Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir

Türkiyə Ukrayna savaşına münasibətdə artıq bitərəf müşahidəçi və yaxud da klassik vasitəçi deyil, rəsmi Ankara sülh təşəbbüslərini tədricən öz regional liderlik iddiasını gücləndirmək, Qara dənizdə status-kvonu qorumaq və Qərb-Rusiya qarşıdurmasında manevr imkanlarını genişləndirmək üçün geostrateji alətə çevirməyə başlayıb... Kreml isə Türkiyə-Rusiya münasibətlərini taktiki deyil, daha çox geostrateji səviyyədə saxlamaq niyyətində olduğunu biruzə verir, indiki situasiyada rəsmi Ankara Ukrayna savaşının növbəti mərhələsi üçün sülh masasında olan azsaylı ən etibarlı vasitəçilərdən biri kimi diqqəti çəkir...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, hazırda sülh prosesi və qarşılıqlı hərbi əməliyyatlar bir-birinə paralel xarakter daşıyır. Üstəlik, həm sülh prosesinin, həm də savaşın iştirakçılarının sırası kifayət qədər genişdir. Çünki Ukrayna savaşı üzərində dünyanın bir çox nüfuzlu dövlətlərinin maraqları toqquşur. Ona görə də, bu savaşın dayandırılması ilə bağlı yeni “Tramp planı” da artıq iflasa uğramaq üzrədir. Və indiki situasiyada Ukrayna savaşının dərhal dayandırılmasının yeganə tərəfdarı rolunda isə məhz Türkiyə çıxış edir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ilə bağlı sülh prosesində heç bir mənfəət güdmədən vasitəçiliyə hazır olan Türkiyənin həm rəsmi Kiyev, həm də Kremllə normal dialoq imkanları mövcuddur. Rusiya vaxtaşırı Türkiyənin maraqlarına müəyyən problemlər yaratmağa çalışsa da, rəsmi Ankara Kremllə münasibətlərinin normal qalmasında və qarşılıqlı dialoq kanallarının aktiv olmasında israrlı davranır. Və bu, Türkiyənin Ukrayna savaşı üzrə vasitəçilik missiyasısın potensialını daha da artırır.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə son görüşündən sonra səsləndirdiyi mesajlar Ankara-Moskva xəttində yalnız ikitərəfli münasibətlərin deyil, Ukrayna savaşının gələcək inkişaf trayektoriyasının da ciddi şəkildə müzakirə olunduğunu göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Putindən sitat gətirərək, onun "sözümə əməl edəcəyəm" dediyini vurğulaması, Kremlin Türkiyə ilə birbaşa və yüksək səviyyəli dialoqa xüsusi önəm verdiyinə eyham kimi də başa düşülə bilər. Və bu baxımdan, hazırda Türkiyənin Ukrayna savaşı üzrə sülh prosesinə birbaşa təsir göstərmək imkanlarına malik olduğu qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, prezident Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana verdiyi bəzi siyasi-diplomatik vədlər geopolitik ritorikadan daha çox, Rusiyanın Qərb platformalarından kənar, etibarlı və manevr imkanları geniş olan dialoq kanallarına ehtiyac duyduğunu göstərən məqamdır. Çünki rəsmi Ankara bu baxımdan, Rusiya üçün hazırda NATO-nun sərt təzyiq xəttini təmsil etmir. Və Türkiyə buna paralel olaraq, ABŞ və Qərbin sanksiya mexanizmlərinin tam icraçısı rolunda da heç vaxt çıxış etməyib.
Digər tərəfdən, rəsmi Ankaranın sülhdən başqa heç bir mənfəətə bağlı olmayan vasitəçilik strategiyası Türkiyəni həm Rusiya, həm də Ukrayna üçün daha əlverişli orbitrə çevirməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın "Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil" bəyanatı da məhz bu konteksdə diqqəti çəkir. Çünki Türkiyənin Ukrayna savaşını yalnız hərbi qarşıdurma deyil, həm də siyasi-diplomatik nizamlanma potensialı olan, hətta idarəolunan böhran kimi qəbul etdiyini biruzə verir. Və rəsmi Ankara əvvəllər də, yəni, 2022-ci ildə İstanbul danışıqları və Qara dəniz Taxıl Sazişi çərçivəsində Türkiyənin vasitəçilik potensialının praktik nəticələrlə nümayiş etdirməyi bacarmışdı.
Hazırkı mərhələdə isə Türkiyənin vasitəçilik təşəbbüsləri əsasən bir neçə önəmli istiqamət üzrə formalaşmış kimi görünür. Belə ki, rəsmi Ankara Ərdoğan-Putin və Ərdoğan-Zelenski kanalları üzrə liderlərarası birbaşa diplomatiyaya üstünlük verdiyini qətiyyən gizlətmir. Eyni zamanda, rəsmi Ankara hər iki savaş iştiraçısı ilə təmaslarda Qara dəniz hövzəsində təhlükəsizliyi və gəmiçilik fəaliyyətinin qorunmasını ön plana çəkir. Nəhayət, Türkiyə hətta kollektiv Qərb və Rusiya arasında səhnəarxası siyasi-diplomatik kommunikasiya platformasına çevrilmə ehtimalına da hazır olduğunu sezdirir. Və bu baxımdan, Rusiya siyasi dairələrinin Türkiyənin vasitəçilik rolunu açıq şəkildə alqışlaması Kremlin rəsmi Ankaranı hələ də qəbul edilən, həm də çox faydalı geopolitik aktor kimi gördüyünü təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə üçün Qara dəniz faktoru böyük önəm daşıyır və rəsmi Ankara bu su hövzəsi ətrafında yaranmış hərbi-siyasi situasiyaya daha çox “regional təhlükəsizlik düyünü” kimi yanaşır. Ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanın Qara dəniz hövzəsinin qarşıdurma zonasına çevrilməsinin yolverilməz olduğunu vurğulaması qətiyyən təsadüfi deyil. Və bu baxımdan, Montre Konvensiyası çərçivəsində boğazlara nəzarət edən Türkiyə Ukrayna savaşının regional müstəvidə genişlənməsinin qarşısını alan əsas geopolitik təsir mexanizmlərinin qorunmasına çalışır.
Məsələ ondadır ki, Qara dənizdə Rusiya üçün strateji dərinlik və hərbi logistika, Ukrayna üçün ixrac və iqtisadi davamlılıq, Türkiyə üçün isə regional sabitlik və enerji-ticarət təhlükəsizliyi əsas taleyüklü mövzular hesab olunur. Bu üç dövlətin strateji maraqlarında kəskin zidddiyyətlərin mövcud olduğu situasiyada rəsmi Ankara məhz Türkiyəni yeganə balanslaşdırıcı geopolitik güc mərkəzi kimi təqdim edir. Və bu balansın pozulmasının heç bir tərəfə fayda verməyəcəyini açıq mesajlarla qabardır.
Bütün bunlara paralel olaraq, Kremlin ABŞ prezidenti Donald Trampın Ukrayna və Avropa Birliyi təmsilçiləri ilə mümkün görüşü barədə məlumata malik olmadığına eyham vurması, Rusiyanın Ağ Evin real planları ilə bağlı informasiya boşluğu yaşadığını göstərir. Bu qeyri-müəyyənlik vəziyyətində isə məhz Türkiyə Rusiya üçün daha proqnozlaşdırıla bilən birbaşa dialoq tərəfdaşı kimi ön plana çıxır. Və Rusiyanın siyasi-diplomatik təcridinin kifayət qədər dərinləşdiyi bir şəraitdə Kreml Türkiyə kimi önəmli alternativ geopolitik platformalara ehtiyac duymaqdadır.
Göründüyü kimi, Türkiyə Ukrayna savaşına münasibətdə artıq bitərəf müşahidəçi və yaxud da klassik vasitəçi deyil. Rəsmi Ankara bu prosesi tədricən Türkiyənin regional liderlik iddiasını gücləndirmək, Qara dəniz hövzəsində status-kvonu qorumaq və Qərb-Rusiya qarşıdurmasında manevr imkanlarını genişləndirmək üçün geostrateji alətə çevirməyə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın son manevrləri ilə sərt reallıqla üz-üzə qalan Kreml isə Türkiyə-Rusiya münasibətlərini taktiki deyil, geostrateji səviyyədə saxlamaq niyyətində olduğunu biruzə verir. Və bütün bu səbəblərə görə, indiki situasiyada Türkiyə Ukrayna savaşının növbəti mərhələsi üçün sülh masasında olan çox azsaylı ən etibarlı vasitəçilərdən biri kimi diqqəti çəkir.
Bu gün, 09:40
Kanada Baş naziri: "Əgər masada deyilsinizsə, deməli menyudasınız"
Bu gün, 09:35
Tramp: ABŞ-nin heç vaxt NATO-ya ehtiyacı olmayıb
Bu gün, 09:28
Qazaxıstan Sülh Şurasına üzvlük haqqı ödəmədən qoşulub
Bu gün, 09:22
Bakının altında “gizli dəniz”: Gerçəklər bir-bir ÜZƏ ÇIXIR
Bu gün, 09:00
ABŞ və Rusiya ortaq “qlobal layihə” reallaşdırır: Bu iki nəhəng dövlət “güclülərin dünyası”nı qurur
Dünən, 19:41
Prezident ailəsinin Trampla - Fotoları
Dünən, 16:32
İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü keçirilib - YENİLƏNİB
Dünən, 16:00
Karantində yazılan cərimələr ləğv edilib? - "Beşillik müddət başa çatıb"
Dünən, 15:30
Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...
Dünən, 14:49
İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb
Dünən, 14:42
Arktika savaşı: Etirazlar başladı, NATO ora baxmır
Dünən, 14:28
İlham Əliyev Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində iştirak edir
Dünən, 14:22
Bakı və İrəvan mühüm HADİSƏ ərəfəsində - Yeni GƏLİŞMƏ
Dünən, 13:23
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək
Dünən, 13:19
Saathesabı əməkhaqqı hökumətə təqdim olundu
Dünən, 11:47
Putindən şok açıqlama: Qrenlandiya Alyaskadan cəmi 50 milyon bahadır
Dünən, 11:41
Pezeşkian: Hakimiyyət səhvlərini etiraf etməlidir
Dünən, 11:14
Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur
Dünən, 11:08
“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər qazandı
Dünən, 11:02
Avropa Trampdan qorxur
Dünən, 10:58
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
Dünən, 10:37
Tramp: Qrelandiyayla bağlı güc yolunu seçsək, bizi dayandırmaq mümkün olmayacaq
Dünən, 09:35
İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı: Rəsmi statistika
Dünən, 09:23
Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib
Dünən, 09:18
İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Dünən, 09:14
Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”
Dünən, 09:00
Bu qələbə Azərbaycan futbolunun ən böyük uğurudur - Qurban Qurbanov
