Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...

“Ermənistan nəzərə almalıdır ki, Avropa Birliyi Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir”. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda, əlbəttə ki, dəfələrlə deyilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə erməni xalqının seçimidir", - deyə Baş nazirinin müavini vurğulayıb.
Onun sözlərinə görə, hamı başa düşür ki, Ermənistan eyni zamanda iki inteqrasiya birliyinin üzvü ola bilməz. “Buna görə də, əgər belə bir seçim nə vaxtsa edilərsə, bu, bu gün Avropa İttifaqının dəyişən təbiətində gördüyümüz dinamika nəzərə alınmaqla hərtərəfli olacaq”, - Overçuk hədələyici tonda qeyd edib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı Ermənistanın ən vacib iqtisadi tərəfdaşıdır və yaxın gələcəkdə də belə qalacaq: “Bundan əlavə, müşahidə edirik ki, Ermənistan təkcə Rusiya ilə deyil, həm də Aİİ-nin digər üzvləri, xüsusən də Qazaxıstanla əlaqələrini fəal şəkildə inkişaf etdirir. Lakin eyni zamanda, Ermənistanda, o cümlədən ölkə rəhbərliyində AB ilə yaxınlaşmaq istəyən kifayət qədər çox insan var”.
Rusiya XİN başçısı Sergey Lavrov da fevralın 5-də Moskvada erməni spiker Alen Simoyanla mətbuat konfransında analoji fikirlər söyləyib. Lavrov bildirib ki, Ermənistanın eyni anda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv olması qeyri-mümkündür. Nazir vurğulayıb ki, Aİ standartlarına keçid həm də Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmasını və xarici siyasətini tamamilə Brüssellə koordinasiya etməsini tələb edir...
Moskva rəsmilərin dili ilə nəyin mesajını verir? Nədən bu qəbil xəbərdarlıqlar tez-tez təkrarlanır? Rusiya niyə narahatdır? Ermənistanda növbəti parlament seçkiləri və referenduma qədər Kremlin hədə-qorxuları nə dərəcədə təhlükəli xarakter ala bilər? Paşinyan bunun fərqindədirmi?
Politoloq Elxan Şahinoğlu da təsdiqləyib ki, Lavrovla Simonyanın görüşü gərgin keçib: “Əslində, bu gərginliyə hər iki şəxs hazır idi. Simonyan Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir. Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib. Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda, Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq”.
Analitikin sözlərinə görə, “Ermənistan Rusiyanın müttəfiqidir” – xatırlatmasını edən Lavrovun sonrakı cümləsi mübahisəlidir: “O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür. Lavrovun sözlərinin əksinə olaraq, Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib. Lavrovun Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmiryolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir“.
Siyasi ekspert Züriyə Qarayeva bildirib ki, seçki yaxınlaşdıqca Kreml Paşinyan iqtidarını sıxma-boğma etməyi gücləndirəcək. Onun fikrincə, Rusiya İrəvandan konkretlilik tələb edir: “Ermənistan hakimiyyəti Qərbpərəst siyasət yürüdür. Bu da hər addımda Moskva ilə münasibətlərdə problem yaradır. Rusiya Ukraynada müharibəyə başlamasaydı, indi Paşinyan iqtidarına daha güclü təzyiq göstərəcəkdi. Hazırda əlindəki təsir rıçaqlarından tam olaraq istifadə etmir. Rusiya deyir ki, ya mənimləsən, ya da deyilsən. Ancaq bu münasibətlərdə medalın iqtisadi üzü də var. Tərəflər ticarət dövriyyəsində yaxşı anlaşırlar. Ona görə də siyasi spektrdə gərginlik olsa da, iqtisadi əlaqələrdə narazılıq yoxdur. Ancaq bu reallıqdır ki, heç kəs Rusiyadan yana olmaq istəmir”.
Ekspert Paşinyanın seçkilərdə qalib gələcəyini gözləyir və Rusiyanın da bu reallıqla barışacağını güman edir: “Bütün təzyiqlərə rəğmən, Ermənistan sanksiyalardan yayınmaqda Rusiyaya kömək edir. Sadəcə, təhlükəsizlik məsələsində ciddi gərginlik var. Paşinyan rusların hərbi bazalarını çıxarmaq istəyir. KTMT-dən də çıxmaq haqda qərar verəcək. Sadəcə, bunu seçkilərdən sonra edəcək. Ondan sonra Avropa Birliyinə inteqrasiyanı sürətləndirəcək. Rusiya da bu səbəbdən təzyiqləri artırır, ittihamlar səsləndirir, İrəvanı dilemma qarşısında qoyur. Ya gərək Paşinyanı devirə, ya da reallıqla razılaşa...”
Bu gün, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Bu gün, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Bu gün, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu gün, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Bu gün, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Bu gün, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Bu gün, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Bu gün, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 12:23
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
Bu gün, 12:19
İlham Əliyev bu şəxsləri təltif etdi
Bu gün, 11:29
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Bu gün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bu gün, 11:15
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Bu gün, 10:04
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bu gün, 10:01
Polislər etiraz aksiyasına çıxdı
Bu gün, 09:57
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bu gün, 09:54
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
Bu gün, 09:49
Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Bu gün, 09:44
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
Bu gün, 09:14
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
Bu gün, 09:00
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
Dünən, 19:33
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Dünən, 17:40
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
Dünən, 17:36
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
Dünən, 16:00
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
Dünən, 15:30
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi