Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
Dunya
Oxunub: 62
24 apr 2025 | 09:00
Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir


Rusiyanın maksimalist tələbləri və ABŞ-ın maraqlarını riskə atması Ağ Evdə ciddi qəzəb doğurub, ona görə də, Kremlə təzyiq göstərməklə, “ərazi mübadiləsi”nə məcbur buraxmaq qərarı verilmiş kimi görünür... Bununla həm də Rusiyanın yaxın gələcəkdə qlobal iddialarının ön plana keçmə təhlükəsini elə əvvəlcədən bloklamaq, Kremlin manevr imkanlarını müəyyən çərçivə daxilində məhdudlaşdırmaq niyyəti güdülür...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış vəziyyət qəlizləşməkdə davam edir. Belə ki, son vaxtlar bu prosesin ABŞ və Rusiya arasında ciddi ziddiyyətlər törətməyə başladığı da müşahidə olunur. Hər halda, hazırda Ağ Ev və Kreml arasında münasibətlər Ukrayna böhranının nizamlanması prosesinin ilk dövründə olduğundan ciddi şəkildə fərqlənir. Və hər iki tərəf indi müxtəlif siyasi-diplomatik manevrlərlə diqqəti çəkirlər.

Onu da qeyd etmək lazımdır ki, hazırda mövcud olan real situasiya ABŞ və Rusiya arasında daha çox gizlədilməyə çalışılan nüfuz savaşına çevrilməyə başlamış qarşıdurma təsiri bağışlayır. Böyük ehtimalla indi Ağ Ev və Kreml arasında qlobal rəqabət faktoru daha ön plana keçirilməkdədir. Rusiya danışıqlar masası arxasında təşəbbüsün ABŞ-ın əlindən alınmasına çalışır. Kremlin əsas hədəfi həm sülh masasında, həm də savaş meydanında üstün mövqelər qazanaraq, şərtləri Rusiyanın diqtə etməsinə nail olmaqdan ibarətdir. Və Kremlə yaxın siyasi dairələrdən verilən açıqlamalarda da məhz buna yönəlik cəhdlər açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, prezident Vladimir Putin də son açıqlamasında Rusiyanın siyasi-diplomatik və savaş məkanında qlobal rəqiblərini qabaqlamağa çalışdığını, hətta buna son vaxtlar müəyyən mənada, nail olduğunu da vurğulamaqdan özünü saxlaya bilməyib. Kreml sahibi bildirib ki, Rusiyanın həm savaş meydanında, həm yeni silahların yaradıkmasında, həm də qlobal siyasi-diplomatik məkanda öz əsas beynəlxalq rəqiblərindən ən azı bir addım öndə olması vacibdir. Prezident Vladimir Putin hesab edir ki, Rusiya son vaxtlar buna dəfələrlə nail olub və gələcəkdə də üstünlüyü qorumaq lazımdır. Və bu, onu göstərir ki, Kremldə Rusiyanın qlobal məkandakı rəqiblərinin şərtləri, yaxıd tələbləri ilə barışmaq barədə qətiyyən düşünmürlər.

Maraqlıdır ki, Kreml sülh masasında və savaş meydanında situasiyanı mümkün qədər qəlizləşdirmək cəhdləri ilə diqqəti çəkir. Belə ki, son vaxtlar Rusiya Ukrayna savaşının yenidən intensiv döyüş əməliyyatları ilə davam etdirilməsinə nail olub. Halbuki, ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişi ərəfəsində Rusiya siyasi dairələri daha çox sülhdən danışmağa üstünlük verirdi. Hazırdasa, Rusiya sülh masasında şərtləri diqtə edən tərəf statusu qazanmağa can atır. Hər halda, Kremlin yeni tələb və şərtləri artıq Ağ Evdə ciddi qıcıq doğurmağa başlayıb. Və Tramp administrasiyası Kremli ABŞ-ın Rusiyaya yönəlik mövqeyinə yenidən baxa biləcəyi ilə hədələyib.

Belə anlaşılır ki, ABŞ və Rusiya sülh masasında artıq anlaşmaqdan daha çox rəqbət aparmağa başlayıblar. Ağ Ev öz planından geri çəkilmək istəmir. Rusiya isə yeni şərt-tələblərlə ABŞ-ın Ukrayna savaşının dayandırılmasına yönəlik əvvəlcədən hazırlanmış planlarını pozmağa çalışır. Ona görə də, Ağ Ev Kremlə ən uzağı aprelin sonuna qədər sülh sazişini imzalamağı məsləhət görür. Əks halda, ABŞ-ın Rusiya ilə bağlı daha sərt addımlar ata biləcəyini, radikal qərarlar qəbul edəcəyini vurğulayır. Və bu baxımdan, ABŞ-Rusiya qarşıdurmasının daha açıq müstəviyə keçirilmə ehtimalı tamamilə inandırıcı görünür.

Ancaq Ağ Evdə Kremlin süıh sazişini tezliklə imzalaya biləcəyinə ümidləri tam itirməyiblər. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq yaxın vaxtlarda Ukrayna savaşının sona çatacağına əmin olduğunu bildirib. Digər tərəfdən isə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Tramp administrasiyasının Rusiya və Ukraynaya sülh sazişinə aparan "çox aydın və dəqiq bir təklif" təqdim etdiyini vurğulayıb. Onun fikrincə, həm Ukrayna, həm də Rusiya hazırda nəzarət etdikləri bəzi ərazilərdən mütləq imtina etməli olacaqlar. Və bu, həm Rusiyada, həm də Ukraynada ciddi mübahisələr doğuran məsələdir.

Buna baxmayaraq, ABŞ vitse-prezidenti Ağ Evin hər iki tərəfin bəzi ərazi mübadilələri aparılmalı olacağına şübhə etmədiyini də bildirib. Onun sözlərinə görə, sərhəd bəlkə də hazırkı cəbhə xətti ilə tam uyğun gəlməyəcək, ancaq savaşı dayandırmaq üçün hər iki tərəf "silahları yerə qoymalı, vəziyyəti dondurmalı və daha yaxşı bir Rusiya və daha yaxşı bir Ukrayna qurmaqla məşğul olmalıdır". Amerikalı siyasətçi əmindir ki, sülh sazişi istənilən halda, reallığa çevriləcək və nəticə etibarilə hər iki tərəf münaqişədə yeni sərhəd xətləri çəkməli olacaq. Və bu, onu göstərir ki, indi Ağ Ev həm Rusiyadan, həm də Ukraynadan prinsipial qərarlar verilməsini istəyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevin və Kremlin “ərazi mübadiləsi” ilə bağlı təkliflərə münasibətləri kəskin ziddiyyət təşkil edir. Belə ki, Zelenski hakimiyyəti Ukraynanın nəzarət etdiyi Rusiya ərazilərini, Rusiyanın işğalı altında olan Ukrayna bölgələri ilə başa-baş dəyişməyə hazır olduğunu gizlətmir. Ancaq Kremldə bu təkliflə razılaşmağa qətiyyən həvəsli deyillər.

Kreml hesab edir ki, Ukrayna nəzarət etdiyi Rusiya ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Buna paralel olaraq, Rusiya işğal etdiyi Ukrayna ərazilərini də öz nəzarətində saxlamaq niyyətində israrlıdır. Və bu hədəfinə nail olmaq üçün də son vaxtlar Rusiya savaş poliqonunda hərbi üstünlüyünü artırmaq məqsədilə Ukraynaya qarşı hərbi zərbələri intensivləşdirməyə cəhd göstərir.

Ancaq buna baxmayaraq, Rusiyanın son davranışları və ABŞ-ın planlarını pozmaq cəhdləri Ağ Evdə qəzəb doğurub. Ona görə də, Kremlə təzyiq göstərməklə, Rusiyanı “ərazi mübadiləsi”nə məcbur buraxmaq qərarı verilmiş kimi görünür. Böyük ehtimalla bununla Rusiyanın yaxın gələcəkdə qlobal iddialarının ön plana keçmə təhlükəsini elə əvvəlcədən bloklamaq niyyəti güdülür. Və belə anlaşılır ki, Ağ Ev “qırmızı cizgiləri” artıq aşmağa başlamış Rusiyaya daha ağır hərbi-siyasi zərbələr vurmaqla, Kremlin gələcək iddialarını müəyyən çərçivə daxilində məhdudlaşdırmaq niyyətindədir.
Bu gün, 16:00
Ukraynadan Brüsselə 40 səhifəlik təklif: Rusiyaya qarşı bu addımlar atılmalıdır
Bu gün, 15:30
Paşinyan Putinin dostunun həbsinə hazırlaşır - kritik gəlişmə
Bu gün, 14:22
Xamenei ABŞ-a meydan oxudu - qonşumuzda savaş hazırlığı
Bu gün, 14:00
Döyüş sınağından çıxmayan silahlar - Ermənistan dərs götürəcəkmi?
Bu gün, 13:25
Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir
Bu gün, 12:32
Bayram namazının vaxtı açıqlandı
Bu gün, 12:25
QMİ Qurban bayramı ilə bağlı fətva verdi
Bu gün, 12:20
Benzin və dizellə bağlı MÜHÜM QƏRAR
Bu gün, 12:03
Prezident sərəncam imzaladı: 1 milyon ayrıldı
Bu gün, 10:54
Suriyada Rusiya hərbi bazasına hücum: ölənlər var
Bu gün, 10:48
Dövlət katibi: Ermənistanla Azərbaycan arasında real münaqişə riski var
Bu gün, 10:41
XİN İsrailə başsağlığı verdi
Bu gün, 10:37
İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı
Bu gün, 10:26
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
Bu gün, 09:48
Azərbaycan konsulu irad bildirdi - Rusiya vətəndaşı saxlanıldı
Bu gün, 09:43
Trampdan israilli diplomatların öldürülməsinə - Münasibət
Bu gün, 09:34
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video
Bu gün, 09:27
Netanyahu: İran İsrail üçün ciddi təhlükə olaraq qalır
Bu gün, 09:22
“Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi olub
Bu gün, 09:00
Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir
Dünən, 17:17
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
Dünən, 16:00
Sabah hava necə olacaq?
Dünən, 15:30
Prezidentin Macarıstan səfəri nə vəd edir? - AÇIQLAMA
Dünən, 14:38
Prezident Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
Dünən, 14:31
“İlham Əliyev tarixə düşəcək” - Ərdoğan
Dünən, 14:18
İran təklif etdi ki, edam kəndirini mən çəkim... - Orxanın atası
Dünən, 14:12
Rusiya üçün dəhşətli yuxusuz gecə: Yüzlərlə PUA hücuma keçib