Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir
Dunya
Oxunub: 97
16 okt 2025 | 09:11
Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir


ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmaları nəzərə aldıqda, indi erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır... Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın Qərbə yaxınlaşma cəhdinin növbəti və həlledici mərhələsini də ifadə edir...
Ermənistanda “siyasi-ideoloji müharibə” yeni və daha amansız mərhələyə keçməyə başlayıb. Bu ölkədə son baş verənlər daxili siyasət məkanında yeni gərginliyin başlanğıcı hesab olunur. Hüquq-mühafizə orqanlarının yepiskop Mkrtıç Proşyan da daxil olmaqla, altı keşişi saxlaması təkcə hüquqi hadisə deyil. Yəni, bu, Ermənistan daxilində “hakimiyyət-kilsə qarşıdurmasının” yeni mərhələsidir. Rəsmi qurumlar hələlik ittihamların mahiyyətini açıqlamayıb. Ancaq bu hadisə artıq həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər arasında ciddi rezonans doğurub.

Onu da qeyd etmək lazımdır ki, Erməni Apostol Kilsəsi tarixən ermənilərin siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Erməni kilsəsi həm də Ermənistan cəmiyyətinin Rusiya ilə əlaqələrinin ən önəmli siyasi-ideoloji dayaqlarından biridir. Çar Rusiyası dövründən başlayaraq, erməni kilsəsi Rusiya ilə sıx siyasi koordinasiyada fəaliyyət göstərib. Keçmiş SSRİ dövründə bu əlaqə siyasi-ideoloji baxımdan, nisbətən zəifləsə də, postsovet mərhələsində yenidən canlanıb. Baş nazir Nikol Paşinyanın 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə gəlişindən sonra bu tarixi balans dəyişməyə başlayıb. Qərbyönümlü islahatlar kursuna keçid, Rusiya ilə münasibətlərdəki gərginlik və Ermənistanın Avropa institutlarına yaxınlaşma cəhdləri erməni kilsəsini Paşinyan hakimiyyətinin əsas düşmənləri sırasına yerləşdirib.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin tərəfdarları erməni keşişlərin həbslərini “dövlət təhlükəsizliyinə yönəlmiş qaçılmaz addımlar” kimi təqdim edirlər. Onlara görə, erməni kilsəsi daxilində illərdir ki, Rusiyanın təsir dairəsində fəaliyyət göstərən “siyasi-ideoloji və maliyyə agenturası” mövcuddur. Bu agentura şəbəkəsi Paşinyan hakimiyyətinə qarşı narazılıq ocaqları formalaşdırmaqla, həm ölkədaxili sabitliyi, həm də Ermənistanın Qərbə inteqrasiya siyasətini sabotaj edir. Bu iddialara qarşı erməni kilsəsinin tərəfdarları və müstəqil ekspertlər son hadisələri “siyasi repressiya” kimi dəyərləndirirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti erməni kilsəsini susdurmaqla, ölkədə alternativ siyasi-ideoloji dayaqları zəiflətmək və seçki prosesi üzərində tam nəzarəti təmin etmək istəyir.

Ermənistanın sabiq ombudsmanı Larisa Alaverdyanın fikrincə, “erməni kilsəsi xalqın sonuncu dayağıdır və bu dayağın sarsıdılması milli təhlükəsizliyə zərbədir”. Tarixçi Vardan Xaçatryan isə prosesləri “dini repressiyalar” adlandırır və onların davamının gələcəyini istisna etmir. Vardan Xaçatryanın iddiasına görə, bu repressiyalarda “Ankara və Bakının dolayı maraqları” mövcuddur, yəni, guya erməni kilsəsinin zəifləməsi regionda “Böyük Turan” ideyasına uyğun geopolitik vəziyyət yarada bilər. Bu arqumentlər, təbii ki, daha çox ölkədaxili siyasi ritorikanın tərkib hissəsidir. Ancaq əsl reallıqda Ermənistanın Qərbə inteqrasiya xəttinə qarşı Rusiya tərəfindən dəstəklənən siyasi-ideoloji təzyiqlərin mövcud olması artıq qətiyyən gizli məsələ deyil.

Maraqlıdır ki, bütün bu hadisələr məhz Vaşinqtonda keçirilən və ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə olunan Azərbaycan-Ermənistan razılaşmalarından sonra baş verir. Prezident İlham Əliyevin “TRİPP layihəsi bütün bölgə üçün faydalı olacaq” bəyanatı bu prosesin regional əhəmiyyətini qabarıq şəkildə göstərir. Ermənistanın bu layihəyə qoşulması Paşinyan hakimiyyəti üçün həm siyasi-diplomatik, həm də maliyyə-iqtisadi uğur kimi görünür. Ancaq Rusiya üçün bu, geostrateji və geopolitik məğlubiyyət deməkdir. Belə bir şəraitdə erməni kilsəsinin, yəni Rusiyaya bağlı siyasi-ideoloji mərkəzin zəiflədilməsi Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya planının tərkib hissəsi kimi də qəbul oluna bilər.

Ona görə də, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, ölkədaxili siyasi-ictimai gərginlik də artır. Müxalifət – yəni, “erməni trio”su (erməni kilsəsi, oliqarxiya, radikal-revanşist düşərgə) Paşinyan hakimiyyətinə qarşı ortaq fəaliyyət mexanizmləri yaratmağa çalışır. Bu düşərgənin əsas dayaqları hələ də Rusiyanın informasiya və maliyyə təsir zonasında fəaliyyət göstərir. Paşinyan hakimiyyəti isə Qərbin siyasi dəstəyinə və anti-olqarx kursuna güvənir. Erməni keşişlərin həbsi bu baxımdan, həm ölkədaxili, həm də xarici auditoriyaya yönəlmiş açıq mesajdır. Paşinyan hakimiyyəti Ermənistanın artıq Kremlin siyasi-ideoloji nəzarətini daha qəbul etmək istəmədiyini biruzə verir.

Göründüyü kimi, Ermənistanda hazırda baş verənlər sadəcə, hüquqi əməliyyat deyil, yəni əslində, “siyasi-ideoloji müharibə”nin yeni mərhələsidir. Paşinyan hakimiyyəti üçün bu, “köhnə sistemin dayaqlarını” sarsıtmaq, erməni kilsəsi üçün isə “ənənəvi siyasi-ideoloji xətti” qorumaq uğrunda həlledici mübarizədir. Geopolitik məkanda bu qarşıdurma Qərb və Rusiya arasında Ermənistan uğrunda “yumşaq güc” müharibəsinin bir istiqamətinə çevrilmiş kimi görünür.

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmalar fonunda, erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır. Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın “Rusiyanın orbitindən çıxmaq” cəhdinin növbəti mərhələsini də ifadə edir.musavat.com
Dünən, 10:08
Gömrükdə 90 milyon dollarlıq heroin aşkarlandı
Dünən, 10:04
Bu gündən Azərbaycanda istilik mövsümü başlayır
Dünən, 10:00
Dekabrda 9 gün iş olmayacaq - Tarixlər
Dünən, 09:59
Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:22
2026-da dünyanı nələr gözləyir? - Məşhur jurnal illik proqnozunu açıqladı
Dünən, 09:16
Ev almaq istəyənlərin nəzərinə! Kirayə mənzilləri necə almaq olar?
Dünən, 09:00
Əliyev Qafqazın geoiqtisadi xəritəsini yenidən çəkir: Dünya nəhəngləri isə regionda “dəhliz savaşı” törətməyə çalışır
14-11-2025, 16:30
“Bakcell”in lotereyasında 6-cı lüks avtomobil uduldu
14-11-2025, 16:00
Ağ Evin “Tramp dəhlizi” müəmması
14-11-2025, 15:30
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
14-11-2025, 14:22
Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik
14-11-2025, 13:23
Xankəndidə mənzillər satışa çıxarılacaq
14-11-2025, 13:12
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
14-11-2025, 13:07
İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
14-11-2025, 12:26
Tramp-BBC qalmaqalı: Üzr istəyirik, amma 1 milyardı verməyəcəyik
14-11-2025, 12:21
Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14-11-2025, 11:46
Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
14-11-2025, 11:38
Suriyada İsraillə sərhəddə silahlı toqquşma gedir
14-11-2025, 11:12
Pentaqon: Əməliyyata başladıq
14-11-2025, 10:16
Dünya Çempionatı-2026: Günün oyunları
14-11-2025, 09:35
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14-11-2025, 09:29
Rusiyadan Azərbaycana qarşı qərar
14-11-2025, 09:22
Şəhid pilot daha əvvəl təyyarə qəzasından yaralı xilas olubmuş... - Fotolar
14-11-2025, 09:17
Şolts hökumətinin niyə dağıldığını açıqladı
14-11-2025, 09:13
Zəngəzur dəhlizinə gedən dəmiryol xətti ilə bağlı YENİ XƏBƏR - VİDEO
14-11-2025, 09:12
Çexiya Milli Bankı dünya üzrə ilkə imza atdı
14-11-2025, 09:11
"Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib