Şimali Koreya ABŞ-ı Manhettenə hidrogen bombası atmaqla hədələyib
Dunya
Oxunub: 926
13 mar 2016 | 19:24
"Burada yaşayan hər kəs bir anda öləcək və şəhər tamamilə yanıb kül olacaq".
Şimali Koreya ABŞ-ı Manhettenə hidrogen bombası atmaqla hədələyib
Şimali Koreya ABŞ-ı Manhettenə hidrogen bombası atmaqla hədələyib. ANS PRESS-in məlumatına görə, Pxenyan hökumətinin rəsmi internet səhifəsində yer alan məqaləyə görə, “Şimali Koreya uzaq mənzilli raket vasitəsi ilə hidrogen bombasını Manhettenə atacağı təqdirdə burada yaşayan hər kəs bir anda öləcək və şəhər tamamilə yanıb kül olacaq”.
Şimali Koreyanın 6 yanvarda hidrogen bombasını sınaqdan keçirməsindən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaları artırmağı qərara alıb. Şuranın Şimali Koreyanın nüvə fəaliyyətinə davam etməsi səbəbiylə bu ölkəyə yeni sanksiyalar tətbiq edilməsini önə çəkən qanun layihəsi qısa bir zaman içində səs vermə nəticəsində qəbul edilib.
Cənubi Koreya və ABŞ-ın bölgədə bu ölkəyə qarşı apardığı siyasətə cavab olaraq Pxenyan hökuməti Vaşinqton və Seul hökumətlərinə qarşı nüvə silahından istifadə edəcəyini bəyan edib.
Martın 4-də Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti nüvə silahını döyüş vəziyyətinə gətirib. Ölkə prezidenti Kim Çen In bu barədə sərəncam verib. Sərəncamda qeyd olunur ki, ölkənin nüvə arsenalı hər an hücuma hazır vəziyyətə gətirilməlidir.

“Koreya Xalq Demokratik Respublikası qabaqlayıcı zərbələrin endirilməsi imkanının əldə edilməsi məqsədilə özünün hərbi doktrinasına yenidən baxacaq”, - deyə Kim Çen In bildirib.

Kim Çen In qeyd edib ki, düşmən Şimali Koreyanın sağ qalmasına qarşı təhdidlər edir. Ötən gün Şimali Koreya Yapon dənizinə doğru bir neçə yaxın mənzilli raket buraxıb.
Martın 2-də isə BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-yə qarşı yeni sanksiyalar paketini tətbiq edib.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib