Donald Trampın arvadları - Prezidentliyə namizədin sevgi macəraları
Dunya
Oxunub: 1 105
19 mar 2016 | 19:30
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından iddialı, tanınmış biznesmen Donald Tramp gözəl qadınların vurğunudur. Modern.az saytı bildirir ki, o, üç dəfə evli olub. Donald hansı qadınları seçib, onların münasibətləri necə qurulub və nə ilə nəticələnib?
 Donald Trampın arvadları - Prezidentliyə namizədin sevgi macəraları
 Donald Trampın arvadları - Prezidentliyə namizədin sevgi macəraları
 Donald Trampın arvadları - Prezidentliyə namizədin sevgi macəraları
Hazırda respublikaçıların prezidentliyə namizədləri arasında ən şanslı hesab edilən Donald Trampın birinci arvadı İvanna Zelniçkova 1949-cu ildə Praqada anadan olub. Valideynləri - atası mühəndis Miloş Zelniçek, anası – telefon operatoru Mariya Zelniçkova olublar. İvanna uşaqlıqdan zəhmətsevərliyi və ambisiyaları ilə fərqlənib. O, artıq 2 yaşı olanda xizəksürmə üzrə idman seksiyasına gedib, 6 yaşında isə yarış qalibi olub. 1970-ci ildə olimpiya yığmasının ehtiyat heyətinə daxil ola bilib. 1971-ci ildə Avstriyadan olan xizəkçi Alfred Uinkmayra ərə gedib. İvanna özü bu nikahı saxta hesab edib, çünki həmin sənəd sovet Çexoslavakiyasını tərk edə bilməkdən ötrü bağlanıb.
Gözəl, ideal idman görkəmli sarışın İvanna Avstriyadan Kanadaya, sonra Nyu-Yorka gələrək model kimi işə düzəlir. Orada Donald Trampla görüşür. İvannaya qulluq edən Tramp onu hədiyyə, gül-çiçək, kompliment “yağışına” tutur. Donaldın klassik sevgi lirikası olmasa da, hisləri ilə İvannanı özünə cəlb edir və 1977-ci ildə evlənirlər. Əri İvannaya vəd etdiyi hər şeylə təmin edir: qəşəng yaxtalar, avtomobillər, evlər, bahalı zinət əşyaları və pul o qədər idi ki, istədiyi kimi xərcləyə bilərdi.
Belə təmtəraqlı həyat bezdirəndə əri onu öz firmasında menecer kimi işə götürür. Tramp ailəsində üç uşaq dünyaya gəlir: Donald Con (1979-cu il), İvanka Mari (1981-ci il) və Erik Fredrik (1984-cü il). Onlar 13 il birlikdə yaşayır, İvanna həmin müddətdə əri üçün təkcə sadiq dost deyildi, həm bir çox işlərinin başlanğıcı üçün köməkçi idi. O, hesab edirdi ki, həmişə bir yerdə olacaqlar, axı ailə, biznes və reputasiya Donald üçün təməl prinsiplər idi.
Onların nikahı pozulanda İvanna məhkəmə vasitəsilə Donaldın 25 milyon dollarlıq qəşəng villasını alır və uşaqların saxlanılması üçün ayda 650 min dollar ödəməsi haqda qərar çıxartdırır. İvanna bir az qürurla başını dik tutaraq boşanmasına dözə bilir. Boşandıqdan sonra iki dəfə ərə gedir. Boşanma zamanı əldə etdiyi pula isə “İvanna” ətri buraxır, model evi açır, avtobioqrafik kitab nəşr etdirir. O, boşandıqdan sonra zəngin həyatını davam etdirir: Televiziyada realiti-şou aparıb, sonra birinci xanımların klubuna sonra rəhbərlik edib.
Amerikalı aktrisa və tanınmış fotomodel Marla Meypls Donald Trampın ikinci həyat yoldaşı olub. O 1963-cü ildə Corciya ştatının Dalton şəhərində doğulub. Marla uşaqlıqdan idmanla məşğul olub, universitetin basketbol komandasında çıxış edib. 1983-cü ildə “Miss çimərlik plakatı” yarışmasında qalib gəlib. Bu, onun model biznesinə başlamasının başlanğıcı olub.

Gənc, gözəl, istedadlı qız Donald Trampla tanış olur və onların sevgi romanı başlayır. Həmin vaxt Donald evli idi. O, Trampın qalalarından birində yaşamağa başlayır və onu ezamiyyətlər zamanı müşayiət edirdi. 1993-cü ildə Marla Meypls və Donald Tramp evlənərək, 4 illik 1,5 milyon dollar dəyərində nikah müqaviləsi imzalayırlar.
Bu nikahdan onların Tiffani adlı qızları doğulur. Marla ərə getmək ərəfəsində aktrisa kimi özünə yaxşı karyera qurur, 15-dən çox kinoya çəkilir. Ancaq nikahları uzun müddətli olmur. Marla və Donald Tramp 1999-cu ildə ayrılırlar. Boşanandan sonra ona ərindən sevimli qızı və 2,5 milyon dollar qalır. Marla Meypls hazırda çoxlu səyahət edir, maraqlı həyat sürür, müxtəlif tədbirlərdə iştirak edir.
Donald Trampın üçüncü arvadı Melaniya 1970-ci ildə Yuqoslaviyanın Sevintse şəhərində Viktor və Amaliya Knaussun ailəsində doğulub. Melaniya Lyublyanski universitetini dizayn və arxitektura ixtisası üzrə bitirib. Gənc gözəli model karyerası daha çox cəlb edib. 16 yaşı olanda Paris və Milanda çıxış edib.
Melaniyanın Donald Trampla ilk görüşü 1998-ci ildə Nyu-Yorkdakı klublardan birində keçirilən gecədə baş verib. Melaniya dərhal Donaldın xoşuna gəlib, o, dərhal telefon nömrəsini almaq istəyib, ancaq qız imtina edib. Tramp geri çəkilməmək və gənc qızın ürəyini fəth etmək qərarına gəlib. Uzunmüddətli nəvazişdən sonra Melaniya 2004-cü ildə biznesmenin təklifini qəbul edərək onunla nişanlanıb.
Cənc modelin ABŞ-dakı karyerası 90-cı illərin əvvəllərində bir neçə böyük olmayan reklam layihələrində iştirak etməklə başlasa da, o qədər də uğurlu alınmayıb, Ona maraq mətbuatda Trampla yaşadığı sevgi romanı müzakirə olunandan sonra başlayıb. Tanınmış jurnallar Melaniyaya əməkdaşlıq təklif ediblər.
2005-ci ilin yanvar ayında Melaniya ilə Donald Trampın toyu keçirilib, çox saylı tanınmış qonağın iştirak etdiyi mərasim dəbdəbə və xüsusi gözəlliyi ilə seçilib. Bu hadisə də kütləvi informasiya vasitələrində geniş müzakirə edilib.
2006-cı ildə cütlüyün Berron Uilyam Tramp adlı oğlu dünyaya gəlib. Melaniya son zamanlar vaxtının çox hissəsini ailəsinə və övladına ayrırır, məmnuniyyətlə onların uğurlarını bölüşür, ona böyük sevgisini və nəvazişini bəxş edir.
O 2010-cu ildə özünü üçüncü arvad kimi 24 yaş kiçik olduğu əri Donald Trampın zərgərlik kolleksiyasını buraxan dizayner kimi elan edib. Donald Tramp isə həmişə qeyd edir ki, o arvadı ilə bir komandadır və xanımı onu hamıdan yaxşı başa düşür.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi