qeyd olunur.
Bəs yeni silah İsraildə niyə ajiotaj yaradıb? Bu raketlər bölgədəki hərbi vəziyyəti necə dəyişə bilər? Azərbaycanın hərbi arsenalında da yeni silah öz yerini tapacaqmı?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, İHA-230-un İsraildə diqqət çəkməsinin əsas səbəbi raketin təkcə texniki xüsusiyyətləri deyil, həm də Türkiyənin pilotsuz zərbə sistemləri konsepsiyasını yeni mərhələyə çıxarmasıdır: “Bu raket Türkiyənin müdafiə sənayesinin hazırladığı və əsasən “Roketsan” tərəfindən istehsal olunan silah sistemidir. İsrail hərbi ekspertləri uzun illərdir ki, PUA-ları əsasən kəşfiyyat və dəqiq zərbə vasitəsi kimi qiymətləndirirdilər. İHA-230 isə bu yanaşmanı dəyişir.
İHA-230-un əhəmiyyəti onun 150 km mənzilində deyil, PUA-ların artıq kiçik sursat daşıyıcısından uzaqmənzilli raket platformasına çevrilməsindədir. Bu tendensiya gələcək müharibələrin xarakterini dəyişir. İsrail mediasının reaksiyası da məhz Türkiyənin sürətlə inkişaf edən pilotsuz aviasiya və raket texnologiyalarına yönəlib. Raketin qiyməti döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatlardan xeyli aşağıdır”.
Ekspertə görə, İsrail mediasını narahat edən məqamlardan biri də Türkiyənin Aralıq dənizi, Suriya, İraq və Cənubi Qafqaz kimi bölgələrdə PUA raket kombinasiyası ilə yeni hərbi üstünlük qazanması ehtimalıdır. Onun sözlərinə görə, İHA-230 bölgədə hərbi vəziyyəti tam olaraq təkbaşına dəyişdirmir, lakin bir konsepsiyanın hissəsidir:
“Belə ki, bu sistem komanda məntəqələrinə, hava hücumundan müdafiə sistemlərinə, radar stansiyalarına, liman və hərbi bazalara uzaq məsafədən zərbə vurmaq imkanını artırır. Əgər Türkiyə gələcəkdə 300-500 km və daha artıq mənzilli hava buraxılışlı raketlər hazırlayarsa, bu, regionda qüvvələr balansına daha ciddi təsir göstərə bilər. İsrail mediasında da əsas narahatlıq məhz Türkiyənin hazırkı raketdən daha uzaq mənzilli layihələr üzərində işləməsidir”.
İHA-23-un Azərbaycanın silah arsenalında yer ala biləcəyi məsələsinə gəlincə, R.Məhərrəmov hesab edir ki, bu ehtimal kifayət qədər yüksək görünür: “Azərbaycan artıq Türkiyə istehsalı olan bir çox sistemlərdən istifadə edir. “Bayraktar TB2”, “Akıncı”, müxtəlif yüksək dəqiqlikli sursatlar və raket sistemləri buna misaldır. Əgər İHA-230-un inteqrasiyası Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi platformalarla uyğunlaşdırılarsa bu silah xüsusilə operativ dərinlikdəki hədəflərə zərbə, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi, sürətli cavab əməliyyatları üçün faydalı ola bilər”.
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı