Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat
Dunya
Oxunub: 915
22 mar 2016 | 10:39
Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat










Müasir dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Dünyada hər il minlərlə insan bu xəstəliyə yoluxur. Bunun ən böyük səbəblərdən biri də məhz məlumatsızlıqdan qaynaqlanır. Biz bu qorxulu xəstəlik haqqında nə bilirik? Xərçənglə mübarizə etmək üçün nələr etməliyik? Gəlin özümüzü və sevdiklərimizi sığortalamaq üçün, bu xəstəliyin yaranma və inkişaf etmə prosesiylə tanış olaq.

Xərçəng nəstəliyi necə yaranır?

Bədənimiz müxtəlif hüceyrə növlərindən ibarətdir. Bir insanda mövcud olan hüceyrələrin ümumi sayı təqribən 100 trilyona qədərdir. Ölü hüceyrələrin yenilənməsi və yaralanan toxumaların bərpası məqsədilə hüceyrələr bölünür. Mürəkkəb bir sistem lazımi yerlərdə uyğun miqdarda hüceyrə istehsalını və düzgün genetik bazayla təchiz olunmasını təmin edir. Hüceyrənin hara aid olduğu, nə qədər bölünə biləcəyi və nə vaxt öləcəyi barədə məlumatlar hüceyrə nüvəsində qeyd edilir. Hər bölünmədə bu məlumat kopyalanıb bala hüceyrəyə ötürülür. Bu proses bədənimizdə hər saniyə milyon dəfələrlə təkrarlanır. Nəzarətli olaraq həyata keçirilən hüceyrə bölünməsi, bədənimizi işlək halda saxlamağa kömək edir. Genetik məlumat səhv oxunduğu hallarda isə hüceyrə mutasiyaya, bir başqa ifadə ilə desək daimi dəyişikliyə məruz qalır.

Mutasiya (daimi dəyişiklik) nə deməkdir?

Mutasiyaya uğrayan hüceyrədə sağlam hüceyrədən fərqli olaraq, parçalanma və orqanizmdəki funksiyasına dair müxtəlif məlumatlar qeyd edilmişdir. Ehtiyac olmasa da, bu hüceyrə bölünür. İmmun sistemi xətalı hüceyrələri bərpa edə bilmir və bu yolla da mutasiyaya uğrayan hüceyrələr varlıqlarını davam etdirir. Nəzarətsiz parçalanma başlayır və uzunmüddətli dəyişikliyə məruz qalmış hüceyrələr çoxalır. Hüceyrələrin həddən artıq çoxalması mütəxəssislərin neoplaziya adını verdikləri şişkinlik və tumorlar əmələ gətirir. Beləliklə, həmin qorxulu şiş meydana gəlir. Bu şişlər də öz növbəsində xoş xassəli və pis xassəli olaraq iki yerə bölünür. Pis xassəli olan şişlər də xərçəng adlanır.

Pis xassəli şişin xoş xassəli şişdən fərqi nədir?

Pis xassəli şişlər sürətlə böyüyür. Mövcud olduqları toxuma və orqandan kənara çıxaraq, digər orqan və toxumalara da yayılıb, zərər verə bilir. Xərçəng bəlli olmadığı bir anda qan-limfa damarları orqanizmin başqa nöqtələrinə sıçraya bilir. Bu vəziyyətə “yerdəyişmə” mənasında işlədilən metastaz adı verilir. Metastaz halında adətən ağciyər, qaraciyər və beyin kimi orqanlar hədəf olur.

Xoş xassəli şişlər isə daha yavaş böyüyür. Yayılmır, sadəcə olduqları yerdə böyüyür və damarlar vasitəsilə bədənin başqa nöqtələrinə sıçramır. Metastaza səbəb olmurlar. Ümumiyyətlə, həyatı təhlükəyə yol açmırlar. Əməliyyatla alındıqda nadir hallarda yenidən böyüyürlər. Hər xərçəng hadisəsi ölümlə nəticələnməyə bilər. Erkən diaqnoz, müalicə şansını artırır.

Xərçəng hüceyrəsi özünü gizlədə bilərmi?

Xərçəng xəstəliyi olan hüceyrələr sağlam hüceyrələrin tipik xüsusiyyətlərini əks etdirərək özlərini “görünməz” edə bilirlər. Beləliklə, müəyyən edilməmişdən uzun müddət əvvəldən özlərini gizlədə bilirlər. Bu bəzən illər, hətta on illərlə vaxt ala bilər. Mutasiyaya uğramış xərçəng hüceyrələrinin qocalma və ölüm dövrləri sağlam hüceyrələrdəki ilə eyni olmaya bilər. Xərçəng xəstəlikli hüceyrələr bir mənada ölümsüzdürlər.

Xərçəng nə üçün ölümcüldür?

Ölümə yol açan xərçəngin nəticələridir. Daimi dəyişikliyə məruz qalmış hüceyrələrin məhv etdiyi orqanlar artıq öz funksiyasını yerinə yetirə bilmir. Qaraciyər xərçəngi zamanı qaraciyər funksiyalarını yerinə yetirə bilməz. Bədənimizdə təmizləyici vəzifəsi görən qaraciyərin işləməməsi isə ölümə aparır. Eyni vəziyyət böyrək və ağciyərlər üçün də keçərlidir. Bir sözlə, xərçəng bizim üçün həyati əhəmiyyətə malik olan orqanları sıradan çıxarır.(pahoo.az)
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi