Makronun tənhalığı ilə bağlı ironiya və lağlağılar yayılır, günlərlə hədəfdədir
Dunya
Oxunub: 78
9 okt 2025 | 09:20
Makronun tənhalığı ilə bağlı ironiya və lağlağılar yayılır, günlərlə hədəfdədir


Fransa Prezidenti Emmanuel Makron siyasi dəstəyini itirir. Ətrafındakılar ondan uzaqlaşır, partiyası isə dərin bölünmə içindədir. Baş nazir Sebastyan Lökornünün qəfil istefası ölkəni bir daha hökumətsiz qoydu və siyasi qeyri-sabitlik daha da dərinləşdi.

Makronun Parisdə “Cite” adasında tək-tənha gəzişdiyi sosial şəbəkələrdə yayıldı. Prezidentin tənhalığı ilə bağlı ironiya və lağlağılar geniş yayılsa da, yaxın ətrafı bu iddiaları rədd edir. “O tək deyil, həmin an çox yaxın birini telefonla axtarırdı”,- deyə keçmiş nazirlərdən biri mətbuata bildirdi.

Prezidentin öz partiyasının (“Renaissance”) daxilində də narazılığın artdığı bildirilir. “Dövlət başçısının dəstəkçiləri tükənmək üzrədir, amma yenə də bəzi prezidentliyə iddialılardan daha effektivdirlər”, - deyə partiyanın milli müşaviri Martin Qaraqnon bildirib. Makronun keçmiş Baş nazirləri Eduard Filip və Qabriel Attal artıq açıq şəkildə prezidentlə məsafə saxlayırlar.

Qabriel Attal “TF1” kanalında çıxış edərək prezidentin qərarlarını açıq şəkildə tənqid etdi. “Artıq başa düşmürəm, niyə belə qərarlar verir?”,- deyən Attalın bu çıxışı partiya daxilində şok effekti yaratdı. “Prezident olmasaydı, o, Vanve kommunasında sadəcə bələdiyyənin üzvü olardı”, - deyə partiya nümayəndələrindən biri Q.Attala qarşı sərt ifadə işlətdi.

Keçmiş nazirlər, deputatlar və partiya funksionerləri Makronun qərarlarını və siyasi strategiyasını sorğulamağa başlayıblar. “Baş nazirin istefasını qəbul edib, sonra ona missiya vermək necə izah oluna bilər?”, - deyə deputat Seline Kalvez reaksiya verib. Əksəriyyət Lökornünün 48 saatlıq missiyasına şübhə ilə yanaşır.

Eduard Filip isə daha da irəli gedərək, 2026-cı il büdcəsi qəbul olunduqdan sonra erkən prezident seçkilərinin keçirilməsini təklif edir. “Prezident institutları öz maraqları üçün yox, xidmət üçün istifadə etməlidir”, - deyə o bildirib.

Makronun 2024-cü ilin iyununda Milli Assambleyanı buraxması partiya daxilində bir çoxlarını sarsıdıb. O vaxtdan bəri ölkədə artıq üç Baş nazir dəyişib. “Prezidentin özü də artıq vəziyyətə nəzarət edə bilmir”,-deyə keçmiş müşavirlərdən biri etiraf edib.

“Bütün günahları Yeliseyə (Prezident Aparatına) yükləyirlər, amma problem əslində Milli Assambleyadadır”, - deyə partiyanın liderlərindən olan senator Fransua Patriya vəziyyəti izah edib. “Prezidentə qarşı bu qədər sərt münasibət ədalətsizdir”, - deyə keçmiş nazirlərdən biri qeyd edib.

Bəzi deputatlar Makronun ətrafındakılardan şikayətçidirlər. “Ətrafındakılar yaxşı deyil. Bizi dinləmir, mesajlarımıza cavab vermir”, - deyə bəzi deputatlar narahatlıqlarını ifadə edirlər.

Sabiq Baş nazir Elizabet Born isə pensiya islahatının təxirə salınmasını təklif edərək, Yeliseyin xəbəri olmadan solçulara yaxınlaşma mesajı verərək bu qarışıqlığa öz töhfəsini verib. Beləliklə, Makronun öz cəbhəsində kimisi solçularla ittifaq istəyir, kimisi isə Makronun “toxunulmaz” reformlarını qorumağa çalışır.

Makronun son bəyanatı sadəcə bir cümlədir: “Prezident öz məsuliyyətini üzərinə götürəcək”. Bu isə bir çoxları tərəfindən Milli Assambleyanın yenidən buraxılması təhdidi kimi qəbul olunur.

Nazirlərdən birinin “Prezident divara dirənib. Beynəlxalq vəziyyəti görmək onu ümidsizliyə salır” sitatı səsləndirilir. Ancaq Lökornü bildirib ki, yeni bir buraxılma “uzaq perspektivdədir”. Bu o deməkdir ki, Makron ya solçulardan, ya da texnokratlardan yeni Baş nazir təyin etməli olacaq. Bu isə onun siyasi irsini sual altına alacaq. Lakin onun yaxın ətrafı bir məsələdə əmindir: Makron istefa verməyəcək. “Hər şey masa üzərindədir, prezidentin istefası istisna olmaqla”,- deyə tərəfdarlarından biri bildirib.

Makron hakimiyyətinin son mərhələsindədir. Gücünü itirən prezident həm partiyası, həm də xalq arasında dəstək itirərkən çıxış yolu tapmağa çalışır. Amma kartlar azalıb və zaman onun əleyhinə işləyir.
Bu gün, 10:00
“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Bu gün, 09:37
Ağdaşda zəlzələ oldu
Bu gün, 09:31
Türkiyədə səhər tezdən qorxudan zəlzələ - FOTO
Bu gün, 09:24
Qurban Qurbanov şəhid övladları ilə - Foto
Bu gün, 09:18
Qızılın qiyməti tarixi rekordu yenilədi
Bu gün, 09:12
Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür
Dünən, 09:47
Prezidentdən Hərbi paradla bağlı daha bir paylaşım - VİDEO
Dünən, 09:42
Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Dünən, 09:37
İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Dünən, 09:33
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2025, 18:52
Prezidentlə ailəsinin paraddan yeni - Fotoları
8-11-2025, 17:53
Paraddakı müasir texnikalarımızın siyahısı - Möhtəşəm görüntülər
8-11-2025, 14:39
Bakıda Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib
8-11-2025, 14:25
Şahbaz Şərif: İlham Əliyev bacarıqlı diplomatiya sayəsində sülhü qazandı
8-11-2025, 13:41
Azərbaycan Prezidenti: Bu gün ilk dəfə Pakistan hərbçiləri də Azadlıq meydanında bizimlə bərabərdirlər
8-11-2025, 10:00
Şuşanın azad olunmasından beş il ötür
8-11-2025, 09:23
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
8-11-2025, 09:11
İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
8-11-2025, 09:00
ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN TARİXİ QÜRUR ANIDIR
7-11-2025, 16:15
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - SƏRƏNCAM
7-11-2025, 16:09
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
7-11-2025, 16:07
Prezident onları təltif etdi - SİYAHI
7-11-2025, 16:00
Qarabağda yerin altındakı milyonlar
7-11-2025, 15:30
Senatorlar Orbana qarşı: Ondan Rusiya yanacağından imtina tələb olundu
7-11-2025, 14:22
Gürcüstan ermənilərə görə milyardlar itirəcək
7-11-2025, 13:55
İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
7-11-2025, 13:04
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu